Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-130/2024 12.02.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Şəki ŞRPŞ-nin İTB-nin, polis sahə rəisi, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Mayis oğlunun və onun müdafiəçisi X4 iştirakı ilə xx xxxx 1973-cü il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx olan, əlilliyi olmayan, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Mayis oğlunun haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəki ŞRPŞ-nin, polis sahə rəisi, polis kapitanı X2 tərəfindən tərtib edilmiş 11 fevral 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Mayis oğlu 10 fevral 2024-cü il tarixdə Şəki şəhəri, M.F.Axundov prospekti ünvanında Şəki ŞRPŞ-nin inzibati binasının qarşısında səs-küy salmış, qeyrinalayiq ifadələr işlətmiş, 11 fevral 2024-cü il tarixdə Şəki ŞRPŞ-nin inzibati binasının daxilində səs-küy salaraq polis əməkdaşlarının iş fəaliyyətini qəsdən pozmuş, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış və beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki ŞRPŞ-nin, polis sahə rəisi, polis kapitanı X2 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, ünvan 4 ünvanında yaşayan xx.xx.1976-cı il təvəllüdlü Şəxs, 07 dekabr 2023-cü il tarixdə saat 18:57-də, 14 dekabr 2023-cü il tarixdə saat 15:36-da, 19 dekabr 2023-cü il tarixdə saat 15:16-da, 15:29-da, 15:30-da, 23 dekabr 2023-cü il tarixdə saat 20:49-da, 20:53-də, 25 dekabr 2023-cü il tarixdə saat 12:19-da, 26 dekabr 2023-cü il tarixdə saat 11:24-də, 02 yanvar 2024-cü il tarixdə saat 12:16-da, 06 yanvar 2024-cü il tarixdə saat 21:25-də, 07 yanvar 2024-cü il tarixdə saat 12:45-də, 08 yanvar 2024-cü il tarixdə saat 20:31-də və 12 yanvar 2024-cü il tarixdə saat 14:59-da Daxili İşlər Nazirliyinin «102» xidməti-zəng mərkəzinə eləcə də, Şəki ŞRPŞ-nin növbətçi hissəsinə zəng edərək, xidmətdə olan operatorların şərəf və ləyaqətini alçaldıcı sözlərlə təhqir edərək onların iş fəaliyyətini pozmuşdur. Həmin şəxsin yeri müəyyən olunaraq xx.xx.2024-cü il tarixdə saat 23:55 radələrində ünvan 5 ünvanında yerləşən Şəki ŞRPŞ-nə gətirilmişdir. Vətəndaş Şəxs polis şöbəsinə gətirilməsinə etiraz edərək Şəki ŞRPŞ-nin inzibati binasının qarşısında uca səslə etikadan kənar ifadələr işlədərək nalayiq şəkildə dövlət orqanlarına və rəhbər vəzifəli şəxslərə mənfi münasibət bildirərək səs-küy salıb ətrafda olan vətəndaşların diqqətini özünə cəlb etməyə çalışmışdır. Polis əməkdaşları onu polis şöbənin inzibati binasında yerləşən xidməti iş otağına dəvət etmişlər. Xidməti iş otağında onu sakitləşdirərək məsələyə aydınlıq gətirməyə çalışsalar da, o, yenidən səs-küy salıb dəhlizə çıxmış və ucadan nalayiq ifadələr işlətməyə başlamışdır. Polis əməkdaşları həmin şəxsi nizamintizama, ictimai qaydalara riayət etməyə, qanunlara hörmətlə yanaşmağa dəvət etsələr də, o, polisin qanuni tələbinə qəsdən tabe olmayaraq onlara qarşı kobudluq edərək daha da aqressiv şəkildə öz hərəkətlərini davam etdirməklə polisin iş fəaliyyətini pozmuşdur. Buna görə də, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Mayis oğlu məhkəmə iclasında izahat verərək göstərmişdir ki, o, 07 dekabr 2023-cü il tarixdə saat 18:57-də, 14 dekabr 2023-cü il tarixdə saat 15:36-da, 19 dekabr 2023-cü il tarixdə saat 15:16-da, 15:29-da, 15:30-da, 23 dekabr 2023-cü il tarixdə saat 20:49-da, 20:53-də, 25 dekabr 2023-cü il tarixdə saat 12:19-da, 26 dekabr 2023-cü il tarixdə saat 11:24-də, 02 yanvar 2024-cü il tarixdə saat 12:16-da, 06 yanvar 2024-cü il tarixdə saat 21:25-də, 07 yanvar 2024-cü il tarixdə saat 12:45-də, 08 yanvar 2024-cü il tarixdə saat 20:31-də və 12 yanvar 2024-cü il tarixdə saat 14:59-da DİN “102” Xidmətinə, həmçinin Şəki ŞRPŞ-nin daxili nömrəsinə zəng edərək xidmətdə olan operatorların şərəf və ləyaqətini alçaldaraq təhqir etmiş, ünvanlarına nalayiq ifadələr işlətmişdir. Bildirmişdir ki, o, qeyd etdiyi tarixlərdə polis şöbəsinə zəng edərək evindən oğurluq edilməsi və işin araşdırılmaması barədə məlumat vermişdir. Bundan başqa o, dəfələrlə polis şöbəsinə zəng edib onun işinə düzgün baxılmasını bildirmişdir. O, polis orqanlarına dəfələrlə müraciət etsə də, onun işinə baxılmamışdır. Buna görə də, o, əsəbləşərək DİN “102” Xidmətinə və Şəki ŞRPŞ-nə zəng edib nalayiq ifadələr işlətmişdir. Göstərmişdir ki, o, 10 fevral 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən Şəki ŞRPŞ-nə gətirilən zaman heç bir səs-küy salmamışdır. O, ancaq DİN “102” Xidmətinə, həmçinin Şəki ŞRPŞ-nin daxili nömrəsinə zəng edərək polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir, ona görə ki, onun evindən oğurluq hadisəsi olub, lakin araşdırılma aparılmır. Törətdiyi əməlindən peşman olduğunu bildirmişdir. Bir daha bu cür əməllərə yol verməyəcəyinə söz verir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Mayis oğlunun müdafiəçisi X7 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində İXM-nin 510 və 535.1-ci maddələrinin tərkib əlamətləri yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Mayis oğlunun əməlində İXM-nin 510 və 535.1-ci maddələrinin tərkib əlamətləri olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin CAB-nin rəisi, polis mayoru X8 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında yaşayan xx xxxx 1973-cü il təvəllüdlü Şəxs Mayis oğlu 07 dekabr 2023-cü il tarixdə saat 18:57-də, 14 dekabr 2023-cü il tarixdə saat 15:36-da, 19 dekabr 2023-cü il tarixdə saat 15:16-da, 15:29-da, 15:30-da, 23 dekabr 2023-cü il tarixdə saat 20:49-da, 20:53-də, 25 dekabr 2023-cü il tarixdə saat 12:19-da, 26 dekabr 2023-cü il tarixdə saat 11:24-də, 02 yanvar 2024-cü il tarixdə saat 12:16-da, 06 yanvar 2024-cü il tarixdə saat 21:25-də, 07 yanvar 2024-cü il tarixdə saat 12:45-də, 08 yanvar 2024-cü il tarixdə saat 20:31-də və 12 yanvar 2024-cü il tarixdə saat 14:59-da Daxili işlər Nazirliyinin «102» xidməti-zəng mərkəzinə eləcə də, Şəki ŞRPŞ-nin növbətçi hissəsinə zəng edərək, xidmətdə olan operatorların şərəf və ləyaqətini alçaldıcı sözlərlə təhqir edərək onların iş fəaliyyətini pozmuşdur. Həmin şəxsin yeri müəyyən olunaraq Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Qurban Qasımovla və PPXB-nin polis nəfəri Camal Sədrəddinovla birlikdə 10 fevral 2024-cü il tarixdə saat 23:55 radələrində ünvan 8 ünvanında yerləşən Şəki ŞRPŞ-nə gətirilmişdir. Vətəndaş Şəxs polis şöbəsinə gətirilməsinə etiraz edərək Şəki ŞRPŞ-nin inzibati binasının qarşısında uca səslə etikadan kənar ifadələr işlədərək nalayiq şəkildə dövlət orqanlarına və şəxslərə mənfi münasibət bildirərək səs-küy salıb ətrafda olan vətəndaşların diqqətini özünə cəlb etməyə çalışmışdır. Onlar Şəxs polis şöbənin inzibati binasında yerləşən xidməti iş otağına dəvət etmişlər. Xidməti iş otağında onu sakitləşdirərək məsələyə aydınlıq gətirməyə çalışsalar da, o, yenidən səs-küy salıb dəhlizə çıxmış və ucadan nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar həmin şəxsi nizam-intizama, ictimai qaydalara riayət etməyə, qanunlara hörmətlə yanaşmağa dəvət etsələr də, o, polisin qanuni tələbinə qəsdən tabe olmayaraq onlara qarşı kobudluq edərək daha da aqressiv şəkildə öz hərəkətlərini davam etdirməklə polisin iş fəaliyyətini pozmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən zaman Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı X5 və Şəki ŞRPŞ-nin PPXB-nün polis nəfəri polis serjantı X3 şahid X8 ilə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, 10 fevral 2024-cü il tarixdə gecə saatlarında Şəki ŞRPŞ-nin qarşısında olan zaman binanın qarşısında bir nəfər şəxsin ucadan səs-küy saldığını, nalayiq ifadələr işlətdiyini, polis əməkdaşlarının ünvanına söyüş söydüyünü və tabesizlik göstərməsini görmüşdür. Həmin şəxs Şəki ŞRPŞ-nin həyətində, daha sonra binanın dəhlizində nalayiq ifadələr işlətmiş, səs-küy salmışdır. Polis əməkdaşları həmin şəxsi sakitləşdirməyə çalışsalar da, həmin şəxs polis əməkdaşlarına məhəl qoymamışdır. İş materiallarında olan 11 fevral 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Mayis oğlu 11 fevral 2024-cü il tarixdə saat 00:05-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Şəki Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 3(075)- 794/2022 saylı qərarından görünür ki, Şəxs Mayis oğlu İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 30 gün müddətinə inzibati həbs edilmişdir. İş materiallarında olan videodisklərdəki səs yazılarından görünür ki, Şəxs Mayis oğlu 07 dekabr 2023-cü il tarixdə saat 18:57-də, 14 dekabr 2023-cü il tarixdə saat 15:36-da, 19 dekabr 2023-cü il tarixdə saat 15:16-da, 15:29-da, 15:30-da, 23 dekabr 2023-cü il tarixdə saat 20:49-da, 20:53-də, 25 dekabr 2023-cü il tarixdə saat 12:19-da, 26 dekabr 2023-cü il tarixdə saat 11:24-də, 02 yanvar 2024-cü il tarixdə saat 12:16-da, 06 yanvar 2024-cü il tarixdə saat 21:25-də, 07 yanvar 2024-cü il tarixdə saat 12:45-də, 08 yanvar 2024-cü il tarixdə saat 20:31-də və 12 yanvar 2024-cü il tarixdə saat 14:59-da DİN “102” Xidmətinə zəng etmiş, bir çox şəxsin və məlumatı qəbul edən operatorların ünvanına nalayiq, təhqiredici ifadələr işlətmişdir. İş materiallarında olan 08 yanvar 2024-cü il tarixli, 120 saylı raportdan görünür ki, 08 yanvar 2024-cü il tarixdə, saat 21:39-da Şəxs Mayis oğlu DİN 102 xidmətinə ***-***-**-** saylı mobil nömrədən zəng edərək polis əməkdaşlarının ünvanına təhqiredici ifadələr işlətmişdir. İş materiallarında olan 12 yanvar 2024-cü il tarixli, 173 saylı raportdan görünür ki, 12 yanvar 2024-cü il tarixdə, saat 14:59-da Şəxs Mayis oğlu DİN 102 xidmətinə ***-***-**-** saylı mobil nömrədən zəng edərək Şəki ŞRPŞ-nin Etibar Cabbarov adlı əməkdaşın ünvanına təhqiredici ifadələr işlətmişdir. İş materiallarında olan 30 dekabr 2023-cü il tarixli, 6786 saylı raportdan görünür ki, 30 dekabr 2023-cü il tarixdə, saat 15:26-da Şəxs Mayis oğlu DİN 102 xidmətinə ***-***-**- ** saylı mobil nömrədən zəng edərək Şəki ŞRPŞ-nin polis əməkdaşlarını təhqir etmişdir. İş materiallarında olan 30 yanvar 2024-cü il tarixli, 416 saylı raportdan görünür ki, 30 yanvar 2024-cü il tarixdə, saat 11:18-də Şəxs Mayis oğlu DİN 102 xidmətinə ***-***-**-** saylı mobil nömrədən zəng edərək 2022-ci il tarixdə Şəki ŞRPŞ-nə oğurluqla bağlı Mərkəzə dəfələrlə etdiyi şikayətlərə Şəki ŞRPŞ-nə Etibar Cabbarov tərəfindən baxılmamadı, dəymiş ziyanın ödənilməməsindən və ona cavab verilməməsindən narazı olması səbəbindən danışığın 01:47-ci saniyəsində Şəki ŞRPŞ-nin əməkdaşlarını təhqir etmişdir. İş materiallarında olan 29 yanvar 2024-cü il tarixli, 405 saylı raportdan görünür ki, 29 yanvar 2024-cü il tarix də saat 15:08-də Şəxs Mayis oğlu DİN 102 xidmətinə ***-***-**-** saylı mobil nömrədən zəng edərək 102 operatorunu danışığın 02:06 dəqiqəsindən etibarən təhqir etmişdir. İş materiallarında olan 02 fevral 2024-cü il tarixli, 470 saylı raportdan görünür ki, 02 fevral 2024-cü il tarixdə saat 20:39-da Şəxs Mayis oğlu DİN 102 xidmətinə ***-***-**-** saylı mobil nömrədən zəng edərək Şəki ŞRPŞ-nin əməkdaşlarını təhqir etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamasına görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs Mayis oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və şahidlərin izahatları ilə təsdiq edildi. Məhkəmə Şəxs Mayis oğlunun polis əməkdaşlarnın qanuni tələblərinə tabe olmamasına dair izahatına tənqidi yanaşır və məsuliyyətdən yayınmaq cəhdi kimi qiymətləndirir. Belə ki, məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatı, habelə iş materialları ilə müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Mayis oğlu 07 dekabr 2023-cü il tarixdə saat 18:57-də, 14 dekabr 2023-cü il tarixdə saat 15:36-da, 19 dekabr 2023-cü il tarixdə saat 15:16-da, 15:29-da, 15:30-da, 23 dekabr 2023-cü il tarixdə saat 20:49-da, 20:53-də, 25 dekabr 2023-cü il tarixdə saat 12:19-da, 26 dekabr 2023-cü il tarixdə saat 11:24-də, 02 yanvar 2024-cü il tarixdə saat 12:16-da, 06 yanvar 2024-cü il tarixdə saat 21:25-də, 07 yanvar 2024-cü il tarixdə saat 12:45-də, 08 yanvar 2024-cü il tarixdə saat 20:31-də və 12 yanvar 2024-cü il tarixdə saat 14:59-da DİN “102” xidmətinə özünün istifadəsində olan mobil nömrədən zəng edərək DİN “102” xidmətinin operatorlarının, habelə Şəki ŞRPŞ-nin əməkdaşlarının barəsində nalayiq ifadələr işlətmiş, təhqir etmiş, polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söymüşdür. Eyni zamanda Şəxs polis əməkdaşları tərəfindən Şəki ŞRPŞ-nə aparılan zaman uca səslə etikadan kənar ifadələr işlədərək nalayiq şəkildə dövlət orqanlarına və şəxslərə mənfi münasibət bildirərək səs-küy salıb ətrafda olan vətəndaşların diqqətini özünə cəlb etməyə çalışmış, polisin iş fəaliyyətini və ictimai qaydaları pozmuşdur. Eyni zamanda Şəxs polisin qanuni tələbini icra etməməklə İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Mayis oğlu 2022-ci ildə eyni hərəkətlərə yol verdiyi üçün Şəki Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 3(075)-794/2022 saylı qərarına əsasən İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 30 gün müddətinə inzibati həbs edilmişdir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Mayis oğlu 30 gün müddətinə inzibati həbs edilməsi baxmayaraq yenidən eyni hərəkətləri icra etməklə islah olunmadığını nümayiş etdirmişdir. Məhkəmə hesab edir ki, Şəxs Mayis oğlu ünvansız nalayiq ifadələr işlətməklə, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, nalayiq söyüşlər söyməklə səsküy salmış, ətrafdakıların diqqətini özünə cəlb etmiş, beləliklədə İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Mayis oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Mayis oğlunun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Mayis oğlunun şəxsiyyətini, əmlak vəziyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını digər halları nəzərə alaraq, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növünün Şəxs Mayis oğluna tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Mayis oğlu əvvəllərdə eyni növ inzibati xəta hadisəsi törətdiyi üçün inzibati qaydada həbs olunmuş, lakin özü üçün müsbət nəticə çıxarmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Mayis oğlu Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 30 (otuz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 11 fevral 2024-cü il saat 00:05-dən hesab edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-130/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-130/2024
12.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver