Məhkəmə qərarları › İş №3(075)-138/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-138/2022

29.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-138/2022 29.03.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxx 1975-ci ildə Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Şəki rayonu Şəki kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin YPX inspektoru, polis baş serjantı X4 tərəfindən tərtib edilmiş 28 fevral 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 28 fevral 2022-ci il tarixdə, saat 23:55 radələrində sürücülük hüququ olduğu halda alkoqol sərxoşluğu vəziyyətində «DAEWOO NEXİA» markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşları tərəfindən saxlanılmış və onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki şəhər-rayon X7 Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında protokol tərtib etmiş Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin YPX inspektoru, polis baş serjantı X3 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, həqiqətən 28 fevral 2022-ci il tarixdə, saat 23 radələrində ona məxsus “DAEWOO NEXİA” markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən YPX-nin inspektoru ona yaxınlaşaraq müvafiq sənədləri təqdim etməsini bildirmişdir. Daha sonra YPX əməkdaşı DYPB-nə getməli olmasını bildirmişdir. O isə etiraz etməmişdir. DYPB-nə çatdıqdan sonra onu tibbi müayinə etmişlər. Həmin vaxt onu alkotesterlə tibbi müayinə edərək ona yüngül dərəcədə sərxoş olduğu bildirilmişdir. Belə ki, o, həqiqətən də, həmin vaxt az miqdarda spirtli içki qəbul etmişdir. Qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş Şəki Mərkəzi Rayon X2 həkimi X1 28 fevral 2022-ci il tarixdə tərtib etdiyi 121 nömrəli «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»na əlavə sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktında Şəxs alkotesterlə müayinə edildiyi, yüngül dərəcəli sərxoş olduğu göstərilmişdir. İş materiallarından görünür ki, Şəxs 28 fevral 2022-ci il tarixdə, saat 23:55 radələrində Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin əməkdaşları tərəfindən saxlanılarkən sürücülük hüququ olduğu halda alkoqol sərxoşluğu vəziyyətində «DAEWOO NEXİA» markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə etdiyini etiraf etmiş və onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş inzibati xəta haqqında işin məhkəməyə göndərilməsi haqqında qərardaddan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə toplanmış materialın baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, Şəxs qeyd olunan hərəkətləri özünün etirafı, iş materialına əlavə edilmiş izahatları, Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən ona Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinib, 400 (dörd yüz) manat miqdarında inzibati cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin məbləğinin 10 faizi miqdarında ödənişindən azad ediləcəyi hüququnun olduğu, qərarın qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi miqdarında dəbbə pulu hesablanacağı, dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq ediləcəyi izah edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar