Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-137/2021 04.03.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, İmamverdiyeva Pərvin Arif qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X5, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə xx xxx 1999-cu ildə Aşqabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, əlilliyi olmayan, il ərzində inzibati məsuliyyətə cəlb edilməyən, Şəki rayonu Daşüz kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşdə olan Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X9 tərəfindən xx xxxx 2021-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə X2 165 manat dəyərində əmlakını mənimsəmiş, Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X9 izahat verərək göstərdi ki, X7 xx xxxxxx 2020-ci il tarixdə Şəki ŞRPŞ-yə müraciət edərək 2020-ci ildə evini kirayə verdiyi “Elgün” adlı şəxsin ona məxsus 01 (bir) ədəd 150 manat dəyərində 10 lt-lik mis qazanı və 01 (bir) ədəd 15 manat dəyərində alüminium qazanı oğurlamasından şübhələndiyini bildirmişdir. Bununla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılmış, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, Şəxs İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün İTB-yə göndərilmişdir. Tərəfindən xx xxxx 2021-ci il tarixdə hazırkı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokolu müdafiə edir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 göstərdi ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ona məxsusdur. Özü Bakı şəhərində yaşayır. Evini 2020-ci il tarixdə “Elgün” adlı şəxsə kirayə vermişdir. 2020-ci ildən “Elgün” adlı şəxs həmin ünvanda “Türkan” adlı şəxslə qeyri-rəsmi yaşamağa başlamışdır. xx xxxxxx 2020-ci ildə Bakı şəhərindən qayıtdıqda hamamın yanına qoyduğu mis və alüminium qazanları tapa bilməmişdir. Elgündən qazanların harda olduğunu soruşmuş, sonuncu bilmədiyini bildirmişdir. Bundan sonra Şəki ŞRPŞ-yə ərizə ilə müraciət etmişdir. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, evini əvvəllər də kirayəyə vermiş, “Elgün” adlı şəxs gələnədək heç bir problem olmamışdır. Evində kamera olmadığından əşyaların məhz Elgün tərəfindən oğurlanmasını sübut edə bilməyəcəkdir. Lakin Elgün həmin evə köçənədək heç bir əşyası yoxa çıxmadığından sonuncunun təqsirkar olduğuna əmindir. Şəxs inzibati həbs olunmasını istəmir. Hesab edir ki, onun bir neçə müddət həbsdə qalması itmiş əşyalarını qaytarıb gətirməyəcəkdir. Odur ki, məhkəmədən ona dəymiş ziyanın ödənilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, daimi iş yeri və gəliri yoxdur. Halal zəhməti ilə harda iş olsa gedib işləyib qazanc əldə edir. 2020-ci ildən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində kirayədə yaşayır. Evin qiyməti ilə bağlı Aysel Musayeva ilə razılaşmış, açarları ona Elşən Lətifov təqdim etmişdir. Aysel Musayeva və ya Elşən Lətifov ona evdə hər hansı qiymətli əşyaların olduğunu bildirməmişlər. Bundan başqa özü də evdə hər hansı qazan görməmişdir. Təqsiri olmadığından məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, ünvan 3 ünvanında yaşayır. X7 onun qonşusudur. 2020-ci ildə Aysel Musayeva ona zəng edərək açarları “Elgün” adlı şəxsə verməyini bildirmişdir. O da açarları Elgünə vermişdir. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, onun kirayəçilərlə birbaşa kontaktı olmamışdır. Sadəcə lazım gəldikdə evin qapısını açıb göstərmiş və açarları vermişdir. Evi təqdim edərkən əldə olan qazan onun gözünə dəyməmişdir. İşdə olan Şəki ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X3 xx xxxxxx 2021-ci il tarixli qərarından görünür ki, X2 Şəki ŞRPŞ-yə şikayəti üzrə HK-1/1652 nömrəli material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərardan görünür ki, material üzrə izahatı alınmış X7 izahatında 2020-ci ilin noyabr ayının əvvəlində evini Elgün adlı şəxsə 150 manata kirayə verdiyini, Elgünün həmin evdə Türkan adlı qızla qeyri-rəsmi yaşadığını, özünün isə Bakı şəhərində qaldığını, xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərindən evinə gələndə hamamın yanına qoyduğu 10 litrlik mis qazanın və 5 litrlik alüminium qazanın olmadığını gördüyünü, Elgündən qazanları soruşduğunu, sonuncu “bilmirəm” deyərək cavab verdiyini, mis qazanın 150 (yüz əlli) manat, alüminimum qazanın isə 15 (on beş) manat qiyməti olduğunu, qazanları Elgünün oğurlamasından şübhələndiyini bildirmişdir. Material üzrə izahatı alınmış Şəxs izahatında 2020-ci ilin noyabr ayından qeyri-rəsmi yaşadığı Türkanla Ayselin evində 150 manata kirayə qaldıqlarını, xx xxxxxx 2020-ci il tarixdə Ayselin gəlib bir ədəd mis, bir ədəd alüminium qazanının həyətdən yoxa çıxdığını dediyini, Ayselin qazanlarını götürmədiyini bildirmişdir. Material üzrə izahatı alınmış X6 izahatında 2020-ci ilin noyabr ayından qeyri-rəsmi yaşadığı Elgünlə Ayselin evində 150 manata kirayə qaldıqlarını, xx xxxxxx 2020-ci il tarixdə Ayselin gəlib bir ədəd mis, bir ədəd alüminium qazanının həyətdən yoxa çıxdığını dediyini, qazanları Elgünün aparıb satdığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir ki inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75.0.3-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə şəxsin inzibati xətanı törətməkdə təqsiri sübut edilməlidir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Qanunvericiliyin mənasına görə oğurluq dedikdə özgənin əmlakını gizli olaraq talama başa düşülür. İş materiallarına əlavə edilmiş xx xxxx 2021-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokolda Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyi qeyd edilsə də, Şəxs həm təhqiqat, həm də məhkəmə iclasında verdiyi izahatlarında inzibati xətanı törətmədiyini göstərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən həmin xətanın mövcudluğu inkar edilmiş, həmin xətanın törədilmədiyi bildirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsi inkar edildiyindən, protokolda qeyd edilən inzibati xətanın törədilməsinin digər bir sübutla əsaslandırılması protokolu tərtib etmiş vəzifəli şəxsin üzərinə düşür. Lakin inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X9 tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmiş, zərərçəkmiş şəxs Aysel Musayeva özü də “Şəxs şübhələndiyini, Elgün həmin evdə yaşayanadək evində heç bir əşyanın yoxa çıxmadığını” bildirmişdir. Həmçinin, məhkəmə iclasına əlavə şahid qismində dəvət edilmiş X8 evi təqdim edərkən “gözünə hər hansı qiymətli əşyanın dəymədiyini, ona ev sahibi tərəfindən belə bir məlumat verilmədiyini, əgər əldə qazan olsa idi indiyə kimi görə bildiyini” qeyd etmişdir. Bundan başqa material üzrə izahatı alınmış X1 məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxs X4 məxsus 165 manat dəyərində əşyaları mənimsəməsi məhkəmə iclasında sübuta yetirilməmiş, bunun əksini təsdiq edən hər hansı sübut inzibati xəta haqqında protokol tərtib etmiş şəxs tərəfindən təqdim edilməmişdir. Buna görə də Şəxs hərəkətləri xırda talama kimi qiymətləndirilə bilməz. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs yuxarıda qeyd edilən hərəkətlərində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsinin tərkibi yoxdur. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X9 tərəfindən xx xxxx 2021-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 28.4.1, 30.2, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-137/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-137/2021
04.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver