Məhkəmə qərarları › İş №3(075)-131/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-131/2025

13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-131/2025 13.03.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Şəki ŞRPŞ-nin DYPB-nin nümayəndəsi YPX inspektoru polis baş serjantı X3, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X4 iştirakı ilə, X4 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X6 şikayət ilə məhkəməyə müraciət edərək, Şəki rayonu Yol Patrul Xidməti inspektoru, Polis Baş X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, həmin işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ona yazılan xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan narazıdır. Belə ki, həmin tarixdə o, şəhərin çöl yol tərəfindən bazar istiqamətinə hərəkətdə olarkən bazarın girəcəyi ilə üzbəüz olan avtomobil yolunun ikinci cərgəsində idarə etdiyi “Ford Transit” markalı yük avtomobilinə iş yoldaşı mindiyindən ani olaraq dayanmışdır. Həmin vaxtı o, maşından yerə düşməmişdir. Bu vəziyyət çox qısa bir vaxtda baş vermişdir. Həmçinin dayandığı vaxtı sağ tərəfində heç bir nəqliyyat vasitəsi də olmamışdır. Bundan sonra o, nəqliyyat vasitəsini idarə edərək yoluna davam etmişdir. Lakin həmin yerdən xeyli uzaqlaşdıqdan sonra Şəki rayonu Yol Patrul Xidmətinin əməkdaşı inspektor polis baş serjantı Nurlan Həsənov yol polisi avtomobili ilə ona yaxınlaşaraq ikinci cərgədə dayanmasına görə protokol tərtib edildiyini bildirmişdir. O, etirazını və ona yazılan qərarın əsassız olduğunu bildirmidir. Həmçinin ona niyə həmin yerdə onu saxlayıb yol hərəkəti qaydasını pozduğunu bildirmədiyini və həmin yerdən uzaqlaşdıqdan sonra təxmini 1000 metr məsafə qət etdikdən sonra yaxınlaşıb yol hərəkəti qaydalarını pozduğunu və əsassız cərimə yazdığını demişdir. Bundan başqa o, yol hərəkəti pozuntusunun görüntülərini tələb etsədə, onun bu tələbi rədd edilmişdir. Odurki, ona yazılan qərar əsassız olduğundan məhkəməyə müraciət etməli olmuşdur. Göründüyü kimi barəsində tərtib edilmiş protokol texniki cihazlardan istifadə edilməklə elektron qaydada tərtib edildiyindən aşkarlanmış inzibati xəta pozuntularının həqiqətən də onun tərəfindən edilib-edilmədiyi, yaxud da inzibati xəta pozuntusu baş verən zaman istifadəsində olan “Ford Transit” markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ümumiyyətlə onun olub-olmadığını səlahiyyətli orqan tərəfindən müəyyən edilməsi istiqamətində heç bir araşdırma aparılmayaraq birtərəfli qaydada qanunsuz olaraq barəmdə Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsinə əsasən 80 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəmə iclasında iştirak edən X1 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şəki ŞRPŞ-nin DYPB-nin nümayəndəsi YPX inspektoru polis baş serjantı X5 izahat verərək bildirdi ki, X6 idarə elədiyi “Ford Transit” markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə saxlamışdır. İnzibati xəta hadisəsi video görüntüdə öz əksini tapır. Hesab edir ki, inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş CD diskdəki video görüntüdən görünür ki, X6 idarə etdiyi “Ford Transit” yük markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobilini, ünvan 1 ünvanında hərəkət hissəsinin kənarında ikinci cərgədə saxlamışdır. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. X1 şikayətində barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayətinə əlavə etməmiş və o, məhkəmə icraatı zamanı da şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. İş materiallarına əlavə edilmiş CD diskdəki video görüntüdən görünür ki, X6 idarə etdiyi “Ford Transit” yük markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobilini, ünvan 1 ünvanında hərəkət hissəsinin kənarında ikinci cərgədə saxlamışdır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X1nun şikayəti iş materiallarında olan sübutlarla təkzib olunur, onun şikayətində göstərdiyi hallar sübutlarla öz təsdiqini tapmamışdır. İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci mаddəsinə əsasən inzibаti xətа hаqqındа iş üzrə qərаrdаn verilən şikаyət və yа prоtest bаxıldıqdа, qərarın dəyişdirilmədən, şikayət və protestin isə təmin edilmədən saxlanılması haqqında qərаr qəbul edilir. Beləliklə məhkəmə, X1nun şikayətinin dəlilləri ilə razılaşmır və ona görə də, onun şikayəti təmin edilməməlidir. Məhkəmə cərimənin silinməsinə münasibətdə isə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsində yalnız inzibati xətalar haqqında qərarların mübahisələndirilməsi nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və ona hesablanmış cərimənin silinməsi barədə şikayəti təmin edilməsin. Qərardan, rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar