Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-126/2024 22.02.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi X2 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X4 X1 tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X4 X1 tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, ona əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Materiala əlavə edilmiş inzibati xəta haqqında xx.xx.2024-ci il tarixli MN seriyalı ******* nömrəli protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəki rayonu “Kiş çayı” qum-çınqıl yatağında xx.xx.2024-cü il tarixdə Şəxs MMC tərəfindən “dağ-mədən ayırması” aktından kənarda qanunsuz 1000 m³ həcmində qum-çınqıl hasilatı aparılmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X4 X1 məhkəmə iclasında nümayəndəsinin iştirakənə təmin etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X3 izahat verərək bildirmişdir ki, 08 fevral 2024-cü il tarixdə Şəxs MMC-nə ayrılmış sahəyə baxış keçirilmişdir. Baxış zamanı Şəxs MMC-nə ayrılmış sahədən kənara çıxılması müəyyən olunmuşdur. Pozuntu dağ mədən agentliyinin əməkdaşları aşkar etmişdilər. Bildirmişdir ki, 13 illik fəaliyyət dövründə ilk dəfədir ki, qanun pozuntusuna yol vermişdir. İnzibati xəta haqqında göstərilən inzibati xəta hadisəsini bilmədən törətmişdir. Əməlindən peşmandır. Fəaliyyəti dövründə xeyriyəçiliklə məşğul olmuşlar. Belə ki, şəhid ailələrinə dəstək olmuşlar, habelə Şəki şəhərində olan bütün şəhid bulaqlarının tikintisinə maddi dəstək göstərmişlər. Bütün bunların nəzərə alınaraq İXM-nin 228-ci maddəsində nəzərdə tutulmuş aşağı həddə tənbeh tədbirinin tətbiq ediməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan 08 fevral 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən Şəki rayonu “Kiş çayı” qum-çınqıl yatağında xx.xx.2024-cü il tarixdə Şəxs MMC tərəfindən “dağ-mədən ayırması” aktından kənarda qanunsuz 1000 m³ həcmində qum-çınqıl hasilatı aparıldığı üçün barəsində İXMnin 228-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan 08 fevral 2024-cü il tarixli, 000167 nömrəli aktdan görünür ki, Şəxs MMC-nə ayrılmış sahənin kənarında x – 678443 Y – ******* X – 678489 Y – ******* X – 678508 Y – ******* X – 678468 Y – ******* kordinatları daxilində 2000 m² sahədə orta istismar dərinliyi 0,5 metr olmaqla 1000 m³ həcmində qum-çınqıl hasilatı aparılmışdır. İş materiallarında olan 08 fevral 2024-cü il tarixli, 000167 nömrəli akta əsasən ziyanın hesablanması cədvəlindən görünür ki, 1000 m³ həcmində olan qum-çınqılın qanunsuz daşınması nəticəsində təbiətə dəymiş ziyan 3500 manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinə əsasən icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən Şəki rayonu “Kiş çayı” qum-çınqıl yatağında xx.xx.2024-cü il tarixdə “dağ-mədən ayırması” aktından kənarda qanunsuz 1000 m³ həcmində qum-çınqıl hasilatı aparılması barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi X2 izahatı, inzibati xəta haqqında protokol, şəkillər və işin digər sənədləri ilə tam sübuta yetirilir. Səlahiyyətli orqan tərəfindən hüquqi şəxsin əməli Azərbaycan Respublikası İXM-in 228-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 9 yanvar tarixli, 1 №-li qərarı ilə təsdiq edilmiş “Yer təki sahəsinə faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək məqsədi ilə “Dağ-mədən ayırması” statusunun verilməsi Qaydalarının 1.1-ci bəndində göstərilir ki, bu Qaydalar "Yerin təki haqqında" Azərbaycan Respublikası Qanunu və "Yerin təki haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 aprel tarixli, 701 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası ərazisində faydalı qazıntıları çıxarmaq, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək hüququ verən xüsusi razılığa (lisenziyaya) və ya icazə müvafiq olaraq yer təki sahəsinə "Dağ-mədən ayırması" statusu verilməsini müəyyən edir. Faydalı qazıntıların çıxarılması, eləcə də faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikilməsi və istismar edilməsi məqsədi ilə hüquqi və fiziki şəxslərin (bundan sonra yer təki istifadəçilərinin) xüsusi razılığa və ya icazyə əsasən istifadəsinə verilən yer təkinin hüdudları - "Dağ-mədən ayırması" statusu adlanır və akt şəklində X4 X1 (qiymətli və əlvan (o cümlədən nəcib) metallara, qiymətli daş yataqlarına və təzahürlərinə münasibətdə yerin təki sahələrinin birbaşa danışıqlar yolu ilə istifadəyə verilməsi zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin iştirakı ilə) tərəfindən verilir (1 nömrəli əlavə). Həmin Qaydaların 1.2-ci bəndinə əsasən bu Qaydalara əsasən, Agentlik tərəfindən yer təki istifadəçilərinə faydalı qazıntı yataqlarının çıxarılmasına və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yer təki sahələrinə verilən "Dağ-mədən ayırması"nın ilkin hüdudları, yerin təkindən istifadəyə xüsusi razılıq (lisenziya) və ya icazə verilərkən müəyyənləşdirilir. Faydalı qazıntıların çıxarılması və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan işlərin texniki layihəsi hazırlandıqdan, dövlət ekspertizasının müsbət rəyi alındıqdan, X4 X1 və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırıldıqdan sonra xüsusi razılığa və ya icazəyə əsasən "Dağ-mədən ayırması"nın hüdudlarını müəyyənləşdirən sənədlər (sahənin hüdudlarının koordinat cədvəli, planı və səciyyəvi kəsilişlər) xüsusi razılığa və ya icazəyə daxil edilir və onun ayrılmaz tərkib hissəsi sayılır. Yer təki istifadəçiləri eyni tipli və kiçik sahədə istismar olunacaq faydalı qazıntı yataqlarının (kərpic və örtük materialı istehsalı üçün gil, əhəngdaşı, qum, çınqıl və s.) işlənməsinə "Dağ-mədən ayırması" statusu aldıqda Fövqəladə Hallar Nazirliyinə faydalı qazıntı yataqlarının işlənməsi layihəsi əvəzinə "Dağ işlərinin inkişaf planını" təqdim edə bilərlər. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən Yer təki istifadəçiləri verilən "dağ-mədən ayırması"ndan yalnız özləri istifadə edə bilərlər. "Dağ-mədən ayırması" sahibinin təsisçisi olduğu hüquqi şəxslərə, "Dağ-mədən ayırması"nın sahibi ilə birgə fəaliyyət, o cümlədən onunla əməkdaşlıq barədə bağlanmış müqaviləyə əsasən fəaliyyət göstərən başqa şəxslərə şamil edilmir. Həmin Qaydaların 1.8-ci bəndinə əsasən "Dağ-mədən ayırması" olmadan və yaxud onun hüdudlarından kənarda faydalı qazıntıların çıxarılması və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan qurğuların tikilməsi və ya istismarı Azərbaycan Respublikasının "Yerin təki haqqında" Qanunu ilə qadağan olunur. Yerin təkindən istifadə növlərini müəyyən edən “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən faydalı qazıntıların çıxarılması yerin təkindən istifadənin növləri sırasında göstərilmişdir. Göründüyü kimi Şəxs MMC tərəfindən ona ayrılmış ərazidən kənarda qum-çınqıl hasilatı aparması iş materialları ilə tam təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs MMC-nin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyənedilməmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC MMC-nə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 5000 manat məbləğində cərimə tətbiq etməyi qаnuni, əsаslı və ədаlətli hesаb edir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 5000 (beş min) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-126/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-126/2024
22.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver