Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-1208/2024 02.12.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis polkovnik-leytenantı X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X2 iştirakı ilə, xx xxxxxx 1975-ci il tarixdə Bərdə rayonu, Hacılar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN:xxxxxxx olan, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Bərdə rayonu, Hacılar kəndində qeydiyyatda olan və yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis polkovnik-leytenantı X10 tərəfindən tərtib edilmiş 01 dekabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 01 dekabr 2024-cü il tarixdə, saat 03:30 radələrində Şəki rayon 717 saylı stasionar DYP postunda nalayiq hərəkətlər edərək polisin qanuni tələbinə qəsdən tabe olmamış və beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis polkovnik-leytenantı X10 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Şəxs 01 dekabr 2024-cü il tarixdə, saat 03:30 radələrində Şəki rayon 717 saylı stasionar DYP postunda nalayiq hərəkətlər edərək xırdaxuliqanlıq etmiş, xidmətdə olan polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmadığından polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilmişdir. Bundan sonra Şəxs barəsində 01 dekabr 2024 il tarixdə İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, gecə saatlarında polis əməkdaşları onun avtomobilini saxlatmışlar. Spirtli içki qəbul edib-etməməsini alkotester vasitəsilər yoxlamaq üçün Polis postuna dəvət etmişlər. Polis əməkdaşları onun spirtli içki qəbul etdiyini bildirdiklərindən, oradan qaçmışdır. Daha sonra yenidən onu polis şöbəsinə dəvət etsələr də, qorxduğundan, onlarla birlikdə getməkdən imtina etmişdir. Qeyd edilənləri nəzərə alaraq, onun barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X8 məhkəmə iclasında şəxsin əməlində inzibati xəta tərkibinin olmamasını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş BDYPİ-nin YPX alayının 5-ci Tağımım inspektoru, polis serjantı X3 ifadə verərək bildirdi ki, 30 noyabr 2024-cü il tarixdən 01 dekabr 2024-cü il tarixə keçən gecə YPX-nin 5-ci Alayının 717 saylı stasionar postunda YPX inspektoru polis baş serjantı Qələndər Tanrıverdiyevlə xidmətdə olarkən saat 03:30 radələrində **-BP-*** dövlət qeydiyyat nişanlı, QAZ-33021 markalı yük avtomobili islanmış yol sahəsində işıq sistemindən düzgün istifatə etmədiyi üçün "saxla" işarəsi vermişdir. Həmin sürücüyə yaxınlaşaraq sənədlərini yoxlayarkən sürücüdən kəskin spirt iyi gəldiyini hiss edib onu alkotestor vasitəsilə yoxlanılması üçün posta dəvət etmişlər. Sürücü postun qarşısına qədər qəlib bir anda ucadan nalayiq ifadələr işlədərək qaçmağa başlamışdır. Onlar onun ardınca gedib postdan təxminən 150-200 metr məsafədə olan qaratikan kol bitktsinə ilişərək yıxıldığını görüb, ona kömək edərək qaldırıb nizam-intizama dəvət etmişlər. Buna baxmayaraq onların qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərini davam etdirməyə başlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş BDYPİ-nin YPX alayının 5-ci Tağımım inspektoru, polis baş-serjantı X1 da digər polis əməkdaşının ifadəsinə uyğun izahat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verərək bildirdi ki, 30 noyabr 2024-cü il tarixdə axşam saat 20:00 radələrində dostu Ramin Əliyevlə birlikdə Şəki rayon Cəfərabad kəndində yaşayan qohumları gilə qonaq getmişdir. 01 dekabr 2024-cü il tarixdə təxminən saat 03:30 radələrində dörd yol postu deyilən yerdən keçərkən idarə etdiyi maşının işıqlarından görmüşdür ki, bir nəfər şəxs DYP postunun qabağından boş sahəyə tərəf qaçırdı. O avtomobili saxlayıb dostu Raminlə yerə düşüb ona tərəf baxmışdır. O, ucadan nalayiq ifadələr işlədirdi. Polis əməkdaşı da ona tərəf gedirdi. Birdən həmin şəxs qabaqda olan qaratikan koluna ilişərək yıxılmışdır. Polis əməkdaşı ona kömək edib ayağa qaldırmış və polis postuna gətirərək onu nizam-intizama dəvət etmişlər. Buna baxmayaraq o, polisin qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərini davam etdirməyə başlamışdır. İş materiallarında olan; “İnzibati qaydada tutma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə, inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 06:30-da tutulmuşdur. “Şəxsi axtarış və fiziki şəxslərdə olan şeylərin yoxlanılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs üzərinə baxış keçirilən zaman üzərində heçnə aşkar edilməmişdir. Oğuz Rayon Mərkəzi Xəstəxanasının 635 nömrəli, 01 dekabr 2024-cü il tarixli aktına əsasən sərxoşluq vəziyyətinin tibbi müayinəsindən görünür ki, Şəxs 01 dekabr 2024-cü il tarixdə, saat 10:35-də sərxoşluq müayinəsindən keçmiş və orta dərəcəli sərxoş olması halı aşkar edilmişdir. Təqdim olunmuş videogörüntüdən görünür ki, Şəxs polis əməkdaşlarının onu stasionar posta dəvət etmələrinə baxmayaraq, o tabesizlik göstərərək qaçmağa başlamışdır. Polis əməklaşları onu nizam-intizama dəvət etsələr də, polisin qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərini davam etdirməyə başlamışdır. X4 Şəki ŞRPŞ-də verdiyi izahatından görünür ki, Şəxs onun həmkəndlisidir. 01 dekabr 2024-cü il tarixdə gecə saat 01:00 radələrində Ülfət ilə birlikdə Zaqatalaya gedərəkdən Şəki rayonu ərazisində DYP postunda yol polisi Şəxs idarə etdiyi avtomobili saxlatmışdır. Polis əməkdaşları ondan spirt iyi gəldiyini hiss edib alkotestor vasitəsilə yoxlanılması üçün posta dəvət etmişlər. Lakin Ülfət postun qarşısına qədər gəlib bir anda nalayiq ifadələr işlədərək qaçmağa başlamışdır. Göstərilənlərə əsasən Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, şahidlərin izahatları və işdə olan digər sübutlarla təsdiq edildi. Məhkəmə hesab edir ki, Şəxs ünvansız nalayiq ifadələr işlətməklə, BDYPİ-nin YPXnin və Şəki ŞRPŞ-nin polis əməkaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, nalayiq söyüşlər söyməklə səs-küy salmış, ictimai qaydanı pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamasına görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin məsuliyyətini yüngülləşdirən hal müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 33.1.7 maddəsinin inzibati xətanın sərxoş halda törətməsi məsuliyyətini ağırlaşdıran haldır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, əmlak vəziyyətini, digər halları nəzərə alaraq, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, həmin maddənin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 01 dekabr 2024-cü il saat 06:30-dan hesab edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №3(075)-1208/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-1208/2024
02.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver