Məhkəmə qərarları › İş №3(075)-13/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-13/2025

06.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-13/2025 06.01.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, xx.xx.1993-cü il tarixdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Balakən rayonu, Yeni Şərif kəndində pasport qeydiyyatda olan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə Şəki Rayon Prokurorluğundan daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə müvafiq icra hakimiyyəti orqanından icazə almamış mülki ov silahını saxlama səbəbindən inzibati qaydanı pozmuşdur. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki Rayon Prokurorluğundan Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərarı tərtib etmiş Şəki Rayon Prokurorluğuna və barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərar tərtib edilmiş şəxs Şəxs məlumat verilməsinə baxmayaraq, Şəki Rayon Prokurorluğu məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, Şəxs isə gəlməmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə tərtib etmiş şəxsin nümayəndəsinin və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilməklə tədqiq edilmiş; Azərbaycan Repsublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 17/912 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyinin nəticəsindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, ИЖ modelli, 16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, nömrəsi silinmiş, xarici çaxmaqlı, təklüləli tüfəngdir yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir MEM-in Şəki regional bölməsində müvafiq texniki şərait (tir) olmadığından ekspert qarşısında qoyulmuş "tüfəngin atəşə yararlı olubolmaması müəyyən edilsin" sualını cavablandırmaq mümkün olmamışdır. Şəki Rayon Prokuroru, baş ədliyyə müşaviri X1 inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması qərara alınmışdır. Fotoşəkillərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərar tərtib edilmiş şəxs Şəxs yarımtikilidə gizlətdiyi ov silahını inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərarı tərtib etmiş orqanın nümayəndələrinə təqdim edir. Şəxs Şəki şəhər-rayon Polis Şöbəsində verdiyi izahatından görünür ki, ona həmin silah atası X2 yadigar qalmışdır. Polis əməkdaşları ondan silahı istədikdən sonra o, həmin silahı gizlətdiyi yarım tikilidən götürərək polis əməkdaşlarına təhvil vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, Şəxs qeyd olunan hərəkətləri Şəki Rayon Prokurorluğundan daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halllar müəyyən edilmədi. Məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati cərimə tətbiq etməyi və silahın müsadirə edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat məbləğində inzibati cərimə edilsin. İş üzrə DİN-in X6 Baş İdarəsində saxlanılan 1 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, ИЖ modelli, 16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, nömrəsi silinmiş, xarici çaxmaqlı, təklüləli yivsiz ov silahı dövlət nəfinə müsadirə edilsin. Qərarın icrası Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar