Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-118/2023 13.02.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Şikayət verən şəxs X1 Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin 15 noyabr 2022-ci il tarixli, MN-1404400 nömrəli inzibati xəta haqqında protokolundan və həmin protokol əsasında qəbul edilmiş 15 noyabr 2022-ci il tarixli, MN- 1324762 nömrəli qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə şikayətini nəzərdən keçirib M Ü Ə Y Y Ə N E T D İ M: Şikayət verən şəxs X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxzili İşlər Nazirliyini Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin polis leytenantı Lətif Cənnətov tərəfindən barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN-1404400 nömrəli inzibati xəta haqqında protokoldan və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN-1324762 nömrəli inzibati xəıta haqqında qərarın ləğv edilməsi, barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinin icraatında xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş şikayətə, ona əlavə edilmiş sənədlə birlikdə baxaraq hesab edirəm ki, X3 tərəfindən verilmiş şikayət ona əlavə edilmiş sənədlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, X3 qanunsuz küçə ticarəti ilə məşğul olduğuna görə onun barəsində Azərbaycan Respublikası Daxzili İşlər Nazirliyinin Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin polis leytenantı Lətif Cənnətov tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli, MN-1404400 saylı protokol və sahə rəisi, polis mayoru Rəcəb Hüseynov tərəfindən xx.xx.2022-ci il tarixli, MN-1324762 nömrəli qərar tərtib edilmişdir. O, isə həmin qərardan şikayəti 13 fevral 2023-cü il tarixdə məhkəməyə göndərmişdir. Onun inzibati tənbehvermə haqqında qərarı nə vaxt alması məlum deyildir və X3 bu barədə hər hansı sübutu şikayətinə əlavə etməmişdir. Bundan başqa, o, qərardan şikayət verməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürmüş, ötürülmüş müddətin bərpası ilə əlaqədar müraciəti məhkəməyə daxil olmamış və şikayətini qanunvericiliklə müəyyən edilmiş müddətdə verə bilməməsinə əsas ola biləcək hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, isə prokuror protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-130.3-cü maddələrində isə göstərilmişir ki, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Eyni zamanda İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. İşin hallarını, 15 noyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokolun surətinin X3 tərəfindən imzalanaraq alması həmçinin inzibati tənbeh vermə haqqında qərarın alınması vaxtı barədə hər hansı sübut təqdim edilməməsini, inzibati qərarın tərtib edildiyi vaxtdan 02 ay 29 gün sonra şikayət verilməsini, qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, X3 tərəfindən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin 15 noyabr 2022-ci il tarixli, MN-1404400 nömrəli inzibati xəta haqqında protokolundan və həmin protokol əsasında qəbul edilmiş 15 noyabr 2022-ci il tarixli, MN- 1324762 nömrəli qərarından verilmiş şikayət ona əlavə edilmiş sənədlə birlikdə geri qaytarılmalı və göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə ümumi qaydada şikayət ilə müraciət etmək hüquqları ona izah edilməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109 və 118-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X3 tərəfindən Bakı şəhəri Binəqədi Rayon Polios İdarəsinin 40-cı Polis Bölməsinin 15 noyabr 2022-ci il tarixli, MN-1404400 nömrəli inzibati xəta haqqında protokolundan və həmin protokol əsasında qəbul edilmiş 15 noyabr 2022-ci il tarixli, MN-1324762 nömrəli qərarından verilmiş şikayət ona əlavə edilmiş sənədlə birlikdə geri qaytarılsın. Göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə ümumi qaydada şikayət ilə müraciət etmək hüququ şikayət verən şəxs X2 izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №3(075)-118/2023
Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-118/2023
13.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver