Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-138/2023 15.02.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx xxxxxx 1962-ci il tarixdə Şəki rayonu, Baş Kəldək kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əlilliyi olmayan, Şəki rayonu, Baş Kəldək kəndində qeydiyyatında olmaqla Bakı şəhərində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 tərəfindən tərtib edilmiş 15 fevral 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş **********198600 saylı,xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 1408,10 manat vergi borcu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-960/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 10687,39 manat borc və 122,46 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" ASC-nin hesabına ödənilməlidir. Sözügedən borclar borclu tərəfindən ödənilmədiyi üçün borcluya dəfələrlə rəsmi və şifahi xəbərdarlıqlar edilmiş və xəbərdarlığa baxmayaraq icra sənədləri üzrə tələbin icrası təmin edilməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük böyük icra məmuru X4 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş **********198600 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 1408,10 manat vergi borcu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-960/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 10687,39 manat borc və 122,46 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" ASC-nin hesabına ödənilməlidir. İcra sənədləri xx.xx.2021-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası haqqında bildirişlə birlikdə borclu Şəxs göndərilmişdir. Lakin könüllü icra müddəti ərzində borclu tələbin icrasını təmin etməmişdir. Könüllü icra müddəti bitdikdən sonra məcburi icra tədbirlərinə başlanılmış və borcluya rəsmi xəbərdarlıq göndərilərək borc məbləğinin ödənilməsi ondan tələb edilmiş, əks halda qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb ediləcəyi onun nəzərinə çatdırılmışdır. Lakin, borclu Şəxs xəbərdarlığa məhəl qoymayaraq və icra sənədləri üzrə borcunu ödəməkdən boyun qaçıraraq tələbin icrasını təmin etməmişdir. Eyni zamanda tərəflərindən borclunun əmlak vəziyyətinin və gəlirlərinin müəyyən edilməsi məqsədilə müvafiq dövlət orqanlarına və təşkilatlara, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron icra” informasiya sisteminə sorğu edilmiş və nəticədə banklarda borcluya məxsus pul vəsaitinin və başqa sərvətlərinin, mülkiyyətində tələbin yönəldiləsi əmlakının, pensiya və müavinət kimi gəlirlərinin olmadığı müəyyən edilmişdir. İcra sənədində borclu Şəxs ünvanı ünvan 1ndə borclunun faktiki olaraq göstərilən ünvanda yaşamadığı nüəyyən edilmişdir. Görülən digər icra tədbirləri nəticəsində də borclunun yerini müəyyən etmək, həmçinin borclunun iştirakı olmadan icra sənədi üzrə tələbin icrasını təmin etmək mümkün olmamışdır. Odur ki, çağırış üzrə gəlmədiyi və yaşayış yerini müəyyən etmək mümkün olmadığı üçün borclu X1 barəsində borclunun axtarılması barədə xx.xx.2022-ci il tarixdə qərar qəbul edilərək icrası üçün Şəki Şəhər-Rayon Polis Şöbəsinə göndərilmişdir. Şəki ŞRPŞ tərəfindən onun barəsində axtarış işi açılmışdır. xx.xx.2023-cü il tarixində borclu Şəxs Şəki Şəhər-Rayon Polis Şöbəsinin polis əməkdaşları tərəfindən Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə gətirilmişdir. Həmin tarixdə borclunun İcra va Probasiya Şöbəsində izahatı alınmış, icra sənədi üzrə borcun ödənilməsi ondan tələb edilmişdir. Borclu verdiyi izahatında "xxxx" MMC və "xxxx" MMC-də işləmədiyini, eyni zamanda borc məbləğindən hazırda heç bir ödəniş edə bilməyəcəyini bildirmişdir. Borclu bu günədək qeyd edilən borc məbləğindən heç bir ödəniş etməmiş və nəticədə icra sənədi icra edilmədən qalmışdır. Bununlada icra sənədi üzrə tələbin icrası borclu Şəxs tərəfindən qərəzli olaraq təmin edilməmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Protokolu müdafiə etmiş, qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Şəxs 15 fevral 2023-cü il tarixdən, saat 12:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək saat 19:30-da məhkəməyə aparılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş **********198600 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən ondan cəmi 1408,10 manat vergi borcu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-960/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən ondan cəmi 10687,39 manat borc və 122,46 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" ASC-nin hesabına ödənilməlidir. İcra sənədlərindən məlumatı vardır. O, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə göstərilən borcundan ödəniş etmək üçün poçta getmiş, lakin poçtda ona bildirmişlər ki, gömrükdən keçən malın kodu lazımdır. O, da malın kodunu bilmədiyi üçün ödəniş edə bilməmişdir. İcra məmuruna zəng etmiş lakin telefona cavab verməmişlər. Digər icra sənədi üzrə ümumiyyətlə ödəniş etməmişdir. Ödəniş edə bilmədiyi üçün bu günə kimi icra sənədlərində göstərilən borcundan ödəniş etməmişdir. Göstərmişdir ki, o, icra sənədində tələb olunan vergi borcunu 150-200 manat olmaqla ödəyə bilər. Daha sonra isə "xxxx" ASC-yə olan borcunu ödəyə bilər. Hal-hazırda Bakı şəhərində bazarda işləyir. Bakıda kirayədə yaşayır. Aylıq 180 manat kirayə haqqı ödəyir. Axtarışda olmasını bildikdən sonra İcra Probasiya Şöbəsinə gəlmişdir. Göstərdikləinin nəzərə alınmasını və barəsində tənbeh tədbirinin tətbiq edilməməsini xahiş edir. Əlavə olaraq bildirdi ki, 15 fevral 2023-cü il tarixdən, saat 12:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra saat 16:30-da məhkəməyə aparılmışdır. Məhkəmə iclasında Şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil Şəxs əməlində İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından, icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, böyük icra məmurunun izahatları, həmçinin işdə olan digər sənədlərlə təsdiq olundu. Belə ki, icra sənədi barədə məlumatı və imkanı olduğu halda qərəzli olaraq icra etməmişdir. Belə ki, inzibati xətaya dair işə Şəxs izahatlarının təsdiq edilmiş surətlərindən də göründüyü kimi borclu hər iki icra sənədindən məlumatı olmuş, icra sənədləri üzrə borclarını ödəmədiyi halda inzibati məsuliyyət daşıyacağını da anlamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar böyük icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya böyük icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növünün Şəxs tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir, həmçinin tətbiq edilən inzibati tənbehin gələcəkdə icrasını şübhə altına alır. Şəxs və böyük icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 15 fevral 2023-cü il tarixdən, saat 12:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs 15 fevral 2023-cü il tarixdən, saat 12:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olması, həmin inzibati binanı öz mülahizəsinə görə tərk edə bilməməsi və həmin inzibati binanın polis əməkdaşları tərəfindən mühafizə edilməsi bir daha təsdiq edir ki, Şəxs icra və probasiya şöbəsinin inzibati binasına daxil olduqdan sonra oranı tərk etməkdə daha sərbəst olmamışdır. Bu baxımdan da məhkəmə belə nəticəyə gəlir ki, Şəxs həbsə alınmasının əvvəli Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olduğu vaxtdan, yəni 15 fevral 2023-cü il tarixdən, saat 12:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 15 fevral 2023-cü il tarixdən, saat 12:00-dan hesablansın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-138/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-138/2023
15.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver