Məhkəmə qərarları › İş №3(075)-130/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-130/2021

26.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-130/2021 26.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxx 1968-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əlilliyi olmayan Şəki şəhəri, Q.Məmmədli küçəsi, 3 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta barədə Protokolda göstərilir ki, Şəki Rayon Məhkəməsinin 2(075)- 4586/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən icra sənədi üzrə borclu Şəxs cəmi 558,21 manat pul vəsaiti alınaraq tələbkar “xxxx” KB ASC-yə verilməlidir. Şəki Rayon Məhkəməsinin 2(075)-2914/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən icra sənədi üzrə borclu Şəxs cəmi 302 manat pul vəsaiti alınaraq tələbkar “xxxx” MMC-yə verilməlidir. Şəki Rayon Məhkəməsinin 2(075)-232/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən icra sənədi üzrə borclu Şəxs cəmi 676 manat pul vəsaiti alınaraq tələbkar “xxxx” MMC-yə verilməlidir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X4 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-4586/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən icra sənədi üzrə borclu Şəxs cəmi 558,21 manat pul vəsaiti alınaraq tələbkar “xxxx” KB ASC-yə verilməlidir. Şəki Rayon Məhkəməsinin 2(075)-2914/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən icra sənədi üzrə borclu Şəxs cəmi 302 manat pul vəsaiti alınaraq tələbkar “xxxx” MMC-yə verilməlidir. Şəki Rayon Məhkəməsinin 2(075)- 232/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən icra sənədi üzrə borclu Şəxs cəmi 676 manat pul vəsaiti alınaraq tələbkar “xxxx” MMC-yə verilməlidir. Hal-hazırki tarixə icra sənədləri üzrə borclu Şəxs 3 icra sənədi üzrə ümumilikdə 1471,21 manat məbləğində borcu mövcuddur. Qeyd edilən icra sənədləri müvafiq olaraq xx.xx.2015-ci il, xx.xx.2018-ci il və xx.xx.2020-ci il tarixlərində Şöbənin icraatına daxil olmuşdur. Həmin tarixlərdə icraata başlamaq haqqında qərarlar qəbul edilərək tələbin könüllü icrası haqqında müvafiq bildirişlərlə birlikdə borclu Şəxs göndərilmişdir. Lakin borclu Şəxs könüllü icra müddətləri ərzində icra sənədləri üzrə tələbləri icra etməmişdir. İcra sənədi üzrə tələbləri icra etməməklə yanaşı çağırış üzrə gəlməkdən qərəzli olaraq boyun qaçıran borclu Şəxs olduğu yeri müəyyən etmək mümkün olmadığı üçün xx.xx.2021-ci il tarixində borclunun axtarılması barədə qərar qəbul edilərək icra edilməsi üçün Şəki şəhər-rayon Polis Şöbəsinə göndərilmiş, borclu Şəxs barəsində xx.xx.2021-ci il tarixdə 820749 nömrəli axtarış işi açılmışdır. xx.xx.2021-ci il tarixində polis əməkdaşları tərəfindən məcburi qaydada Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilən borclu Şəxs verdiyi izahatında icra sənədləri üzrə borc məbləğlərindən heç bir ödəniş edə bilməyəcəyini bildirmiş, çağırış üzrə gəlməməsi barədə isə heç bir üzürlü səbəb göstərə bilməmişdir. Bununla da, Şəxs icra sənədlərini qərəzli olaraq icra etməmiş və icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Əlavə olaraq bildirdi ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdən, saat 15:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra saat 17:00-da məhkəməyə aparılmışdır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-4586/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən icra sənədi ondan cəmi 558,21 manat pul vəsaiti alınaraq tələbkar “xxxx” KB ASC-yə verilməlidir. Şəki Rayon Məhkəməsinin 2(075)- 2914/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən icra sənədi üzrə ondan cəmi 302 manat pul vəsaiti alınaraq tələbkar “xxxx” MMC-yə verilməlidir. Şəki Rayon Məhkəməsinin 2(075)-232/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən icra sənədi üzrə ondan cəmi 676 manat pul vəsaiti alınaraq tələbkar “xxxx” MMC-yə verilməlidir. İcra sənədlərindən xəbəri var. Lakin maddi imkanı olmadığından icra sənədləri üzrə borclarını ödəyə bilməmişdir. Uzun müddətdir ki işsizdir, hər hansı gəlir yeri yoxdur. Gələcəkdə maddi imkanı olduqca borcunu ödəyəcəkdir. Bu gün icra şöbəsinə polisin zəngi nəticəsində gəlmişdir. Əlavə olaraq bildirdi ki, xx xxxxxx 2021-ci il tarixdən, saat 15:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra saat 17:00-da məhkəməyə aparılmışdır. Əməlindən peşmandır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi izahat verərək göstərdi ki, Şəxs qərəzli olaraq icra sənədlərindən yayınmır. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları və digər sənədlərlə təsdiq olundu. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs olunmalıdır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdən, saat 15:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 17:00-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs sərbəst hərəkət etmək imkanı xx xxxxxx 2021-ci il tarixdən, saat 15:00-da məhdudlaşdırıldığından Şəxs həbsə alınmasının əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, xx xxxxxx 2021-ci il tarixdən, saat 15:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, xx xxxxxx 2021-ci il tarixdən, saat 15:00-dan hesablansın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar