Məhkəmə qərarları › İş №3(075)-1219/2024

Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-1219/2024

13.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-1219/2024 13.12.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlu, X2 barəsində tətbiq edilmiş 45 manat inzibati cərimənin silinməsi barədə şikayəti işin baxılmağa hazırlanması zamanı nəzərdən keçirib, məhkəmə müəyyən etdi: X1 şikayət ilə məhkəməyə müraciət edərək, ona qanunsuz yazılan 45 manat cərimə məbləğinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti nəzərdən keçirib belə qənaətə gəlir ki, şikayət geri qaytarılmalıdır. İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olubolmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. Qeyd edilənlər hazırlıq mərhələsində müəyyənləşdirilmədən işə baxmaq mümkün deyildir. Şikayətçi, barəsində tətbiq edilmiş inzibati cərimənin silinməsini xahiş edir, lakin qeyd olunan cərimənin hansı inzibati tənbeh vermə haqqında qərara əsasən yazılmasını şikayətində göstərməmişdir. Eyni zamanda şikayətə zəruri sənədlər (inzibati tənbeh vermə haqqında qərar, həmin qərarın alınmasını təsdiq edən sənəd) əlavə edilməmişdir. Eyni zamanda İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Məhkəmə, işin hallarını, inzibati tənbehvermə haqqında qərarın iş materiallarına əlavə edilməməsini, qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, X4 tərəfindən verilmiş şikayət geri qaytarılmalı və göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə ümumi qaydada şikayət ilə müraciət etmək hüququ ona izah edilməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109 və 118-ci maddələrini rəhbər tutaraq, qərara aldı: X4 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə ümumi qaydada şikayət ilə müraciət etmək hüququ şikayət verən şəxs X3 izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar