Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-138/2024 18.03.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, X2 iştirakı ilə, X2 barəsində qəbul edilmiş 08 fevral 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və barəsində başlanılmış inzibati xətalar haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 ərizə ilə məhkəməyə müraciət edərək, onun barəsində 08 fevral 2024-cü il tarixdə YPX İnzibati Qrupun polis kapitanı X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən 300 manat cərimə edilməsi barədə TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, işə xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X4 ərizəsini onunla əsaslandırmışdır ki, 27 yanvar 2024-cü il tarixdə saat 13:05-də şəxsi mülkiyyətində olan “Ford Transit” yük Sərnişin markalı ** CZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Şəki-Qax yolunun 8-ci kilometrində hərəkətdə olarkən V Tağım Yol patrul xidməti inspektoru, polis baş serjantı X7 YPX-ə məxsus avtomobil ilə ona saxla işarəsi vermiş və o, maşını bir kənara çəkib saxlamışdır. Saxlanmağının səbəbin soruşduqda polis əməkdaşı ona nəqliyyat vasitəsini idarə elmək hüququnun məhkəmə qərarı ilə məhdudlaşdırıldığını əsas gətirərək, nəqliyyat vasitəsini duracağa yerləşdirməli olduğunu demiş və maşında sürücülük hüququ olan qardaşı X13 nəqliyyat vasitəsini X24 İdarəsinin Şəki Rayon Şöbəsinin duracağına aparmışdır. Şəki DYP-nin inzibati binasında ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulmuş X16 İXP ******* saylı protokol tərtib edilmişdir. Həmin protokola əsasən 08 fevral 2024-cü il tarixdə YPX İnzibati Qrupun polis kapitanı X14 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən 300 manat cərimə edilməsi barədə TP ******* saylı Qərar qəbul etmişdir. Həmin Qərar ona rəsmi qaydada 08 fevral 2024-cü il tarixdə saat 17:30-da Şəki rayon X20 inzibati binasında təqdim edilmişdir. Şəki Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixdə onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilib onun nəqliyyat vasitəsini idarə etmək hüququnun 7 (yeddi) ay müddətinə məhdudlaşdırılması barədə 3(075)-391/2022 saylı Qərar qəbul etmişdir. O, həmin qərardan bir neçə gün sonra barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar üzrə cəriməni və dəbbə pulunu tam şəkildə ödəmişdir. Şəki Rayon Məhkəməsi 13 iyul 2022-ci il tarixli, 3(075)- 391/2022 saylı Qərarı ona rəsmi şəkildə göndərilməmişdir. 27 yanvar 2024-cü ildə YPXnin əməkdaşları onun maşınını duracağa apardıqdan sonra Şəki Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli 3(075)-391/2022 saylı X16 iş üzrə Qərarına xitam verilməsi barədə Şəki Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixdə X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmək hüququnun 7 (yeddi) ay müddətinə məhdudlaşdırılması ilə bağlı Şəki Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 3(075)-391/2022 saylı X16 iş üzrə qərarına xitam verilməsi barədə 3(075)-391/2022 saylı qərar qəbul etmişdir. O, 2022-ci və 2023-cü illərdə Şəki şəhər 8 saylı rayonlararası qeydiyyat- imtahan və texniki baxış şöbəsində texniki baxışdan keçirərkən və şəxsi mülkiyyətində olan FORD X21 markalı ** CX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini öz adına qeydiyyata salarkən də həmin şöbədə onun sürücülük vəsiqəsinin müvəqqəti məhdudlaşdırılması barədə heç bir söz deməmişdilər. O, Şəki Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 3(075)-391/2022 saylı X16 iş üzrə qərarına xitam verilməsi barədə 08 fevral 2024-cü il tarixli, 3(075)-391/2022 saylı qərarını Şəki DYP-nə təqdim etməsinə baxmayaraq YPX İnzibati Qrupun polis kapitanı X14 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən 300 manat cərimə edilməsi barədə TP ******* saylı Qərar qəbul etməsini qanunsuz və əsassız hesab edir və həmin qərara etiraz edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan maddələrinin tələblərinə əməl olunmadan Şəki Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, 3(075)- 391/2022 saylı qərarını X24 İdarəsinin Şəki Rayon Şöbəsinə təqdim etməsinə baxmayaraq YPX İnzibati Qrupun polis kapitanı X14 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən 300 manat cərimə edilməsi barədə TP ******* saylı Qərar qəbul etməsini qanunsuz və əsasız qəbul edilmiş qərar hesab edir. Odur ki, onun barəsində 08 fevral 2024-cü il tarixdə YPX İnzibati Qrupun polis kapitanı X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən 300 manat cərimə edilməsi barədə TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, işə xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Şəki şəhər-rayon Polis Şöbəsi məhkəmə iclasında nümayəndəsinin iş tirakını təmin etməmişdir. Məhkəmə Şəki şəhər-rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında X4 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, 2022-ci ildə 40 manat məbləğdə inzibati cərimə olunmuşdur. Həmin cəriməni ödəmədiyi üçün Şəki Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 3(075)- 391/2022 saylı qərarı ilə sürücülük hüququ 7 ay müddətinə məhdudlaşdırılmışdır. Onun həmin qərardan məlumatı olmamışdır. Qərarı alandan sonra cəriməni ödəmişdir. Şəki Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, 3(075)-391/2022 saylı qərarı ilə Şəki Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 3(075)-391/2022 saylı qərarına xitam verilmişdir. Bildirmişdir ki, inzibati cəriməni 2022-ci il də ödəmişdir. Lakin qərara xitam verilməsi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Şəki Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, 3(075)-391/2022 saylı qərarını polis şöbəsinə aparsa da, 300 manat məbləğdə cərimə olunmuşdur. Hesab edir ki, barəsində qəbul edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsassızdır. Ərizənin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşdə olan 08 fevral 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 Azərbaycan Respublikasının İXM-nin 332.3-cü maddəsinin tələblərini pozduğu üçün, 300 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 3(075)-226/2022 saylı qərarından görünür ki, X6 barəsində qəbul edilmiş 40 manat cərimə olunmasına dair 12 mart 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xata haqqında qərarının ləğv edilməsi barədə şikayət ərizəsi təmin edilməmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 3(075)-391/2022 saylı qərarından görünür ki, X6 Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmə hüququnun 7 ay müddətinə məhdudlaşdırılması qərara alınmışdır. İşdə olan Şəki Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, 3(075)-391/2022 saylı qərarından görünür ki, X6 Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmə hüququnun 7 ay müddətinə məhdudlaşdırılması ilə bağlı Şəki Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 3(075)- 391/2022 saylı X16 iş üzrə qərarına xitam verilməsi qərara alınmışdır. İşdə olan DİN Baş X24 İdarəsinin Şəki Regional Qİ və TB şöbəsinin 06 mart 2024-cü il tarixli, 016-641 nömrəli məktubundan görünür ki, X5 Rayon Məhkəməsinin 13 iyul 2022ci il tarixli, 3(075)-391/2022 saylı qərarına əsasən 7 ay müddətinə sürücülük hüququ məhdudlaşdırılmış, Şəki Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, 3(075)-391/2022 saylı qərarına əsasən xx.xx.2024-cü il tarixdə xitam edilmişdir. X1 vəsiqəsi sürücülük hüququnun məhdudlaşdırılması barədə qərarla birlikdə şöbəyə daxil olmamışdır. İşdə olan Şəki ŞRPŞ-nin 06 oktyabr 2022-ci il tarixli, 189-30108-1222 saylı məktubundan görünür ki, X6 nəqliyyat vasitəsini idarə etmək hüququnun 7 ay müddətinə məhdudlaşdırılması barədə Baş X24 İdarəsinin mərkəzi informasiya sistemində məhdudlaşdırılması barədə məlumat olduğu üçün, onun Şəki ŞRPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən müəyyən olunacağı təqdirdə sürücülük vəsiqəsinin götürülərək aidiyyəti üzrə X15-İmtahan və X18 təhvil verilməsi tərəflərindən təmin ediləcəkdir. İşdə olan DİN Baş X24 İdarəsinin Şəki Regional Qİ və TB şöbəsinin 08 avqust 2022ci il tarixli, 1647 saylı məktubundan görünür ki, Şəki Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 3(075)-391/2022 saylı qərarı ilə X1 hüququ 7 ay müddətinə məhdudlaşdırılmış, lakin məhkəmə qərarı və AE 726347 nömrəli sürücülük vəsiqəsi şöbəyə daxil olmamışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, X4 barəsində qəbul edilmiş 12 mart 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən 40 manat məbləğdə inzibati cərimə edilmişdir. Həmin qərardan narazı qaldığı şikayət ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin Şəki Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 3(075)-226/2022 saylı qərarına əsasən 12 mart 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət ərizəsi təmin edilməmişdir. Bundan sonra ərizəçi 40 manat məbləğdə cərimə qanunla müəyyən olunmuş 3 ay müddət ərzində ödəmədiyi üçün Şəki Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 3(075)-391/2022 saylı qərarına əsasən İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinib sürücül hüququ 7 ay müddətinə məhdudlaşdırılmışdır. Lakin Şəki Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 3(075)-391/2022 saylı qərarı və ərizəçinin sürücülük vəsiqəsi aidiyyəti orqana daxil olmamışdır. Buna görə də sürücülük vəsiqəsi özündə olan ərizəçi nəqliyyat vasitəsini idarə etmişdir. Ərizəçi cəriməni ödədikdən sonra Şəki Rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş və Şəki Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, 3(075)-391/2022 saylı qərarı ilə Şəki Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 3(075)-391/2022 saylı qərarına xitam verilmişdir. Şəki Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 3(075)-391/2022 saylı qərarı ilə ərizəçinin sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı olan Şəki Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 3(075)-391/2022 saylı qərarına xitam verilməsinə baxmayaraq 08 fevral 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən ərizəçi İXM-nin 332.3-cü maddəsi ilə 300 manat məbləğdə cərimə olunmuşdur. Məhkəmə şikayət ərizəsini nəzərdən keçirib və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, X2 şikayət ərizəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs X16 iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 332.3-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə üç yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən X16 iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən X16 işə barəsində X16 iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 124.2-ci maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində X16 iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Barəsində X16 iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsi inkar edildiyindən, protokolda qeyd edilən inzibati xətanın törədilməsinin digər bir sübutla əsaslandırılması protokolu və qərarı tərtib etmiş vəzifəli şəxsin üzərinə düşür. Göründüyü kimi səlahiyyətli orqanın gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyil, işin halları hərtərəfli, tam və obyektiv araşdırılmamışdır və bu hallar aradan qaldırılmadan şəxsin əməlinə hüquqi qiymət verilməsi mümkün deyildir. Qanunvericiliyin tələblərinə əsasən inzibati icraat zamanı tərəflərin X16 iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək, hüquqi yardımdan istifadə etmək, iş üzrə qəbul edilmiş qərardan şikayət vermək kimi hüquqları vardır. İnzibati Xətalar Məcəlləsinin 60.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Həmin Məcəllənin 106.0.6-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərin məlumatlandırılıb-məlumatlandırılmaması məsələsini aydınlaşdırır. Beləliklə, hazırkı iş üzrə İXM-lə müəyyən edilmiş yuxarıdakı prosessual pozuntular törədilməklə qərar qəbul edilmişdir. Göründüyü kimi Şəki Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 3(075)-391/2022 saylı qərarı ilə İXM-nin 529.3-cü maddəsinə əsasən X1 hüququ 7 ay müddətinə məhdudlaşdırılmışdır. Lakin X1 vəsiqəsi və sürücülük hüququnun məhdudlaşdırılması barədə qərar DİN Baş X24 İdarəsinin Şəki Regional Qİ və TB şöbəsinə daxil olmamışdır. Eyni zamanda məhkəmə iclasında ərizəçi 40 manat məbləğdə cərimə məbləğini 2022-ci ildə ödədiyini bildirmişdir. Lakin məlumatı olmadığı üçün Şəki Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 3(075)-391/2022 saylı qərarına xitam verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməmişdir. Şəki Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, 3(075)-391/2022 saylı qərarı ilə X1 hüququnun İXM-nin 529.3-cü maddəsinə əsasən 7 ay müddətinə məhdudlaşdırılmasına dair Şəki Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 3(075)-391/2022 saylı qərarına xitam verilmişdir. Məhkəmə hesab edir ki, ərizəçinin barəsində İXM-nin 332.3-cü maddəsi ilə X16 protokol tərtib olunan zaman məhkəmə qərarının şöbəyə daxil olmaması araşdırılmamışdır. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən həmin pozuntular işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə olduğundan, son nəticədə qanuni və əsaslı olmayan qərarın qəbul edilməsinə gətirib çıxartmışdır. İXM-nin 133.2.8-ci maddəsinə əsasən X16 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2-ci maddəyə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.5-ci maddəyə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6-cı maddəsinə əsasən İXM-lə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması X16 iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. X16 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən çıxarılan qərarlar siyahısında İXM-nin 134.1.4-ci maddəsinə əsasən həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və X16 işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; İXM-nin 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən X16 iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati işə baxılarkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadan, İXM-lə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması müəyyən edildiyindən, qərar ləğv edilməli, İXM-nin tələblərinə əməl edilməsi, inzibati xəta törətmiş fiziki, vəzifəli və ya hüquqi şəxsin müəyyən edilməsi, nəticəsindən asılı olaraq X16 işə baxıb qərar qəbul edilməsi və ya aidiyyəti üzrə göndərilməsi üçün iş səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şikayət qismən təmin edilsin. X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə qəbul edilmiş 08 fevral 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Həmin X16 işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X24 İdarəsində yenidən baxılsın. Şikayət qalan hissədə təmin edilməsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-138/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-138/2024
18.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver