Məhkəmə qərarları › İş №3(075)-133/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-133/2021

01.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-133/2021 01.03.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx xxxxx 1973-cü il tarixdə Şəki rayonu Qozlubulaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, eyni xətaya görə il ərzində inzibati məsuliyyətə cəlb edilməyən, əlilliyi olmayan, Şəki rayonu Qozlubulaq kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx xxxx 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1907/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli icra sənədinə əsasən Şəxs iki uşağın saxlanılması üçün cəmi 240 manat aliment tutularaq tələbkar Nurəliyeva Qönçə Sabir qızına verilməlidir. Məhkəmə qərarının icrası ilə əlaqədar borclu Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, tələbkara ödəməli olduğu borclarının ödənişindən qərəzli olaraq yayınaraq Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-1907/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli icra sənədinə əsasən xx xxxxxxxx 2014-cü il təvəllüdlü X4 və xx xxxxxx 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün borclu Şəxs hər ay cəmi 240 manat pul alınaraq tələbkar Nurəliyeva Qönçə Sabir qızına verilməlidir. Alimentin tutulmasının əvvəli xx xxxxxxxx 2019-cu il tarixdən vaxtdan hesablanmalıdır. İcra sənədi xx xxxxxx 2020-ci il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. İcra sənədinin icrası ilə əlaqədar borcluya 10 gün könüllü icra müddəti verilmiş, göstərilən müddəa ərzində borcun ödənilməsi təmin edilməmişdir. Odur ki, borclu barəsində məcburi icra tədbirlərinə başlanılmış və borclu Şəxs xx xxxxxx 2021-ci il tarixlərdə rəsmi xəbərdarlıq göndərilərək ondan icra sənədi üzrə aliment borcunu ödəməsi tələb edilmiş, əks halda qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin borclu aliment pulundan bugünədək heç bir ödəniş etməmişdir. Eyni zamanda tərəfindən borclunun adına banklarda pul vəsaitinin və başqa sərvətlərinin, mülkiyyətində tələbin yönəldiləsi daşınar və ya daşınmaz əmlakının, pensiya və müavinət kimi gəlirlərinin olub-olmaması barədə müvafiq orqanlara sorğular edilmişdir. Nəticədə borcluya məxsus banklarda pul vəsaitinin və başqa sərvətlərinin, mülkiyyətində tələbin yönəldiləsi əmlakının olmadığı müəyyən edilmişdir. Bundan başqa icra sənədinin icrası ilə əlaqədar borclunun əmlak vəziyyətinin müəyyən edilməsi məqsədilə onun qeydiyyatam, olduğu və yaşadığı Şəki rayonu Qozlubulaq kəndində yerləşən ünvanına baxış keçirilmiş, baxış zamanı tələbin yönəldilə biləcəyi heç bir əmlak aşkar edilməmişdir. İcra sənədi üzrə tələbkar Nurəliyeva Qönçə Sabir qızı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə müraciət edərək borclunun hazırda 3840 (üç min səkkiz yüz qırx) manat məbləğində aliment borcunun yarandığını bildirmiş və onun barəsində məcburi icra tədbirlərinin görülməsini xahiş etmişdir. Hazırda aliment borcu 3840 (üç min səkkiz yüz qırx) manat təşkil edir. İcra sənədi üzrə aliment borcunun ödənilməsi ilə bağlı borcluya rəsmi şəkildə xəbərdarlıq edilməsinə və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə dəvət edilməsinə baxmayaraq borclu icra sənədi üzrə borcun ödənilməsini təmin etməmişdir. Borclunun xx xxxx 2021-ci il tarixlərdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində izahatı alınmış, icra sənədi üzrə aliment borcunun tam şəkildə ödənilməsi ondan tələb edilmişdir. Borclu verdiyi izahatında hal-hazırkı tarixdə borc məbləğindən heç bir ödəniş edə bilməyəcəyini bildirmişdir. Bununlada icra sənədi üzrə tələbin icrası borclu Şəxs tərəfindən qərəzli olaraq təmin edilməmişdir. Əlavə olaraq bildirdi ki, Şəxs xx xxxx 2021-ci il tarixdə, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək saat 14:30-da məhkəməyə aparılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)- 1907/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli icra sənədinə əsasən ondan xx xxxxxxxx 2014-cü il təvəllüdlü X4 və xx xxxxxx 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün sabit pul məbləğində cəmi 240 manat aliment tutularaq tələbkar Nurəliyeva Qönçə Sabir qızına verilməlidir. Qətnamə çıxarıldıqdan sonra tələbkarla aralarında barışıq əldə olunmuş, bundan sonra tələbkar tələbdən imtina etdiyindən icra sənədinə xitam verilmişdir. Bir neçə ay əvvəl münasibətləri pisləşmiş, tələbkar uşaqları götürüb atası evinə getmişdir. Bundan sonra həmin xitam qərarından şikayət vermiş, icraata təzələnmişdir. Hal-hazırda borcundan ödəniş etməyə imkanı yoxdur. Lakin uşaqlarını saxlamaqdan imtina etmir. Gələn aydan tələbkarın xeyrinə ayda 20-30 manat ödəniş aparacaqdır. Əlavə olaraq bildirdi ki, xx xxxx 2021-ci il tarixdə, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra saat 14:30-da məhkəməyə aparılmışdır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iş üzrə icraata xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun və zərərçəkmiş şəxsin izahatları, həmçinin işdə olan digər sənədlərlə təsdiq olundu. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növünün Şəxs tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir, həmçinin tətbiq edilən inzibati tənbehin gələcəkdə icrasını şübhə altına alır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs xx xxxx 2021-ci il tarixdə, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 14:30-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs xx xxxx 2021-ci il tarixdə, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olması, həmin inzibati binanı öz mülahizəsinə görə tərk edə bilməməsi və həmin inzibati binanın polis əməkdaşları tərəfindən mühafizə edilməsi bir daha təsdiq edir ki, Şəxs icra və probasiya şöbəsinin inzibati binasına daxil olduqdan sonra oranı tərk etməkdə daha sərbəst olmamışdır. Bu baxımdan da məhkəmə belə nəticəyə gəlir ki, Şəxs həbsə alınmasının əvvəli Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olduğu vaxtdan, yəni xx xxxx 2021-ci il tarixdən, saat 11:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli xx xxxx 2021-ci il tarixdən, saat 11:00-dan hesablansın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar