Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-136/2021 01.03.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X7, Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı, X2, Zərərçəkmiş şəxs X3 iştirakı ilə, xx xxxxxxx 2002-ci il tarixdə Şəki rayonu, Kəhrizoba kəndində anadan olmuş, orta təhsilli, subay, əliliyi olmayan, işləməyən, Şəki rayonu Turan qəsəbəsində pasport qeydiyyatında olmaqla həmin qəzəsəbədə yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs müxtəlif vaxtlarda X4 aldadaraq ona məxsus 470 manat pulunu ələ keçirmişdir. Beləliklə də Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı, X5 məhkəmə iclasında izahat verərək göstərdi ki, müxtəlif vaxtlarda X4 aldadaraq ona məxsus 470 manat pulunu ələ keçirmişdir. Bununla əlaqədar olaraq təhqiqat araşdırması aparılmış, xx xxxxxx 2021-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilərək Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə uyğun inzibati xəta haqqında protokolun tərtib edilməsi üçün sənədlər ona təqdim edilmişdir. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Protokolu müdafiə edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Şəki rayonu, Cəfərabad kəndində yaşayır. Həmin kənddə balaca ərzaq mağazası var, həmin ərzaq mağazasında çox vaxt X1 dayanır. Maddi vəziyyəti ağır olduğu üçün, həmin mağazadan 2020-ci ilin fevral ayından nisyə mal almışdır. Sübhanın atası Ramildən bir dəfə 22 manatlıq köynək almış qalan aldıqlarını isə Sübhandan almışdır. Ümumilikdə onlara 470 manat borcu var və Sübhandan 470 manat nağd pul almamışdır. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahat verərək göstərdi ki, xx.xx.2021-ci il tarixdə həyat yoldaşı Ramilin evlərinin qarşısında yerləşən onlara məxsus mağazaya mal almaq üçün 470 manat pul qoymuşdur. Mağazada satıcı kimi çox vaxt oğlu Sübhan dayanır. xx.xx.2021-ci il tarixdə mağazada kassaya baxan zaman 470 manat pulun orada olmadığını görmüşdür. Bu barədə oğu Sübhandan soruşmuş, oğlu Sübhanın həmin pulu qonşuluqda yaşayan Elgiz adlı şəxsə verdiyini bildirmişdir. Elgiz adlı şəxs isə həmin pulun qarşılığında ona telefon almacağını demişdir. Lakin mobil telefonu almayaraq onu aldatmışdır. Bu barədə həyat yoldaşı Ramilə məlumat vermiş, həyat yoldaşı Ramillə birlikdə dəfələrlə Elgizə pulu qaytarmasını desələr də, lakin Elgiz pulu qaytarmamasını bildirmişdir. Elgiz tərəfindən 470 manat pulun ona qaytarılmasını tələb edir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Beləliklə Şəxs qeyd olunan hərəkətləri özünün izahatı, inzibati xəta haqqında protoklu tərtib etmiş şəxsin və zərərçəkmiş şəxsin izahatı, Şəki ŞRPŞ-dən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. Məhkəmə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası çərçivəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində göstərilir ki, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş xırda talama inzibati xətalarını törətməkdə təqsirli bilərək həmin maddənin sanksiyasında nəzərdə tutulan ictimai işlər növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, onun barəsində inzibati qaydada 200 saat ictimai işlər tətbiq edilsin. Şəxs üzərinə 200 saat ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-136/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-136/2021
01.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver