Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-12/2024 25.01.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, Şəki ŞRPŞ tərəfindən tərtib edilmiş İXP-5891736 nömrəli, 09 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş 09 dekabr 2023-cü il tarixli, TP seriyalı ******* nömrəli qərarın ləğv edilməsinə dair X1 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş İXP- 5891736 nömrəli, 09 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolun və onun əsasında qəbul edilmiş 09 dekabr 2023-cü il tarixli, TP seriyalı ******* nömrəli qərarın ləğv edilməsi və həmin cərimə məbləğinin onun üzərindən götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 25 yanvar 2024-cü il tarixdə şikayət vermiş şəxs X2 məhkəməyə ərizə təqdim edərək şikayət ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, X1 verdiyi şikayət və əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məhkəmə hesab edir ki, inzibati qanunvericiliklə barəsində qərar çıxarılmış şəxsin həmin qərardan şikayət vermək hüququ olduğu kimi verdiyi şikayəti geri götürmək hüququ da var, buna görə də şikayət ərizəsi baxılmadan onu verən şəxsə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110, 128, 129-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: X1 barəsində tərtib edilmiş İXP-5891736 nömrəli, 09 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolun və onun əsasında qəbul edilmiş 09 dekabr 2023-cü il tarixli, TP seriyalı ******* nömrəli qərarın ləğv edilməsinə dair şikayəti və ona əlavə edilmiş sənədlər baxılmadan geri qaytarılsın. Sədrlik edən: Elşən Vəliyev
Məhkəmə qərarları › İş №3(075)-12/2024
Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-12/2024
25.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver