Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-137/2023 17.02.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi ilə X1 02 yanvar 2023-cü il tarixli, EQ 12674813 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsinə baxaraq Müəyyən etdim: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində qəbul edilmiş 02 yanvar 2023-cü il tarixli, EQ 12674813 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 126.1-ci barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. İş materiallarından müəyyən olunur ki, EQ 12674813 nömrəli inzibati tənbeh vermə haqqında qərar 02 yanvar 2023-cü il tarixdə qəbul edilsə də, həmin qərardan şikayət bir aya yaxın müddət ötürülməklə, yəni 15 fevral 2023-cü il tarixdə Şəki Rayon Məhkəməsinə daxil olmuşdur. Başqa sözlə desək, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs tərəfindən 02 yanvar 2023-cü il tarixli, EQ 12674813 nömrəli qərardan şikayət vermə müddəti 22 yanvar 2023-cü il tarix olmasına baxmayaraq, həmin qərardan 15 fevral 2023cü il tarixdə şikayət verilməklə qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddəti ötürmüş, ötürülmüş müddətin bərpası barədə məhkəməyə vəsatət verməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, X5, 02 yanvar 2023-cü il tarixli, EQ 12674813 nömrəli qərardan şikayət versə də, həmin qərarın məzmunundan görünür ki, inzibati tənbeh X5 barəsində deyil digər şəxsin, yəni X4 barəsində tətbiq edilmişdir. X2 02 yanvar 2023-cü il tarixli, EQ 12674813 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsi geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128, 130-cu maddələrini rəhbər tutaraq Qərara aldım: X3 02 yanvar 2023-cü il tarixli, EQ 12674813 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsi geri qaytarılsın. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-137/2023
Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-137/2023
17.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver