Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-1205/2024 28.12.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, X1 barəsində tərtib edilmiş 18 sentyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətinə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 şikayət ilə məhkəməyə müraciət edərək, barəsində qanunsuz olaraq tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Kiçik dəhnə kəndi ərazisində **-BB-*** dövlət qeydiyyat nişanlı Ford Fusion minik markalı avtonəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman Şəki rayonu Yol Patrul Xidməti İnspektoru polis serjantı X4 onun avtomobilini saxlamış və barəsində qanunsuz olaraq İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 400 manat məbləğində cərimə tərtib olunmuşdur. O, Rusiya Federasiyasında olduğu müddət ərzində barəsində bir çox protokol tərtib olunmuşdur. Həmin inzibati xətaların heç birini o törətməmişdir. Bu səbəbdən ərizə ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək barəsində tərtib olunmuş inzibati qərarlara xitam verilmişdir. Bununla da onun barəsində tərtib edilmiş İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi barədə olan inzibati icraata da xitam verilməlisini xahiş edir. Şəki Rayon Məhkəməsinin icraatında olmuş 3-(075)- 1154/2024, 3-(075)-1150/2024, 3-(075)-1151/2024, 3-(075)-1149/2024, 3-(075)-1153/2024, 3-(075)-1152/2024 inzibati işlərdə artıq qanuni qüvvəsini almışdır. Onun barəsində əvvəllər heç vaxt İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsi ilə protokol tərtib olunmamışdır. Bu səbəbdən də barəsində İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə tərtib olunmuş protokolu da qanunsuz hesab edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq şikayətçi və inzbati tənbeh vermə haqqında elektron qərar qəbul etmiş Şəki rayonu DYPBnin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını dinlədikdən sonra şikayəti və əlavə edilmiş sənədləri araşdıraraq belə qənaətə gəlir ki, şikayət təmin edilməli, 18 sentyabr 2024-cü il tarixli, TP ******* nömrəli qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 İXM-nin 329.3 və 332.3-cü maddələrinə əsasən 400 manat məbləğdə inzibati cərimə edilmişdir. X2 məxsus olan Azərbaycan Respublikası vətəndaşı pasportunun surətindən görünür ki, X3 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının ərazisini tərk etmiş və xx.xx.2023-cü il tarixdə Respublika ərazisinə daxil olmuşdur. Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(075)-1149/2024 saylı qərarından görünür ki, X1 İXM-nin 328.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair DİN BDYPİ tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş yenidən baxılması üçün DİN BDYPİ-nə göndərilməsi qərara alınmışdır. Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(075)-1150/2024 saylı qərarından görünür ki, X1 İXM-nin 328.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair DİN BDYPİ tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş yenidən baxılması üçün DİN BDYPİ-nə göndərilməsi qərara alınmışdır. Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(075)-1153/2024 saylı qərarından görünür ki, X1 İXM-nin 328.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair DİN BDYPİ tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş yenidən baxılması üçün DİN BDYPİ-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə iki yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.4-cü maddəsinin də tələbindən də göründüyü kimi inzibati xəta hadisəsinin fotosu həmin inzibati xəta haqqında iş üzrə icraat başa çatanadək saxlanılmalıdır. Lakin, məlumat verilməsinə baxmayaraq, X1 həmin vaxt törətdiyi inzibati xəta hadisəsinin fotosu, video görüntüsü, sürücülük hüququnun məhdudlaşdırılmasına dair hər hansı sənəd məhkəməyə təqdim edilməmiş, ümumiyyətlə, X1 həmin vaxt Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, İXM-nin 332.3-cü maddəsi bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə məsuliyyət nəzərdə tutmuşdur. Eyni zamanda İXM-nin 332.2-ci maddəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə məsuliyyət nəzərdə tutmuşdur. Göründüyü kimi şikayətçi X3 əvvəllər İXM-nin 328.2-ci maddəsi ilə məsuliyyətə cəlb olunmuş, lakin Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(075)-1149/2024 saylı qərarına əsasən onun İXM-nin 328.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair DİN BDYPİ tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş yenidən baxılması üçün DİN BDYPİ-nə göndərilməsi qərara alınmışdır. Bundan başqa Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(075)- 1150/2024 saylı qərarına əsasən X1 İXM-nin 328.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair DİN BDYPİ tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş yenidən baxılması üçün DİN BDYPİ-nə göndərilməsi qərara alınmışdır. Eyni zamanda Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(075)-1153/2024 saylı qərarına əsasən onun İXM-nin 328.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair DİN BDYPİ tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş yenidən baxılması üçün DİN BDYPİ-nə göndərilməsi qərara alınmışdır. Göründüyü kimi ərizəçinin İXM-nin 328.2-ci maddəsi ilə məsuliyyətə cəlb olunmasına dair inzibati tənbeh vermə haqqında qərarlar Şəki Rayon Məhkəməsinin qeyd olunan qərarları ilə ləğv edilmişdir. Şəki Rayon Məhkəməsinin həmin qərarlarından apellyasiya şikayəti verilməmiş və qanuni qüvvəsini almışdır. Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, ərizəçinin sürücülük hüququnun məhdudlaşdırılması və sürücülük hüququ olmadan avtomobil idarə etməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128 - 137-ci maddərini rəhbər tutaraq, məhkəmə qərara aldi : Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati qaydada təbeh edilməsinə dair xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-1205/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-1205/2024
28.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver