Məhkəmə qərarları › İş №3(075)-120/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-120/2023

09.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-120/2023 09.03.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, X4 oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Səbail Rayon DYPŞ-in inspektoru X3 oğlu tərəfindən qəbul edilmiş 02 fevral 2023-cü il tarixli, ******* nömrəli qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Səbail Rayon DYPŞ-in inspektoru polis sıravisi X3 oğlu tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında 02 fevral 2023-cü il tarixli, ******* nömrəli qərara əsasən X4 oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 150 (bir yüz əlli) manat məbləğində cərimə edilmişdir. İnzibati xəta haqqında qərar və protokoldan narazı qalan X4 oğlu şikayət verərək, həmin qərarın və inzibati xəta haqqında protokolun ləğv edilməsini xahiş etmişdir. R.V.Əsədov şikayətini onunla əsaslandırmışdır ki, 25 noyabr 2022-ci il tarixdə Gürcüstan Respublikasından BMW markalı 528İ modelli avtomaşın alıb Azərbaycan Respublikasına gətirib idxala görə gömrük sənədləşdirilməsi aparmışdır. 04 noyabr 2022-ci il tarixdə həmin avtomaşına texniki baxış keçirildikdən sonra sənədləşdirilərək avtomaşına qeydiyyat nömrəsi və texniki pasport verilmişdir. Avtomobil Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gətirilərkən hazırki vəziyyətdə yoxlanışdan keçib və onun tərtəfindən avtomobilə heç bir müdaxilə edilməmişdir. Avtomobilə qazan və katalizatora birbaşa qoşulmamaqla əlavə iki səsboğucu başlığı quraştırılmışdır. Polis əməkdaşı avtomaşına heç bir texniki baxış və müayinə keçirmədən, ekspertiza aparmadan avtomobilin atmosferə atılan zərərli qazın və səs desibelini ölçmədən avtomobili duracağa aparmış və barəsində İXM-nin 342.2.2-ci maddəsində ilə nəzərdə tutulan inzibati protokol tərtib etmişdir. O, isə avtomobilinə heç bir əlavə avadanlıq quraşdırmamışdır. Barəsində inzibati xəta haqqında qərardan şikayət verən şəxs və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səlahiyyətli orqan nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında material Şəki Rayon Məhkəməsinə daxil olduqdan sonra iş üzrə məhkəmə baxışı iclası təyin edilmişdir. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, 02 fevral 2023-cü il tarixli, ******* saylı qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. Belə ki, iş materiallarında olan Səbail Rayon DYPŞ-in inspektoru polis sıravisi X3 oğlu tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, BMW markalı 528İ modelli ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X2 normativ tələbləri pozmaqla avadanlığın quraşdırılmasına görə Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İş materiallarında olan Səbail Rayon DYPŞ-in inspektoru X3 oğlu tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında 02 fevral 2023-cü il tarixli, ******* nömrəli qərardan görünür ki, X4 oğlu idarə etdiyi nəqliyyat vasitəsinə normativ tələblər pozulmaqla əlavə avadanlıq quraşdırdığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 150 (bir yüz əlli) manat məbləğində cərimə edilmişdir. Məhkəmə baxışında qanuniliyi müvafiq qaydada mübahisələndirilən inzibati xəta haqqında qərar və inzibati xəta haqqında protokol ilə verilmiş şikayətin məzmununun qarşılıqlı müqayisəsi və iş materiallarının tədqiqi nəticəsində müəyyən edildi ki, X2 tərəfindən ona məxsus avtomobilə qazan və katalizatora birbaşa qoşulmamaqla əlavə iki səsboğucu başlığı quraşdırılması halı yol-patrul xidmətinin inspektoru tərəfindən aşkar olunmuş, onun barəsində İXM-nin 342.2.2-ci maddəsi ilə protokol tərtib edilmiş, həmin protokol əsasında Səbail Rayon DYPŞ-in inspektoru polis sıravisi X3 oğlu tərəfindən qəbul edilmiş inzibati xəta haqqında qərarla Ruslan Əsədov İXM-nin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək 150 manat cərimə edilmişdir. Ruslan Əsədov barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və qəbul edilmiş qərarla razılaşmayaraq, məhkəməyə şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə, şikayətin dəlilləri ilə qismən razılaşaraq qeyd edir ki, X2 barəsində inzibati xəta haqqında qərar qəbul edilərkən iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar araşdırılmamışdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 342.2.2-ci maddəsində nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qanunun tələbinə görə, İXM-nin 342.2.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin yaranması üçün nəqliyyat vasitəsinin sürücüsü tərəfindən nəqliyyat vasitəsinə normativ tələbləri pozmaqla “avadanlıq” quraşdırılmalı və ya dəyişdirilməlidir. Hazırki iş üzrə səlahiyyətli orqan isə, qazan və katalizatora birbaşa qoşulmamaqla əlavə iki səsboğucu başlığının nəqliyyat vasitəsinə “avadanlıq” quraşdırılmış (vəya dəyişdirilmiş) sayılıbsayılmamasını, bu hal avadanlığın quraşdırılması (dəyişdirilməsi) sayıldığı halda, bunun hansı normativ tələbləri pozmasını aydınlaşdırmadan X1 İXM-nin 342.2.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında qərar qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 115.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən müəyyən edilmiş hallar inzibati xəta haqqında qərarda göstərilməlidir. X2 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarda inzibati xəta haqqında işə baxılarkən səlahiyyətli orqan tərəfindən müəyyən edilmiş hallar göstərilməmiş, qərarın məzmununda sadəcə Ruslan Əsədovun idarə etdiyi nəqliyyat vasitəsinə normativ tələblər pozulmaqla əlavə avadanlıq quraşdırmasını qeyd edilməklə (İXM-nin 342.2.2-ci maddəsinin dispozisiyasının məzmununu) kifayətlənilmişdir. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş qeydiyyat şəhadətnaməsindən görünür ki, BMW markalı 528İ modelli, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobili X1 adına olmaqla müvəqqəti “M 5 yığılıb”-dır. İş materiallarında olan 04 noyabr 2022-ci il tarixli, MF13831142 nömrəli elektron talondan görünür ki, X1 adına olan BMW markalı 528İ modelli, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil texniki baxışdan keçirilmişdir. Göründüyü kimi, X2 barəsində inzibati xəta haqqında qərar qəbul edilərkən normativ tələblər pozulmaqla, avadanlığın nəqliyyat vasitələrinə quraşdırılmasının hansı normativ aktla qadağan olunması barədə xüsusat aydınlaşdırılmamış, bu barədə inzibati xəta haqqında qərarda hər hansı normativ akta isnad edilməmiş, ümumiyyətlə inzibati xəta haqqında araşdırma zamanı Ruslan Əsədovun avtomobilinin qazan və katalizatora birbaşa qoşulmamaqla əlavə iki səsboğucu başlığının qoşulmasının müəyyən edilməsi ilə bağlı hər hansı tədbir görülməmişdir. Bununla yanaşı, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə araşdırma X1 hüquqları pozulmaqla həyata keçirilmişdir. Belə ki, İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Barəsində inzibati xəta haqqında iş üzrə qərar verilmiş şəxs X1 xx.xx.2023-cü il tarixdə Səbail Rayon DYPŞ-də inzibati xəta haqqında qərar qəbul olunarkən iştirakının təmin edildiyi, inzibati xəta haqqında işə baxılmanın yeri və vaxtı barədə ona məlumat verildiyi iş materialları ilə müəyyən olunmur. Məhkəmə hesab edir ki, bu hal X1 Azərbaycan Respublikası İXM-nin 61-ci maddəsində təsbit olunmuş hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Bu isə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneədir. İşin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması üçün barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı zəruridir. Bundan əlavə qeyd edilməlidir ki, qanunvericilik İXM-in 342.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq, həmin işlər üzrə faktiki halları hərtərəfli araşdırmaqla qərar qəbul etmək səlahiyyətini məhkəməyə deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə etmişdir (İXM-nin 43.1-ci maddəsi, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndi). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Qeyd edilən qanunvericilik aktlarını nəzərə alaraq məhkəmə hesab edir ki, İXM-nin 342.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair qəbul edilmiş qərardan şikayət verildiyi halda, məhkəmə yalnız iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında şikayət verilmiş qərarın qüvvədə olan qanunvericiliyə uyğun olubolmamasını yoxlayır, müstəqil qaydada həmin inzibati xəta haqqında iş üzrə sübutlar toplamaqla faktiki halları araşdırmamalıdır. Beləliklə, məhkəmə hesab edir ki, X4 oğlunun İXM-in 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı işin yuxarıda qeyd olunan mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları və ziddiyyətli məqamları araşdırılmadığından 02 fevra 2023cü il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Səbail Rayon Dövlət Yol Polis Şöbəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi vəya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Bundan başqa məhkəmə qeyd edir ki, X2 şikayətində əlavə olaraq səlahiyyətli orqan tərəfindən onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun da ləğv edilməsini xahiş etmişdir. Şikayətin həmin dəlilini əsassız hesab edərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində yalnız inzibati xəta haqqında iş üzrə qərarlardan və ya qərardadlardan şikayət verilməsi nəzərdə tutulmuş, inzibati xəta haqqında protokoldan şikayət verilməsi isə nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə hesab edir ki, şikayət həmin hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 131, 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. X4 oğlunun Azərbaycan Respublikası İXM-in 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Səbail Rayon Dövlət X5 inspektoru polis sıravisi X3 oğlu tərəfindən qəbul olunmuş 02 fevral 2023-cü il tarixli, ******* nömrəli qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Səbail Rayon Dövlət Yol Polis Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar