Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-129/2021 19.04.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, X1 iştirakı ilə X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin inzibati tənbeh vermə haqqında qərardan şikayətə baxılmasının nəticəsinə dair xx xxxxxx 2020-ci il tarixli, 016-115633 H nömrəli qərarından şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin inzibati tənbeh vermə haqqında qərardan şikayətə baxılmasının nəticəsinə dair xx xxxxxx 2020-ci il tarixli, 016-115633 H nömrəli qərarının, xx xxxxxx 2020-ci il tarixli, EQ-4844196 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X3 ərizəsini onunla əsaslandırmışdır ki, “Opel Vectra” markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunması zamanı yol hərəkəti qayda pozuntusuna yol verilməsinə görə xüsusi texniki vasitənin Baş X13 İdarəsinin mərkəzi informasiya sisteminə ötürülmüş məlumatı əsasında barəsində çıxarılmış EQ-4844196 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermişdir. AR DİN Baş X13 İdarəsinin xx xxxxxx 2020-ci il tarixli, 016-115633 H nömrəli qərarı ilə barəsində çıxarılmış xx xxxxxx 2020-ci il tarixli, EQ-4844196 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qərar belə əsaslandırılmışdır ki, araşdırma zamanı vətəndaş onun şikayətində göstərdiyi əsaslar təsdiqini tapmamışdır. Belə ki, xətanın törədilməsini sübut edən foto və ya video görüntülər əsasında, habelə onun sürücülük vəsiqəsinin fotoşəkli ilə aparılan eyniləşdirmə zamanı müəyyən olunmuşdur ki, xəta törədilən vaxt, yəni xx xxxxxx 2020-ci il tarixdə qeyd olunan avtomobil digər şəxs tərəfindən deyil, onun özü tərəfindən idarə olunmuşdur. Qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, əvvəla qərarın əsaslandırıcı hissəsində qeyd edilir ki, “xətanın törədilməsini sübut edən müvafiq foto və video görüntülər əsasında müəyyən olunmuşdur”. Göründüyü kimi xətanın törədilməsini sübut edən xüsusi texniki vasitə qeyrimüəyyəndir. Həmin sübut foto görüntüdür, yoxsa video görüntü və araşdırma zamanı hansına istinad edilmişdir? Bundan başqa inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılırdısa, nəyə görə mən araşdırmaya cəlb edlməmişdir. Qanunvericiliyə əsasən o, inzibati araşdırmaya çağırılmalı idi. Həmçinin, elektron protokol ona göndərilməli, həmin protokolda əgər xətanı o törətmişsə şəkli, xətanın törədildiyi yer göstərilməli idi. Halbuki, o, xx xxxxxx 2020-ci il tarixdə Şəki şəhərində olmaqla, sözügedən avtomobil onun istifadəsində olmamışdır. Belə ki, xx xxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonunda Vüqar və Aqil adlı şəxslərdən “Opel Vectra” markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır (Vüqar Xırdalanda, Aqil isə Binəqədidə yaşayır). Avtomobilin dəyərini 7020 manata razılaşmışlar. Bunun üçün avtomobilin mülkiyyətçisi X2 etibarnamə üzrə nümayəndəsi ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri Binəqədi rayonunda yaşayan X9 xx xxxxxxx 2020-ci il tarixdə 4 saylı Bakı “ASAN” xidmət mərkəzində notariat ofisində nəqliyyat vasitəsini idarə etmək üçün ona etibarnamə vermişdir. Həmin vaxt o, Vüqar və Aqillə razılaşma əsasında ilkin olaraq 2000 manat nağd pul ödəmiş, qalan 5020 manatın hissə-hissə ödənilməsi üçün isə X9 ilə aralarında həmin gün, xx xxxxxxx 2020-ci il tarixli borc müqaviləsi bağlamışlar. Həmin müqaviləyə əsasən xx xxxxxx 2020-ci il tarixdən xx xxxxx 2022-ci il tarixədək o, Aqilə hər ay 390 manat məbləğində ödəniş etməli idi. Buna görə də o, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməni də xx xxxxx 2022-ci il tarixədək vermişdir. Bundan sonra o, nəqliyyat vasitəsini Şəkiyə gətirmişdir. xx xxxxxxx 2020-ci il tarixdə avtomobildə nasazlıq olduğu üçün Vüqarla (***-***-**-**) və Aqillə (***-***-**-**) telefon əlaqəsi saxlayaraq avtomobildəki nasazlıq olduğunu, bu səbəbdən avtomobili qaytarmaq istədiyimi demişdir. Onlar isə problem olmadığını və gətirməsini bildirmişlər. Həmin gün, yəni xx xxxxxxx 2020-ci il tarixdə o, avtomobili Bakıya aparmış və Aqillə Vüqara təhvil vermişdir. Göründüyü kimi sözügedən “Opel Vectra” markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobil axırıncı dəfə xx xxxxxxx 2020-ci il tarixdə onda olmuş və həmin gün avtomobili Bakı şəhərində X5 təhvil vermişdir. Sonuncu bu günədək qalıq pulu qaytarmadığı üçün polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Avtomobili xx xxxxxxx 2020-ci il tarixdə təhvil verdikdən sonra xx xxxxxx 2020-ci il tarixdə həmin avtomobillə necə yol hərəkəti qaydalarını poza bilərdi. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında X3 ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilmiş qərarından şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə qərarından şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyərək və iş materiallarını tədqiq edərək onlara birlikdə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, ərizə təmin edilməməlidir. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli, EQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Şəki rayonu Kiş kəndində qeydiyyatda olan X8 xx xxxxxx 2020-ci il tarixdə Opel Vectra minik markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə həmin tarixdə barəsində Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək 40 manat inzibati cərimə olunmasına dair qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin inzibati tənbeh vermə haqqında qərardan şikayətə baxılmasının nəticəsinə dair xx xxxxxx 2020-ci il tarixli, 016-115633 H nömrəli qərarından görünür ki, xx xxxxx 1976-cı il tarixdə Şəki şəhərində anadan olmuş, Şəki rayonu Kiş kənd sakini vətəndaş X4 istifadəçisi olduğu «OPEL VECTRA» markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunması zamanı yol hərəkəti qayda pozuntusuna yol verilməsinə görə xüsusi texniki vasitənin Baş X13 İdarəsinin mərkəzi informasiya sisteminə ötürülmüş məlumatı əsasında barəsində çıxarılmış EQ-4844196 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan şikayətinə baxılaraq müəyyən edilmişdir ki, «OPEL VECTRA» markalı **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunması zamanı yol hərəkəti qayda pozuntusuna yol verilməsi halı üzrə foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitənin mərkəzi informasiya sisteminə ötürülmüş məlumatı əsasında avtomobilin istifadəçisi vətəndaş X8 barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən xx xxxxxx 2020-ci il tarixdə, EQ-4844196 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmışdır. X7 barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında elektron qərarın ona rəsmi çatdırılmasına, habelə SMS vasitəsi ilə məlumatlandırılmasına dair Baş X13 İdarəsinin mərkəzi informasiya sistemində məlumatlar mövcud deyildir və bu səbəbdən də həmin qərar qanuni qüvvəyə minməmişdir. Qərar barədə şifahi məlumatlandırılan vətəndaş Azad Həşimov xətanın törədildiyi xx xxxxxx 2020-ci il tarixdə nəqliyyat vasitəsinin digər şəxs tərəfindən idarə olunduğunu bildirməklə qərardan şikayət vermiş və bu səbəbdən də barəsində qəbul olunmuş elektron qərarın ləğv edilməsini xahiş etmişdir. Araşdırma zamanı X7 şikayətində göstərdiyi əsaslar təsdiqini tapmamışdır. Belə ki, xətanın törədilməsini sübut edən müvafiq foto və ya video görüntülər əsasında, habelə X7 sürücülük vəsiqəsinin foto şəkli ilə aparılan eyniləşdirmə zamanı müəyyən olunmuşdur ki, xəta törədilən vaxt, yəni xx xxxxxx 2020-ci il tarixdə qeyd olunan avtomobil digər şəxs tərəfindən deyil, onun özü tərəfindən idarə olunmuşdur. Araşdırma zamanı şikayətdə göstərilən məlumatlar təsdiq olunmadığından vətəndaş Azad Həşimov barəsində çıxarılmış xx xxxxxx 2020-ci il tarixli, EQ-4844196 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş materiallarına əlavə edilmiş sənədlərdən X4 qeyd olunan inzibati xətanı törətməsi öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli, EQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarda əksini tapan fotoşəkildən görünür ki, «OPEL VECTRA» markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun hərəkət hissəsinin işarələrinin tələblərini pozaraq digər hərəkət zolağına çıxmış və hərəkətini davam etdirmişdir. X1 məhkəməyə təqdim etdiyi ərizəsində nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə onun adına olsa da, xx xxxxxx 2020-ci il tarixdə «OPEL VECTRA» markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmədiyini, avtomobili qaytardığını, ona görə də inzibati xəta hadisəsi mövcud olsa belə, avtomobili o idarə etmədiyindən protokolun onun barəsində tərtib edilməli olmadığını bildirməsi işə əlavə edilmiş materiallarla öz təsdiqini tapmır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən və fotoşəkildən qeyd olunan tarixdə X4 idarə etdiyi avtomobilin yolların hərəkət hissəsinin işarələrinin tələblərini pozaraq hərəkətini davam etdirməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələbini pozması öz təsdiqini tapır. X8 avtomobili həmin vaxt idarə etmədiyini bildirsə də, digər şəxsə verdiyi nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnaməyə xitam verilməsi və ya ləğv edilməsi ilə bağlı hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Odur ki, məhkəmə tərəfindən ərizəçinin qeyd olunan qərarların qanunsuz və əsassız olmasını qeyd etməsi özünümüdafiə kimi qiymətləndirilir. Şərh edilənlərə əsasən, X1 şikayət ərizəsində qeyd etdiyi barəsində tərtib edilmiş xx xxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli xx xxxxxx 2020-ci il tarixli, 016-115633 H nömrəli və xx xxxxxx 2020-ci il tarixli, EQ-4844196 nömrəli qərarların qanunsuz və əsassız olması ilə bağlı müddəalar öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin inzibati tənbeh vermə haqqında qərardan şikayətə baxılmasının nəticəsinə dair xx xxxxxx 2020-ci il tarixli, 016-115633 H nömrəli və xx xxxxxx 2020-ci il tarixli, EQ-4844196 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarlarının ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi ilə bağlı ərizəsi təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-52, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin inzibati tənbeh vermə haqqında qərardan şikayətə baxılmasının nəticəsinə dair xx xxxxxx 2020-ci il tarixli, 016-115633 H nömrəli və xx xxxxxx 2020-ci il tarixli, EQ-4844196 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarlarının ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi ilə bağlı ərizəsi təmin olunmasın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-129/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-129/2021
19.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver