Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-13/2023 05.01.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Şəki ŞRPŞ-nin, polis sahə rəisi, polis mayoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X4 iştirakları ilə xx xxxxxxx 1963-cü il tarixdə Ağdam rayonu, Əmirhan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əlilliyi olmayan, ali təhsilli, evli, frdi əməklə məşğul olan, Şəki rayonu, Kiçik Dəhnə kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-dan daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: 27 dekabr 2022-ci il tarixli İnzibati xəta barədə protokolda göstərilmişdir ki, Şəxs 02 yanvar 2023-cü il tarixdə Şəki rayonu, Kiçik Dəhnə kəndində küçədə nalayiq ifadələr işlədərək polisi təhqir etmiş və polisin qanuni tələbini yerinə yetirməmişdir. Beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki ŞRPŞ-nin, polis sahə rəisi, polis mayoru X7 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə polis əməkdaşları Şəki rayonu, Kiçik Dəhnə kənd sakini Şəxs adlı şəxs barəsində aparılan araşdırma materialı ilə əlaqədar izahatının alınması üçün Şəki ŞRPŞ-nə getməsi barədə bildiriş vermək məqsədi ilə yaşadığlı ünvana getmişlər. Şəxs yaşadığı ünvanda olmadığı üçün ona zəng vumuşlar. Şəxs Kiçik Dəhnə kəndində çayxanada olduğunu bildirmişdir. Onlar öz növbələrində həmin deyilən çayxananın qarşısına getmişlər. Bu vaxt ona bildirişi təqdim etmək üçün gəldiklərini dedikdə o, səsinin tonunu yüksəldərək aqressiv şəkildə polis əməkdaşlarının ünvanına nalayiq təhqiredici ifadələrlə söyməyə başlamışdır. Onlar onun nə səbəbə bu cür aqresiya nümayiş etdirdiyini baş düşmədiklərindən ona sakitləşməsini və küçədə etdiyi hərəkətlərin heç də düzgün olmadığını demişlər. Lakin o, təkrarən ucadan səs-küy salaraq nümayişkəranə şəkildə yaxınlıqdakı insanların diqqətini cəlb edərək nalayiq ifadələr işlədərək onların qanuni onu nizam-intizama dəvət etmək tələblərinə qəsdən məhəl qoymadığı üçün onu yol verdiyi qayda pozuntusuna görə barəsində qanuni tədbir görülməsi üçün Polis Şöbəsinə gətirmişlər. Protokolu müdafiə edir. Onun qanun çərçivəsində cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında göstərdi ki, o, 26 dekabr 2022-ci il tarixdə Bakı şəhərində yaşadığı evdə olarkən iki polis əməkdaşı onlara gəlib, onunla görüşmək istədiklərini bildirmişlər. Evin yaxınlığında görüçmüşlər və polislər ona Şəki ŞRPŞ-yə getməli olduğunu bildirmişdilər. O, da elə həmin gün polislərlə birlikdə Şəkiyə gəlmiş artıq güc olduğundan yaşadığı Kiçik Dəhnə kəndində qalmışdır. Danışmışlar ki, səhəri gün şöbəyə gedəcəkdir. 27 dekabr 2022-ci il tarixdə, o, səhər saatlarında kəndə olan çayxanaya getmiş və orada olan zaman Sarıca polis bölməsinin əməkdaşı ona zəng edib olduğu yeri soruşub. O, da telefonla danışdıqdan sonra çayxanadan çıxıb yolun kənarına gəlib və iki polis əməkdaşı ilə şöbəyə gəlmişdir. Şöbədə izahatını alıb, məhkəməyə aparıblar. Lakin yoldan qayıdıblar yenidən şöbəyə. Şöbədə Vüqar müəllimin otağında səmimi söhbət ediblər. O, sosial şəbəkələrdə yazdığının yalnış olduğunu deyib. Ondan sonra onu aparıblar evə. Birdə bu gün Şəki şəhərində olan zaman təxminən saat 11 radələrində onu yenidən aparıblar şöbəyə və oradan gətiriblər məhkəməyə. Polislərə qarşı aresiv olmasını qəbul edir. Lakin nalayiq ifadələr işlətməyib, heç kəsə müqavimət göstərməyib. Böhtandır. Sosial şəbəkələrdə yazdığı təhqirə görə üzr istəyir. Xəbərdarlıq edilməsini və yaxud digər yüngül tənbeh tədbirinin verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X8 iş üzrə sübutların olmadığını, şahid ifadələrinin mötəbər qəbul edilməli olmadığını qeyd edib, Şəxs barəsində olan inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən zaman Şəki ŞRPŞ-nin, Sarıca PB-nin manqa komandiri X5 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Şəki rayon, Kiçik Dəhnə kənd sakini Şəxs adlı şəxs barəsində aparılan araşdırma materialı ilə əlaqədar izahatın alınması üçün Şəki ŞRPŞ-yə getmək barədə bildirişi vermək məqsədi ilə onun yaşadığı evə getmişlər. Şəxs yaşadığı ünvanda olmadığı üçün ona zəng vuraraq harda olduğunu öyrənmişlər. Onun yanına çayxanaya getmişlər, lakin Eldar aqresiv şəkildə polis əməkdaşlaının ünvanına nalayiq təhqir edici ifadələr işlətmişdir. Ətrafa vətəndaşlar yığışıb. Eldar nümayişkəranə şəkildə yaxındaki insanların diqqətini cəlb edərək nalayiq ifadələr işlədərək onların qanuni nizam-intizama dəvət etmək tələblərinə qəsdən məhəl qoymadığı üçün onu yol verdiyi qayda pozuntusuna görə barəsində qanuni tədbir görülməsi üçün Polis Şöbəsinə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin, Sarıca PB-nin polis nəfəri, polis baş serjantı X2 digər şahid X1 verdiyi izahatla eyni məzmunlu izahat verərək onun göstərdiyi xüsusatları eyni ilə təsdiq etdi. İşdə olan 27 dekabr 2022-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 27 dekabr 2022-ci il tarixdə, saat 13:00-dan 15:48-dək inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, polis əməkdaşlarının məhkəmə iclasında verdiyi ziddiyyətli ifadəsini, barəsində inzibati xəta barədə icraat aparılan şəxsin izahatını, iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapdığından həmin maddənin sanksiyası çərçivəsində inzibati qaydada tənbeh edilməli, onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmadığından həmin hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi Şəxs əməlində İXM-nin 510-cu maddəsinin tərkibi vardır. Məhkəmə Şəxs özünü təqsirli bilməməsinə tənqidi yanaşır və məsuliyyətdən yaxa qurtarmaq cəhdi kimi qiymətləndirir. Belə ki, o, əsassız olaraq polis əməkdaşlarının ünvanına nalayiq təhqiredici söyüşlər söymüş. Bütün bu kimi halları məhkəmə xırda xuliqanlıq kimi qiymətləndirir. Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin, polis sahə rəisi, polis mayoru X3 tərtib etdiyi inzibati xəta haqqında protokolda Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd edilsə də protokolun məzmununda, inzibati xəta haqqında protokola əlavə edilmiş izahatlarda və məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrində Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi hər hansı dəlillə sübuta yetirilməmişdir. Həmçinin Şəxs tərəfindən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi inkar edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapmadığından Şəxs İXM-nin 510-cu maddəsinin sanksiyası çərçivəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməli, İXM-nin 535.1-ci maddəsi ilə olan hissədə isə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib, 04 (dörd) gün müddətinə inzibati həbs edilsin. Şəxs 27 dekabr 2022-ci il tarixdə saat 13:00-dan 27 dekabr 2022-ci il tarix saat 15:48-dək inzibati qaydada tutulması nəzərə alınmaqla 01 gün onun həbsindən çıxılsın və Şəxs qəti olaraq 03 (üç) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 05 yanvar 2023-ci il tarixdən saat 11:00-dan hesab edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verisin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-13/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-13/2023
05.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver