Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-129/2024 28.02.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən Şəki ŞRPŞ-nin İT-nin polis sahə rəisi X3 Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, 10 avqust 1985-ci il tarixdə Şəki rayonu, Cəfərabad kəndində anadan olmuş, FİN: xxxxxxx, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Şəki rayonu, Cəfərabad pasport qeydiyyatında olmaqla, həmin kənddə yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokolda göstərilmişdir ki, Şəxs hər hansı icazə sənədi olmadan № 45400 nömrəli, 16 kalibrli, ij modelli, qoşa lüləli, yivsiz ov tüfəngini və ona məxsus 6 ədəd patronu sənədsiz olaraq özündə saxlaması səbəbindən inzibati qaydanı pozmuşdur. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki ŞRPŞ-dən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən Şəki ŞRPŞ-nin İT-nin polis sahə rəisi X3 izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə Şəki rayonu Cəfərabad kəndi ərazisində Şəxs N45400 nömrəli, 16 kalibrli, zavod üsulu ilə istehsal olunmuş, İj modelli, qoşa lüləli, yivsiz ov tüfəngi və həmin ov tüfənginə məxsus 06 ədəd patron aşkar olunaraq götürülmüşdür. Nəticədə Şəxs həmin əməli ilə Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahat verərək bildirdi ki, ona mərhum atası X2 01 ədəd qoşa lülə ov tüfəngi yadigar qalmışdır. Həmin ov tüfəngini yaşadığı evin zirzəmisində saxlamışdır. O, xx.xx.2023-cü il tarixdə saat 21 radələrində pay torpaq sahəsinə baş çəkməyə gedən zaman yırtıcı heyvanlardan qorunmaq üçün həmin ov tüfəngini və həmin tüfəngə məxsus 06 ədəd patronu özü ilə götürmüşdür. xx.xx.2023-cü il tarixdə saat 00:30-da pay torpaq sahəsinin yaxınlığında olan zaman polis əməkdaşı yaxınlaşaraq özünü təqdim etmiş, üzərində gəzdirdiyi ov tüfənginin sənədlərinin olub-olmadığını soruşmuşdur. Polis əməkdaşına həmin ov tüfənginin sənədlərinin olmadığını bildirmiş, həmin ov tüfəngini və 06 ədəd patronu ona təhvil vermişdir. Daha sonra həmin polis əməkdaşı tərəfindən polis şöbəsinə gətirilmişdir. Törətdiyi əməldən peşmandır. Qanuni qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Repsublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin 17/866 nömrəli, 22 dekabr 2023-cü il tarixli ekspert rəyinin nəticəsindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah zavod üsulu ilə istehsal edilmiş, “İJ” modelli,16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, “N45400” №-li xarici çaxmaqlı, qoşalüləli tüfəngdir - yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir. MEM-in Şəki regional bölməsində müvafiq texniki şərait (tir) olmadığından ekspert qarşısında qoyulmuş “silahın atəşə yararlı olub-olmaması müəyyən edilsin” sualını cavablandırmaq mümkün olmadı. İş materiallarına əlavə edilmiş Şəki ŞRPŞ-nin X1, polis kapitanı X4 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 12 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Şəki ŞRPŞ-də toplanmış HK-1/2331 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsinin tərkib əlamətləri olduğundan inzibati məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün qəbul edilmiş qərarın surətinin şöbənin aidiyyəti xidmət sahəsinə göndərilməsi, Şəxs aşkar edilmiş 01 ədəd № 45400 nömrəli, 16 kalibrli, zavod üsulu ilə istehsal olunmuş, xarici çaxmaqlı, İj modelli, hamar qoşa lüləli, yivsiz ov tüfəngi və həmin ov tüfənginə məxsus 06 ədəd patronun DİN-nin X8 Baş İdarəsinə göndərilməsi üçün şöbənin aidiyyəti xidmət sahəsinə təhvil verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, Şəxs qeyd olunan hərəkətləri məhkəmə iclasında verdiyi izahatı, Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf etməsini və əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq etməyi və silahın müsadirə edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat məbləğində inzibati cərimə edilsin. İş üzrə Şəki şəhər-rayon Polis Şöbəsində saxlanılan № 45400 nömrəli, 16 kalibrli, zavod üsulu ilə istehsal edilmiş, xarici çaxmaqlı, İj modelli, qoşa lüləli, yivsiz ov tüfəngi və ona məxsus 6 ədəd patron dövlət nəfinə müsadirə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-129/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-129/2024
28.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver