Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-121/2023 17.02.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi ilə X1 Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən barəsində tərtib edilmiş 15 noyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş 15 noyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsinə baxaraq, Müəyyən etdim: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454 maddəsi ilə təqsirli bilinərək barəsində Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən barəsində tərtib edilmiş 15 noyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş 15 noyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İş materiallarından müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı 15 noyabr 2022-ci il tarixdə qəbul edilsə də, həmin qərardan şikayət üç aya yaxın müddət ötürülməklə, yəni 13 fevral 2023-cü il tarixdə Şəki Rayon Məhkəməsinə daxil olmuşdur. Başqa sözlə desək, X3 tərəfindən Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin qəbul etdiyi 15 noyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermə müddəti 25 noyabr 2022-ci il tarix olmasına baxmayaraq, həmin qərardan 13 fevral 2023-cü il tarixdə şikayət verilməklə qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddəti ötürmüş, ötürülmüş müddətin bərpası barədə məhkəməyə vəsatət verməmişdir. Ona görə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən barəsində tərtib edilmiş 15 noyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş 15 noyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsi geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128, 130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: X2 Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən barəsində tərtib edilmiş 15 noyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş 15 noyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsi geri qaytarılsın. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-121/2023
Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-121/2023
17.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver