Məhkəmə qərarları › İş №3(075)-134/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-134/2022

14.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-134/2022 14.03.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxx 1969-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əlilliyi olmayan Şəki rayonu, Qoxmuq kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta barədə protokolda göstərilir ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-4664/2016 saylı, 05.08.2016-cı il tarixli icra sənədinə əsasən borclu Şəxs 10,000 manat, 1100 ABŞ dolları və 30 manat rüsum tutularaq X3 ödənilməlidir ; Bundan başqa Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)- 5846/2016 saylı, 13.05.2016-cı il tarixli icra sənədinə əsasən borclular Şəxs və X1 müştərək qaydada 2962 ABŞ dolları borc və 20 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" MMC-nin hesabına ödənilməlidir ; Bundan başqa Bakı şəhəri Sabunçu Rayon məhkəməsi tərəfindən verilmiş 2(008)- 6673/2016 saylı, 12.05.2016-cı il tarixli, icra sənədinə əsasən borclular Şəxs və X1 müştərək qaydada 2343 ABŞ dolları borc və 20 manat dövlət rüsumu alınaraq "xxxx" MMC-nin hesabına ödənilməlidir ; Bundan başqa Qazax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(023)-807/2021 saylı, 22.06.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 3744.96 manat borc və 30 manat rüsum xərci tutularaq "xxxx" BOKT QSC-nin hesabına ödənilməlidir; Bundan başqa Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1845/2019 saylı, 18.11.2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs 3020,27 manat borc və 30 manat rüsum xərci tutularaq "xxxx" İKB ASC-nin hesabına ödənilməlidir; Bundan başqa Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-2626/2018 saylı, 11.05.2018-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 1481 manat borc və 20 manat rüsum xərci tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir; Bundan başqa Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)- 6398/2017 saylı, 05.05.2017-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 2334 manat borc və 20 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" MMC-nin hesabına ödənilməlidir; Bundan başqa Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)- 6890/2018 saylı, 09.12.2016-cı il tarixli icra sənədinə əsasən borclu Şəxs 2816,71 manat borc və 20 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" MMC-nin hesabına ödənilməlidir; Bundan başqa Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)- 14823/2016 saylı, 09.12.2016-cı il tarixli icra sənədinə əsasən borclu Şəxs 840,42 ABŞ dolları borc və 20 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" MMC-nin hesabına ödənilməlidir; İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X4 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-4664/2016 saylı, 05.08.2016-cı il tarixli icra sənədinə əsasən borclu Şəxs 10,000 manat, 1100 ABŞ dolları və 30 manat rüsum tutularaq X3 ödənilməlidir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-5846/2016 saylı, 13.05.2016-cı il tarixli icra sənədinə əsasən borclular Şəxs və X1 müştərək qaydada 2962 ABŞ dolları borc və 20 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" MMC-nin hesabına ödənilməlidir, Bakı şəhəri Sabunçu Rayon məhkəməsi tərəfindən verilmiş 2(008)-6673/2016 saylı, 12.05.2016-cı il tarixli, icra sənədinə əsasən borclular Şəxs və X1 müştərək qaydada 2343 ABŞ dolları borc və 20 manat dövlət rüsumu alınaraq "xxxx" MMC-nin hesabına ödənilməlidir, Qazax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(023)-807/2021 saylı, 22.06.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 3744.96 manat borc və 30 manat rüsum xərci tutularaq "xxxx" BOKT QSC-nin hesabına ödənilməlidir, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1845/2019 saylı, 18.11.2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs 3020,27 manat borc və 30 manat rüsum xərci tutularaq "xxxx" İKB ASC-nin hesabına ödənilməlidir. Şək Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-2626/2018 saylı, 11.05.2018-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 1481 manat borc və 20 manat rüsum xərci tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-6398/2017 saylı, 05.05.2017-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 2334 manat borc və 20 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" MMC-nin hesabına ödənilməlidir, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)- 6890/2018 saylı, 09.12.2016-cı il tarixli icra sənədinə əsasən borclu Şəxs 2816,71 manat borc və 20 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" MMC-nin hesabına ödənilməlidir, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-14823/2016 saylı, 09.12.2016-cı il tarixli icra sənədinə əsasən borclu Şəxs 840,42 ABŞ dolları borc və 20 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" MMC-nin hesabına ödənilməlidir. Qeyd edilən İcra sənədləri 15.11.2017-ci il, 31,10.2017-ci il, 13.11.2017-ci il, 31.10.2017-ci il, 26.08.2021- ci il, 19.12.2019-cu il, 11.06.2018-ci il, 26.12.2017-ci il, 07.08.2019-cu il və 10.11.2017-ci il tarixlərində Şöbənin icratına daxil olmuşdur. Həmin tarixlərdə icraata başlanılmış və İcra sənədlərinin icrası ilə əlaqədar borcluya 10 gün könüllü icra müddəti verilmişdir. Borclu Şəxs göstərilən müddət ərizdə borcların ödənilməsini təmin etməmiş və Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinə gəlməmişdir. Həmçinin könüllü müddət ərzində icra sənədləri üzrə tələb borclu tərəfindən icra edilmədiyi üçün borcluya dəfələrlə rəsmi və şifahi xəbərdarlıqlar edilmiş və xəbərdarlıqlara baxmayaraq icra sənədləri üzrə tələblərin icrası borclu təmin edilməmiş, Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinə gəlməmişdir. İcra sənədləri üzrə tələbin məcburi icrası ilə bağlı borclunun əmlak vəziyyətinin müəyyən edilməsi ilə məqsədi ilə müxtəlif dövlət orqanlarına və banklara sorğular verilmiş, sorğulara alınan cavablarda borclunun adına hər hansı əmlak və ya qızıl-zinət əşyası aşkar edilməmişdir. Borclu Şəxs icra sənədində qeyd edilən ünvanda yaşamadığı müəyyən edilmiş və 01 avqust 2018-ci il tarixdə barəsində axtarış elan edilərək qərar icrası üçün Şəki ŞRPŞ-nə göndərilmişdir. Şəki ŞRPŞ-nir 07.08.2018-ci il tarixli məktubuna əsasən borclu Şəxs barəsində 06.08.2018-ci il tarixdə 821300 saylı axtarış işi açılmışdır. Borclu Şəxs 14.03.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Şöbədə verdiyi izahatında hazırda hər hansı ödəniş etmək imkanının olmadığını bildirmiş və ona müəyyən vaxtın verilməsini xahiş etmişdir. Borclu 14.03.2022-ci il tarixli izahatında icra məmurunun çağrışına gəlməməyin səbəbi kimi hazırda H.Əliyev adına X8 işlədiyini və iş yerindən icazə almağın çətin olduğu bildirmişdir. Eyni zamanda borclu onun əmək haqqından hər ay 310 manat aliment pulu tutulduğunu və qalan pulun isə onun yaşamasına güclə yetdiyini qeyd etmişdir, çağırış üzrə gəlməməsi barədə isə heç bir üzürlü səbəb göstərə bilməmişdir. Bununlada keçən 6 il müddət ərzində yuxarıda qeyd edilən icra sənədlərinin icrası borclu Şəxs tərəfindən qərəzli olaraq icra edilməmişdir. Bildirmişdir ki, borclu axtarışla 14.03.2022-ci ildə saat 10:00-da İcra şöbəsinə gətirilmiş və sonra 16:00-da məhkəməyə təqdim edilmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-4664/2016 saylı, 05.08.2016-cı il tarixli icra sənədinə əsasən borclu Şəxs 10,000 manat, 1100 ABŞ dolları və 30 manat rüsum tutularaq X3 ödənilməlidir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-5846/2016 saylı, 13.05.2016-cı il tarixli icra sənədinə əsasən borclular Şəxs və X1 müştərək qaydada 2962 ABŞ dolları borc və 20 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" MMC-nin hesabına ödənilməlidir, Bakı şəhəri Sabunçu Rayon məhkəməsi tərəfindən verilmiş 2(008)-6673/2016 saylı, 12.05.2016-cı il tarixli, icra sənədinə əsasən borclular Şəxs və X1 müştərək qaydada 2343 ABŞ dolları borc və 20 manat dövlət rüsumu alınaraq "xxxx" MMC-nin hesabına ödənilməlidir, Qazax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(023)-807/2021 saylı, 22.06.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 3744.96 manat borc və 30 manat rüsum xərci tutularaq "xxxx" BOKT QSC-nin hesabına ödənilməlidir, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1845/2019 saylı, 18.11.2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs 3020,27 manat borc və 30 manat rüsum xərci tutularaq "xxxx" İKB ASC-nin hesabına ödənilməlidir. Şək Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-2626/2018 saylı, 11.05.2018-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 1481 manat borc və 20 manat rüsum xərci tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-6398/2017 saylı, 05.05.2017-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 2334 manat borc və 20 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" MMC-nin hesabına ödənilməlidir, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-6890/2018 saylı, 09.12.2016-cı il tarixli icra sənədinə əsasən borclu Şəxs 2816,71 manat borc və 20 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" MMC-nin hesabına ödənilməlidir, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-14823/2016 saylı, 09.12.2016-cı il tarixli icra sənədinə əsasən borclu Şəxs 840,42 ABŞ dolları borc və 20 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" MMC-nin hesabına ödənilməlidir. İcra sənədlərindən məlumatı vardır. Həmçinin bildirmişdir ki, 2018-ci ilin may ayında da icra məmuru onun barəsində protokol tərtib edərək məhkəməyə aparmış, lakin məhkəmə təqdimatı geri qaytarmışdır. Buna görə də yuxarıda sadalanan icra sənədlərinin əksəriyyətindən xəbəri olmuşdur. Bildirmişdir ki, hazırda o, Bakı şəhərində X8 işləyir, aylıq 650 manat əmək haqqı alır. Ondan 310 manat məbləğində hər ay aliment tutulur. Əmək haqqısının qalan pulu ilə özünü güclə dolandırır. Bundan başqa gündəlik gəliri yoxdur. Maddi vəziyyəti ağırdır. Halhazırda icra tələbi üzrə borcunu ödəməyə imkanı yoxdur, ona möhlət verilməsini xahiş edir. Həmçinin bildirmişir ki, işdən icazə ala bilmədiyi üçün icra məmurunun çağırışlarına gələ bilməmişdir. Əlavə olaraq bildirmişdir ki, o, 14.03.2022-ci il tarixdə 10:00-da polis əməkdaşları tərəfindən məcburi Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Barəsində protokol tərtib olunmuş daha sonra məhkəməyə gəlmişlər. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi izahat verərək göstərmişdir ki, Şəxs qərəzli olaraq icra sənədlərindən yayınmır. Buna görə də inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları və digər sənədlərlə təsdiq olundu. Belə ki, iş materiallarına əlavə edilmiş Şəki rayon məhkəməsinin 18.05.2018-ci il tarixli, 3(075)- 571/2018 saylı qərardan görünür ki, Şəxs barəsində tərtib edilərək məhkəməyə göndərilmiş təqdimat geri qaytarılmışdır. Göründüyü kimi Şəxs bu müddətdən sonra da qeyd edilən icra sənədləri üzrə hər hansı ödəniş etməmiş, həmçinin icra məmurunun çağırışlarına gəlməmişdir. Buna görə də onun barəsində axtarış işi açılmış və o Bakı şəhərində saxlanılaraq Şəki ŞRPŞ-nın əməkdaşlarına təhvil verilmişdir. Şəki ŞRPŞ-nin əməkdaşları isə onu 14.03.2022-ci il tarixdə saat təxminən 10:00-da Şəki İcra və Probasiya Şöbəsinə təhvil vermişlər. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs olunmalıdır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 14 mart 2022-ci il tarixdə saat 10:00-da Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilmiş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 16:00-da məhkəməyə aparılmış və məhkəmə iclası 16:30-da yekunlaşmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs sərbəst hərəkət etmək imkanı 14 mart 2022-ci il tarixdən saat 10:00-dan həmin gün saat 16:30-dək məhdudlaşdırıldığından onun həbsə alınmasının əvvəli 14.03.2022-ci ildə saat 10:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Şəxs inzibati həbsə alınmasının əvvəli 14 mart 2022-ci il tarixdə, saat 10:00-dan hesab edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar