Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-129/2025 19.02.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X4 iştirakları ilə, xx xxxx 1973-cü il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx olan, əlilliyi olmayan, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X2 tərəfindən tərtib edilmiş 19 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 19 fevral 2025-ci il tarixdə, saat 02:30 radələrində Şəki ŞRPŞ-nin inzibati binasında səs-küy salaraq iş rejimini pozmuş, polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamış, ucadan nalayiq ifadələr işlətmiş və beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X2 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Şəxs Daxili İşlər Nazirliyinin «102» xidməti-zəng mərkəzinə eləcə də, Şəki ŞRPŞ-nin növbətçi hissəsinə zəng edərək, xidmətdə olan operatorların şərəf və ləyaqətini alçaldıcı sözlərlə təhqir edərək onların iş fəaliyyətini pozmuşdur. Həmin şəxsin yeri müəyyən olunaraq xx.xx.2024-cü il tarixdə saat 23:55 radələrində ünvan 2 ünvanında yerləşən Şəki ŞRPŞ-nə gətirilmişdir. Vətəndaş Şəxs polis şöbəsinə gətirilməsinə etiraz edərək Şəki ŞRPŞ-nin inzibati binasının qarşısında uca səslə etikadan kənar ifadələr işlədərək nalayiq şəkildə dövlət orqanlarına və rəhbər vəzifəli şəxslərə mənfi münasibət bildirərək səs-küy salıb ətrafda olan vətəndaşların diqqətini özünə cəlb etməyə çalışmışdır. Polis əməkdaşları onu polis şöbənin inzibati binasında yerləşən xidməti iş otağına dəvət etmişlər. Xidməti iş otağında onu sakitləşdirərək məsələyə aydınlıq gətirməyə çalışsalar da, o, yenidən səs-küy salıb dəhlizə çıxmış və ucadan nalayiq ifadələr işlətməyə başlamışdır. Polis əməkdaşları həmin şəxsi nizamintizama, ictimai qaydalara riayət etməyə, qanunlara hörmətlə yanaşmağa dəvət etsələr də, o, polisin qanuni tələbinə qəsdən tabe olmayaraq onlara qarşı kobudluq edərək daha da aqressiv şəkildə öz hərəkətlərini davam etdirməklə polisin iş fəaliyyətini pozmuşdur.Protokolu müdafiə edir. Qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, o, DİN “102” Xidmətinə, həmçinin Şəki ŞRPŞ-nin daxili nömrəsinə zəng edərək xidmətdə olan operatorların şərəf və ləyaqətini alçaldaraq təhqir etmiş, ünvanlarına nalayiq ifadələr işlətmişdir. Bildirmişdir ki, o, qeyd etdiyi tarixlərdə polis şöbəsinə zəng edərək evindən oğurluq edilməsi və işin araşdırılmaması barədə məlumat vermişdir. Bundan başqa o, dəfələrlə polis şöbəsinə zəng edib onun işinə düzgün baxılmasını bildirmişdir. O, polis orqanlarına dəfələrlə müraciət etsə də, onun işinə baxılmamışdır. Buna görə də, o, əsəbləşərək DİN “102” Xidmətinə və Şəki ŞRPŞ-nə zəng edib nalayiq ifadələr işlətmişdir. Göstərmişdir ki, o, 19 fevral 2025-ci il tarixdə polis əməkdaşları tərəfindən Şəki ŞRPŞ-nə gətirilən zaman heç bir səs-küy salmamışdır. O, ancaq DİN “102” Xidmətinə, həmçinin Şəki ŞRPŞ-nin daxili nömrəsinə zəng edərək polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir, ona görə ki, onun evindən oğurluq hadisəsi olub, lakin araşdırılma aparılmır. Törətdiyi əməlindən peşman olduğunu bildirmişdir. Bir daha bu cür əməllərə yol verməyəcəyinə söz verir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X11 məhkəmə iclasında şəxsin əməlindən peşman olmasını olmamasını nəzərə alaraq, iş üzrə yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin İB-nin müstəntiqi, polis mayoru X5 ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında yaşayan xx xxxx 1973-cü il təvəllüdlü Şəxs Mayis oğlu xx.xx.2024-cü il tarixdə saat 15:03-də, xx.xx.2024 cü il tarixdə saat 18:26-da, xx.xx.2024-cü il tarixdə saat 22:56 və 22:57-də, xx.xx.2024-cü il tarixdə saat 20:55-də, xx.xx.2024-cü il tarixdə saat 12:51-də, xx.xx.2024-cü il tarixdə saat 22:09da, xx.xx.2024-cü il tarixdə saat 17:27-də, xx.xx.2024-cü il tarixdə saat 20:14-də, 20:18də, xx.xx.2024-cü il tarixdə saat 17:20-də Daxili işlər Nazirliyinin «102» xidməti-zəng mərkəzinə eləcə də, Şəki ŞRPŞ-nin növbətçi hissəsinə zəng edərək, xidmətdə olan operatorların şərəf və ləyaqətini alçaldıcı sözlərlə təhqir edərək onların iş fəaliyyətini pozmuşdur. Vətəndaş Şəxs polis şöbəsinə gətirilməsinə etiraz edərək Şəki ŞRPŞ-nin inzibati binasının qarşısında uca səslə etikadan kənar ifadələr işlədərək nalayiq şəkildə dövlət orqanlarına və şəxslərə mənfi münasibət bildirərək səs-küy salıb ətrafda olan vətəndaşların diqqətini özünə cəlb etməyə çalışmışdır. Onlar Şəxs polis şöbənin inzibati binasında yerləşən xidməti iş otağına dəvət etmişlər. Xidməti iş otağında onu sakitləşdirərək məsələyə aydınlıq gətirməyə çalışsalar da, o, yenidən səs-küy salıb dəhlizə çıxmış və ucadan nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar həmin şəxsi nizamintizama, ictimai qaydalara riayət etməyə, qanunlara hörmətlə yanaşmağa dəvət etsələr də, o, polisin qanuni tələbinə qəsdən tabe olmayaraq onlara qarşı kobudluq edərək daha da aqressiv şəkildə öz hərəkətlərini davam etdirməklə polisin iş fəaliyyətini pozmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən zaman Şəki ŞRPŞ-nın NH-nin məsul növbətçisi polis leytenantı X6, Şəki ŞRPŞ-nın NH-nin məsul növbətçisi polis leytenantı X9, Şəki ŞRPŞ-nin NH-nin növbətçi köməkçisi, polis baş serjantı X7, Şəki ŞRPŞ-nin PPXBnün polis nəfəri polis serjantı X8 və Şəki ŞRPŞ-nin PPXB-nün polis nəfəri polis serjantı X3 şahid X5 ilə oxşar məzmunda ifadə vermişdir. İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə, inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 02:30-da tutulmuşdur. “Şəxsi axtarış və fiziki şəxslərdə olan şeylərin yoxlanılması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs üzərinə baxış keçirilən zaman üzərində Samsung markalı telefon aşkar edilmişdir. İş materiallarında olan Videodisklərdəki səs yazılarından görünür ki, Şəxs Mayis oğlu xx.xx.2024-cü il tarixdə saat 15:03-də, xx.xx.2024 cü il tarixdə saat 18:26-da, xx.xx.2024-cü il tarixdə saat 22:56 və 22:57-də, xx.xx.2024-cü il tarixdə saat 20:55-də, xx.xx.2024-cü il tarixdə saat 12:51-də, xx.xx.2024-cü il tarixdə saat 22:09-da, xx.xx.2024-cü il tarixdə saat 17:27-də, xx.xx.2024-cü il tarixdə saat 20:14-də, 20:18-də, xx.xx.2024-cü il tarixdə saat 17:20-də DİN “102” Xidmətinə zəng etmiş, bir çox şəxsin və məlumatı qəbul edən operatorların ünvanına nalayiq, təhqiredici ifadələr işlətmişdir. 05 sentyabr 2024-cü il tarixli, 4752 saylı raportdan görünür ki, 05 sentyabr 2024-cü il tarix də saat 12:21-də Şəxs Mayis oğlu DİN 102 xidmətinə ***-***-**-** saylı mobil nömrədən zəng edərək Şəki ŞRPŞ-nın əməkdaşlarının dəfələrlə etdiyi müraciəti ilə maraqlanmadığını bildirmişdir. 01 oktyabr 2024-cü il tarixli, 5214 saylı raportdan görünür ki, 01 oktyabr 2024-cü il tarix də saat 16:07-də Şəxs Mayis oğlu DİN 102 xidmətinə ***-***-**-** saylı mobil nömrədən zəng edərək Şəki ŞRPŞ-nın əməkdaşlarını təhqir etmişdir. xx.xx.2024-cü il tarixli, raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 15:20-də Şəxs Mayis oğlu DİN 102 xidmətinə zəng edərək Şəki ŞRPŞ-nin əməkdaşlarını təhqir etmişdir. 19 fevral 2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdən 19 fevral 2025-ci il tarixədək, Şəxs Mayis oğlu DİN 102 xidmətinə ***-***-**-** saylı mobil nömrədən 299 dəfə əsassız zəng edərək qadın operatorların və Şəki ŞRPŞ-nin əməkdaşlarını təhqir etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamasına görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs Mayis oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və şahidlərin izahatları ilə təsdiq edildi. Məhkəmə Şəxs Mayis oğlunun polis əməkdaşlarnın qanuni tələblərinə tabe olmamasına dair izahatına tənqidi yanaşır və məsuliyyətdən yayınmaq cəhdi kimi qiymətləndirir. Belə ki, məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatı, habelə iş materialları ilə müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Mayis oğlu xx.xx.2024-cü il tarixdə saat 15:03-də, xx.xx.2024 cü il tarixdə saat 18:26-da, xx.xx.2024-cü il tarixdə saat 22:56 və 22:57-də, xx.xx.2024-cü il tarixdə saat 20:55-də, xx.xx.2024-cü il tarixdə saat 12:51-də, xx.xx.2024-cü il tarixdə saat 22:09-da, xx.xx.2024-cü il tarixdə saat 17:27-də, xx.xx.2024-cü il tarixdə saat 20:14-də, 20:18-də, xx.xx.2024-cü il tarixdə saat 17:20-də DİN “102” xidmətinə özünün istifadəsində olan mobil nömrədən zəng edərək DİN “102” xidmətinin operatorlarının, habelə Şəki ŞRPŞ-nin əməkdaşlarının barəsində nalayiq ifadələr işlətmiş, təhqir etmiş, polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söymüşdür. Eyni zamanda Şəxs polis əməkdaşları tərəfindən Şəki ŞRPŞ-nə aparılan zaman uca səslə etikadan kənar ifadələr işlədərək nalayiq şəkildə dövlət orqanlarına və şəxslərə mənfi münasibət bildirərək səsküy salıb ətrafda olan vətəndaşların diqqətini özünə cəlb etməyə çalışmış, polisin iş fəaliyyətini və ictimai qaydaları pozmuşdur. Eyni zamanda Şəxs polisin qanuni tələbini icra etməməklə İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Mayis oğlu 2022-ci ildə eyni hərəkətlərə yol verdiyi üçün Şəki Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 3(075)- 794/2022 saylı və Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(075)-130/2024 nömrəli qərarlarına əsasən İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində ayrı-ayrılıqda hər biri 30 gün müddətinə olmaqla inzibati həbs edilmişdir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Mayis oğlu 30 gün müddətinə inzibati həbs edilməsinə baxmayaraq yenidən eyni hərəkətləri icra etməklə islah olunmadığını nümayiş etdirmişdir. Məhkəmə hesab edir ki, Şəxs Mayis oğlu ünvansız nalayiq ifadələr işlətməklə, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, nalayiq söyüşlər söyməklə səsküy salmış, ətrafdakıların diqqətini özünə cəlb etmiş, beləliklədə İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Mayis oğlunun şəxsiyyətini, əmlak vəziyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını digər halları nəzərə alaraq, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növünün Şəxs Mayis oğluna tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Mayis oğlu əvvəllərdə eyni növ inzibati xəta hadisəsi törətdiyi üçün inzibati qaydada həbs olunmuş, lakin özü üçün müsbət nəticə çıxarmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 30 (otuz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 19 fevral 2025-ci il tarixdən, saat 02:30-dan hesab edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Elşən Vəliyev AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004, Tel: 244-70-13, Faks: (024) 244-30-70 www.shakicourt.gov.az Elektron ünvan Cavab verərkən bizim nömrəyə istinad edin: İş № 3 (075)-129/2025 19 fevral 2025-ci il Şəki ŞRPŞ-nin rəisi, polis polkovniki cənab Elnur Həsənova Hörmətli Elnur müəllim ! İnzibati xəta edən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Şəki Rayon Məhkəməsinin 3 (075)-129/2025 nömrəli, 19 fevral 2025-ci il tarixli qərarı icra edilməsi üçün Sizə göndərilir. Qoşma: 1) Qərar-03 vərəqə, 06 səhifə, 2) Portaldan çıxarış. Hörmətlə, Hakim: Elşən Vəliyev
Məhkəmə qərarları › İş №3(075)-129/2025
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-129/2025
19.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver