Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-128/2021 25.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki rayon Məhkəməsinin hakimi Mehdiyev Elçin Məhəmməd oğlu, Şəxs barəsində 25 fevral 2021-ci il tarixdə Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işin materiallarına baxaraq, müəyyən etdim: Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Şəki şəhər-rayon X2 Rayon Məhkəməsinə göndərilmişdir. İşdə olan materiallara baxaraq hesab edirəm ki, inzibati xəta üzrə iş onu vermiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 15 fevral 2021-ci il tarixli qərardan görünür ki, HK-1/59 nömrəli materia üzrə cinayət işinin başlanılması rədd edilmiş və Şəxs Azərbaycan Respublikası İXM-nin 564-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surətinin aidiyyəti xidmət sahəsinə verilməsi qərara alınmışdır. Lakin, iş mateiallarına Şəxs Azərbaycan Respublikası İXM-nin 564-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair hər hansı bir sənəd əlavə edilməmişdir. Əgər, Şəxs Azərbaycan Respublikası İXM-nin 564-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdursa, onda onun eyni vaxtda törətdiyi bildirilən bilə-bilə yalandan ixtisaslaşdırılmış xidmətləri çağırma və xırda xuliqanlıq kimi inzibati xətaya dair işlərə eyni vaxtda baxılmalı olması səlahiyyətində olan Şəki ŞRPŞ tərəfindən baxılmamış, bunun səbəblərinə dair iş materiallarına hər hansı bir sənəd əlavə edilməmişdir. Həmçinin, Şəki ŞRPŞ tərəfindən inzibati xəta haqqında işin məhkəməyə göndərilməsi haqqında 25 fevral 2021-ci il tarixli qərardad qəbul edilsə də, həmin qərardadda Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə olan inzibati xətaya Şəki ŞRPŞ tərəfindən baxılmamasının və həmin inzibati işin hansı əsaslara görə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilməsi səbəbləri əsaslandırılmamışdır. Buna görə də Şəki şəhər-rayon Polis Şöbəsindən baxılması üçün Şəki rayon Məhkəməsinə təqdim edilmiş materiallar natamamdır və işə baxılarkən onların tamamlanması qeyri mümkündür. Hesab edirəm ki, Şəxs barəsində inzibati xəta haqqında iş İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi rəhbər tutularaq onu verən orqana geri qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq qərara aldım: Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında iş Şəki şəhər-rayon Polis Şöbəsinə geri qaytarılsın. Hakim Elçin Mehdiyev. AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ 5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004 Tel: (024) 244-70-13, Faks: (024) ***-**-** www.shakicourt.gov.az Elektron ünvan İş № 3 (075)-128/2021 25 fevral 2021-ci il Şəki ŞRPŞ-nin rəisi, polis polkovniki cənab Azər Muradova Hörmətli Azər müəllim ! Şəxs Azərbaycan Respubilkası İXM-nin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında material Şəki Rayon Məhkəməsi hakiminin 25 fevral 2021-ci il tarixli, 3 (075)-128/2021 saylı inzibati xəta haqqında iş üzrə qərardadı ilə birlikdə Sizə qaytarılır. Qoşma: 1) İnzibati xəta haqqında material 18 vərəqə, 2) Qərardadı 01 vərəqə, 02 səhifə, Hörmətlə, Hakim Elçin Mehdiyev.
Məhkəmə qərarları › İş №3(075)-128/2021
Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-128/2021
25.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver