Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-131/2022 30.03.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, X1 iştirakı ilə, X1 Şəki ŞRPŞ tərəfindən barəsində qəbul edilmiş MN ******* nömrəli qərarının ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki ŞRPŞ tərəfindən barəsində qəbul edilmiş MN ******* nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı X2 izahatında göstərmişdir ki, 04 noyabr 2021-ci il tarixdə inzibati işi ilə bağlı Şəki Rayon Məhkəməsinə gedərkən, Şəki Bazarının ərazisində diskə video görüntü köçürtmək üçün telefon maqazininə daxil olmuşdur. Məhkəməyə tələsdiyi üçün onun üzərində tibbi maska almaq üçün 20 qəpiyi olmamış və qapalı məkan olan maqazinə tibbi maskasız daxil olmuşdur. Polis əməkdaşları onun tibbi maskasız maqazinə daxil olduğunu görüb onun arxasınca maqazinə daxil olaraq onun şəklini çəkmişlər. Bu zaman polis əməkdaşlarına yaxınlaşaraq üzərində tibbi maska almaq üçün pulu olmdığını məhkəməyə tələsdiyini bildirmiş, cərimə yazmamalarını xahiş etmişdir. Lakin polis əməkdaşları ona məhəl qoymayaraq barəsində İXM-nin 211.2-ci maddəsinə əsasən MN ******* seriya nömrəli protokol tərtib etmiş və həmin protokol əsasında MN ******* seriya nömrəli qərar qəbul edərək onu 100 manat məbləğində cərimə etmişlər. Bildirmişdir ki, onun imzası olmadığı halda polis əməkdaşları belə bir protokol tərtib etməklə onu əsassız yerə cərimə etmişlər. Həmçinin atası ikinci Qarabağ müharibəsi əlilidir. Qaziliyə görə aldığı təqaüdünü öz iynə dərmanlarına xərcləyir. Həmçinin özü də ikinci qrup əlildir. Doqquz aydır ki, əlilliyi ləğv edilmiş və təqaüdünü kəsmişlər. Hesab edir ki, polis əməkdaşları ona güzəşt edib barəsində protokol tərtib etməyə bilərdi. Qeyd etmişdir ki, maddi imkanı çox aşağıdır. Qərar ləğv edilməsə də cəriməni ödəməyəcəkdir. Buna görə də protokolu əsassız və qanunsuz hesab edir. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq Şəki ŞRPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş Şəki ŞRPŞnin İTB-nin sahə rəisi, polis leytenantı X7 tərəfindən tərtib edilmiş 04 noyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun və həmin ptorokol əsasında qəbul edilmiş 04 noyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın təsdiq edilmiş surətindən görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş şəkillərdən görünür ki, baş vermiş hadisə zamanı X2 tibbi maskadan istifadə etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə -fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Göründüyü kimi X2 hazırki məhkəmə iclasında qapalı məkan olan mağazada qoruyucu tibbi maskadan istifadə etmədiyini bildirməklə inzibati xətaya yol verməsini özü etiraf etmişdir. Bu həmçinin məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş foto şəkillərlə də təsdiq olunur. Belə ki, X4 04 noyabr 2021-ci il tarixdə qapalı məkanda qoruyucu tibbi maskadan istifadə etməməsi müəyyən olunur. Göstərilən əsaslarla məhkəmə X3 Şəki ŞRPŞ tərəfindən barəsində qəbul edilmiş MN ******* nömrəli qərarının ləğv edilməsi barədə tələbi ilə razılaşmır və buna görə də hesab edir ki, onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: X1 Şəki ŞRPŞ tərəfindən barəsində qəbul edilmiş MN ******* nömrəli qərarının ləğv edilməsi barədə şikayət ərizəsi təmin edilməsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-131/2022
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-131/2022
30.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver