Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-12/2025 07.01.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət verən X1 iştirakı ilə, X1 barəsində Şəki rayonu Yol Patrul Xidmətinin inspektoru, polis baş serjantı Bəhman Tanrıverdiyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X7 onun barəsində Şəki rayonu Yol Patrul Xidmətinin inspektoru, polis baş serjantı Bəhman Tanrıverdiyev tərəfindən qəbul edilmiş İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* saylı qərarından şikayət verərək, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında qərarından şikayət verilmiş Şəki rayonu Yol Patrul Xidmətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə inzibati xəta haqqında qərarından şikayət verilmiş Şəki rayonu Yol Patrul Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında X2 ərizəni müdafiə edərək izahatında bildirdi ki, o, Chevrolet Cruze markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobil həyat yoldaşı X3 mülkiyyətindədir. xx.xx.2024-cü il tarixində həmin avtomobili idarə edərkən DYP Şəki şöbəsinin əməkdaşları tərərfindən saxlanılmış, saxlanılma zamanı avtomobildə olan əməkdaş özünü təqdim etməmiş, avtomobildən düşməmiş, sonradan yaxınlaşan DYP əməkdaşı AR İXM-nin tələbləri ilə avtomobili idarə etmə hüququnun olmadığını və avtomobilin saxlanma duracağına getməli olduğumu bildirimişdir. O, sonradan yaxınlaşan əməkdaşla birlikdə saxlanma duracağına getmiş və qanuni şəkildə idarə etməyə görə etibarnamə əldə etdikdən sonra avtomobili saxlama duracağından çıxarmışdır. Saxlama məntəqəsinə gedərkən DYP əməkdaşı protokol tərtib etməmiş, yalnız avtomobil duracağa qoyulduqdan sonra protokol tərtib edilmiş və həm də İXM 332-ci maddəsi ilə bərabər İXM 327.2-ci yəni yolayrıcı keçmə qaydalarının pozulması ilə bağlı daha bir cərimə tətbiq edilmişdir ki, o, bu qaydanı pozmadığını DYP əməkdaşlarına bildirmiş və əgər varsa, video-görüntü ilə inzibati xətanı izah etməyini xahiş etmişdir. Onlar isə bunun mümkün olmadığını, DYP avtomobilində kamera işləmədiyini əsas gətirdilər və narazı olduğu halda məhkəməyə müraciət etməyini bildirdilər. Göstərilənləri nəzərə alaraq, barəsində qəbul edilmiş qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 (yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Şəki rayonu YPX tərəfindən təqdim edilmiş video görüntüdən görünür ki, X7 tərəfindən idarə edilən avtomobil svetoforun yaşıl işığı yandıqdan dərhal sonra yolayrıcı keçilərkən digər yolayrıcının yaşıl işığından keçərək əsas yol istiqamətdə hərəkətdə olan avtomobilin əsas yolda olaraq hərəkətdə olmasını görmədən yolayrıcını keçmə qaydalarının tələblərinə riayət etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 134.1.1-ci mаddəsinə əsasən inzibаti xətа hаqqındа iş üzrə qərаrdаn verilən şikаyət və yа prоtest bаxıldıqdа, qərarın dəyişdirilmədən, şikayət və protestin isə təmin edilmədən saxlanılması haqqında qərаr qəbul edilir. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə 100 (yüz) manat məbləğində cərimə edilir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. X2 şikayətində barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstərilən xətanı törətmədiyini bildirsə də, Şəki rayonu YPX tərəfindən təqdim edilmiş video görüntüdən görünür ki o, “Chevrolet Aveo” minik markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən svetoforun yaşıl işığı yandıqdan dərhal sonra yolayrıcı keçilərkən digər yolayrıcının yaşıl işığından keçərək əsas yol istiqamətdə hərəkətdə olan avtomobili yəni maneəni görməli olmalı olduğu halda sonuncu avtomobilin əsas yolda olaraq hərəkətdə olmasını görmədən yolayrıcını keçmə qaydalarının tələblərinə riayət etməmiş, bu səbəbdən də, barəsində inzibati xəta haqqında qərar tərtib edilmişdir. O, məhkəmə icraatı zamanı yolayrıcını keçmə qaydalarını pozmadığını bildirsə də, inzibati qərar tərtib etmiş orqan tərəfindən tərtib edilmiş video görüntüyə baxış keçirilərkən X5 yolayrıcını keçmə qaydalarının tələblərinə riayət etmədiyi müşahidə olunmuşdur. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X5 şikayət ərizəsi iş materiallarında olan görüntü ilə təkzib olunur, onun şikayətində göstərdiyi hallar məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Beləliklə məhkəmə, X2nun şikayətinin dəlilləri ilə razılaşmır və ona görə də, onun şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki rayonu Yol Patrul Xidmətinin inspektoru, polis baş serjantı Bəhman Tanrıverdiyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №3(075)-12/2025
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-12/2025
07.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver