Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-134/2021 08.04.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, X1, Şəki ŞRPŞ DYPB-nin YPX inspektoru, polis baş serjantı X3 iştirakları ilə, X1 barəsində tərtib olunmuş xx.xx.2021-ci il tarixli, TP-4173020 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ərzəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli, TP-4173020 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, xx.xx.2021-ci il tarixdə saat 13:00 radələrində özünə məxsus “Opel Vectra” minik markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəki şəhəri, S.Rəhman küçəsi ilə H.Əliyev prospektinin kəsişməsində yerləşən “Skazka market” tərəfdən üzü Qoxmuq kəndi istiqamətində hərəkətdə olarkən Şəki ŞRPŞ DYPB-nin YPX inspektoru, polis baş serjantı X5 onu saxlamış və onun barəsində İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək, onu 60 manat məbləğində cərimə etmişdir. Polis əməkdaşı tərtib etdiyi inzibati xəta haqqında protokolu onun həmin prospektin digər kəsişməsində yerləşən “Ziyarət” adlanan ərazidən üzü “bazar” ərazisinə hərəkətdə olan “VAZ 21015” minik markalı avtomobilə yol verməməklə yolayrıcını keçmə qaydalarını pozduğuna görə tərtib etdiyini bildirmişdir. Halbuki o, hər hansı qanun pozuntusu törətməmişdir. Belə ki, əgər həmin vəziyyətdə qanun pozuntusu olsaydı yol qəza hadisəsi baş verərədi. Lakin həmin zaman heç bir təhlükləli vəziyyət yaranmamışdır. Hesab edir ki, Şəki ŞRPŞ-nin YPX-nin xx.xx.2021-ci il tarixli, TP-4173020 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati icraata xitam verilməlidir. Ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şəki ŞRPŞ DYPB-nin YPX inspektoru, polis baş serjantı X5 məhkəmə iclasında izahat verərək göstərdi ki, o, xidməti avtomobillə Şəki şəhəri, H.Əliyev prospektində “XXİ Əsr” adlı mağazasının yaxınlığındakı işıqfora yaxın ərazidə xidmət aparan zaman S.Rəhman küçəsində Skazka markettərəfdən üzü Qoxmuq kəndi istiqamətində hərəkətdə olan “Opel Vectra” minik markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil həmin prospektin digər kəsişməsində yerləşən “Ziyarət” adlanan ərazidən üzü “bazar” ərazisinə S.Rəhman küçəsinə doğru hərəkətdə olan “VAZ 21015” minik markalı avtomobilə yol verməməklə yolayrıcını keçmə qaydalarını pozmuş və hərəkətini davam etdirmişdir. O da dərhal xidməti avtomobillə həmin avtomobilin arxası ilə gedərək sonuncuya saxla işarəsi vermiş və sürücü avtomobilini saxlamışdır. Daha sonra o, sürücüyə yaxınşalaraq özünü təqdim etmiş, sürücüyə törətdiyi inzibati xətanı izah etmiş və bütün bu halları əks etdirən video görüntünü sürücüyə göstərmişdir. Həmin zaman sürücü barəsində inzibati protokol tərtib etmiş sürücü də həmi protokolu imzalamışdır. Göstərmişdir ki, sürücünün bütün bu hərəkətləri video-görüntüdə qeydə almışdır. Qayda pozuntusu törətmiş avtomobili aşkar edən kimi də dərhal onun arxasıyca getmiş və həmin avtomobili saxlatdırmışdır. Hesab edir ki, şikayət əsaslı deyildir. Ərizənin təmin edilməməsini məhkəmədən xahiş edir. İşdə olan sənədləri araşdıraraq məhkəmə hesab edir ki, X1 şikayəti əsaslı deyildir. İşdə olan ŞRPŞ DYPB-nin YPX inspektoru, polis baş serjantı X5 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, İXP-3760750 nömrəli inzibati xəta haqqında protokoldan və onu əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli, TP-4173020 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 İXM-nin 327.2-ci maddəsinin tələblərini pozduğuna 60 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş sözügedən hadisə lentə alınmış diskindən görünür ki, ŞRPŞ DYPB-nin YPX inspektoru, polis baş serjantı X5 xidməti avtomobillə Şəki şəhəri, H.Əliyev prospektində “XXİ Əsr” adlı mağazasının yaxınlığındakı işıqfora yaxın ərazidə xidmət aparan zaman S.Rəhman küçəsində “Skazka market” tərəfdən üzü Qoxmuq kəndi istiqamətində hərəkətdə olan “Opel Vectra” minik markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil həmin prospektin digər kəsişməsində yerləşən “Ziyarət” adlanan ərazidən S.Rəhman küçəsinə üzü bazar ərazisinə hərəkətdə olan “VAZ 21015” minik markalı avtomobilə yol verməməklə yolayrıcını keçmə qaydalarını pozmuş və hərəkətini davam etdirmişdir. ŞRPŞ DYPB-nin YPX inspektoru, polis baş serjantı X5 da dərhal xidməti avtomobillə həmin avtomobilin arxası ilə gedərək sonuncuya saxla işarəsi vermiş və sürücü avtomobilini saxlamışdır. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 75-ci maddəsinə əsasən: İİ. Əgər yolayrıcında, o cümlədən yolun hərəkət hissələrinin kəsişmə yerində, yaxud yolayrıcından və ya kəsişmə yerindən bilavasitə sonra tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya 1.25 nişanlanması ilə işarələnmiş kəsişmə yerinə daxil olması qadağandır. İİİ. Hərəkət növbəliliyi svetoforun vəya nizamlayıcının siqnallarıiləmüəyyən edilən yolayrıcınizamlanan hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İnzibati iş üzrə X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. X4 İXM-nin 327.2-ci maddəsinin tələblərini pozması iş materiallarına əlavə edilmiş sənədlərlə, həmçinin məhkəməyə təqdim edilmiş CD diskdəki görüntü ilə tam təsdiq edilir. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, X4 barəsində tərtib olunmuş xx.xx.2021-ci il tarixli, İXP-3760750 nömrəli inzibati xəta haqqında protokoldan və onu əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli, TP-4173020 nömrəli inzibati tənbeh vermə haqqında qanuni və əsaslıdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, X4 xx.xx.2021-ci il tarixli, TP-4173020 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə ərizəsi əsaslı olmadığından təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X4 xx.xx.2021-ci il tarixli, TP-4173020 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardan surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-134/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-134/2021
08.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver