Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-127/2024 21.02.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, X6 oğlunun katibliyi, X1, Protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası DİN-nin BDYPİ-si X11 5-ci X13 Xidməti inspektoru, polis serjantı X5 iştirakları ilə, X1 X11 5-ci X13 Xidməti inspektoru tərəfindən barəsində tərtib edilmiş TP ******* saylı, 07 fevral 2024-cü il tarixli inzibati təhbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, X11 5-ci X13 Xidməti inspektoru tərəfindən barəsində tərtib edilmiş TP ******* saylı, 07 fevral 2024-cü il tarixli inzibati təhbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, 07 fevral 2024-cü il tarixdə idarə etdiyi **-BA-*** dövlət qeydiyyat nişanlı, VAZ 21011 MİNİK markalı avtomobillə hərəkətdə olarkən X11 5-ci X13 Xidməti inspektoru X7 tərəfindən saxlanılmış, sürücülük hüququnun olmaması əsas gətirilərək barəsində İnzibati Xətalar Məcəlləsinin 332.3-cü madəsi ilə protokol tərtib edilmiş və 300 manat cərimə edilmişdir. Ona bir gün əvvəl Musa Əzimov tərəfindən sürücülük hüququnun məhdudlaşdırılması barədə xəbərdarlıq edilməsinə və bu barədə məhkəmə tərəfindən qərar göndərilməsinə baxmayaraq o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin 8 saylı Rayonlararası Qeydiyyat İmtahan Bölməsinin əməkdaşlarının sistemdə bu kimi halın olmadığını bildirmələrinə inanmış və avtomobil idarə etmişdir. Belə ki, Musa Əzimov tərəfindən bir gün əvvəl ona sürücülük hüququnun məhdudlaşdırıldığı bildirildikdən sonra o, bu halın doğruluğunu yoxlamaq üçün Baş X12 İdarəsinin 8 saylı Rayonlararası Qeydiyyat İmtahan Bölməsinin əməkdaşlarına yaxınlaşmış, onlardan bu haqda soruşmuş, lakin ona bu barədə məlumat olmadığı bildirilmişdir. Bu səbəbdən o, X11 5-ci X13 Xidməti inspektoru tərəfindən barəsində tərtib edilmiş TP ******* saylı, 07 fevral 2024-cü il tarixli inzibati təhbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair şikayət ərizəsi ilə məhkəmə müraciət etmişdir. Barəsində TP ******* saylı qərar yazıldıqdan sonra o, cəriməni ödəmiş cə ərizə ilə məhkəməyə müraciət etmiş, sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı qərarın ləğv edilib işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə 12 fevral 2024-cü il tarixdə qərar qəbul etmiş, onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı işin icraatına xitam vermişdir. O, hazırda baxılan iş üzrə verdiyi şikayətində haqsız olduğunu başa düşdüyü üçün məhkəməyə təqdim etdiyi ərizəsindən imtina etdiyini, X11 5-ci X13 Xidməti inspektoru tərəfindən barəsində tərtib edilmiş TP ******* saylı, 07 fevral 2024-cü il tarixli inzibati təhbeh vermə haqqında qərarla razı olduğunu bildirmiş və ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası DİN-nin BDYPİ-si X11 5-ci X13 Xidməti inspektoru, polis serjantı X7 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, bir gün əvvəl X3 idarə etdiyi avtomobili saxlayıb sənədlərini yoxlayarkən onun məhkəmə qərarı ilə sürücülük hüququnun məhdudlaşdırıldığını müəyyən etmiş, ona bu barədə məlumat vermişdir. Həmin vaxt Cəmil Süleymanov sürücülük hüququnun məhdudlaşdırılmasından xəbəri olmadığını dediyinə görə barəsində protokol tərtib etməmişdir. Bir gün sonra Cəmil Süleymanov **-BA-*** dövlət qeydiyyat nişanlı, VAZ 21011 MİNİK markalı avtomobillə hərəkətdə olarkən onun verilmiş xəbərdarlığa məhəl qoymadan yenidən avtomobil idarə etdiyini görüb yenidən saxlamış və barəsində İnzibati Xətalar Məcəlləsinin 332.3-cü madəsi ilə protokol tərtib edərək 300 manat cərimə etmişdir. Cəmil Süleymanov məhkəməyə ünvanladığı ərizəsində sürücülük hüququnun məhdudlaşdırıldığını bilmədəyini qeyd etsə də, o, bir gün əvvəl Cəmil Süleymanovu bu barədə xəbərdar etmişdir. Ona görə də hesab edir ki, tərəfindən tərtib edilmiş qərar qanunidir və ləğv edilməməlidir. Odur ki, X3 ərizəsinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib hüquqi qiymət verərək belə qənaətə gəlir ki, ərizə təmin edilməməlidir. İş materiallarında olan, TP ******* saylı, 07 fevral 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərardan görünür ki, X4 07 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsi ilə təqsirli bilinib 300 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq məhkəmə qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. X2 məhkəməyə təqdim etdiyi ərizəsində X11 5-ci X13 Xidməti inspektoru tərəfindən barəsində tərtib edilmiş TP ******* saylı, 07 fevral 2024-cü il tarixli inzibati təhbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etsə də, tələbində haqlı olması ilə bağlı əsas və sübutlarını məhkəməyə təqdim etməmiş, əksinə o, məhkəməyə ərizə təqdim edərək şikayətindən imtina etdiyini, ərizənin rədd edilməsini xahiş etmiş və barəsində X11 5-ci X13 Xidməti inspektoru tərəfindən tərtib edilmiş TP ******* saylı, 07 fevral 2024-cü il tarixli inzibati təhbeh vermə haqqında qərarla razılaşmışdır. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, X3 X11 5-ci X13 Xidməti inspektoru tərəfindən barəsində tərtib edilmiş TP ******* saylı, 07 fevral 2024-cü il tarixli inzibati təhbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə ərizəsi təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-52, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: X1 X11 5-ci X13 Xidməti inspektoru tərəfindən barəsində tərtib edilmiş TP ******* saylı, 07 fevral 2024-cü il tarixli inzibati təhbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə ərizəsi təmin olunmasın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Ceyhun Əhmədov.
Məhkəmə qərarları › İş №3(075)-127/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-127/2024
21.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver