Məhkəmə qərarları › İş №3(075)-139/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-139/2021

19.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-139/2021 19.03.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nuriyev Rahib Pənah oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Şəki regional ərazi şöbəsinin baş əmək müfəttişi X5 oğlunun, barəsində protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-nin icraçı direktoru X2 iştirakları ilə Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 19 saylı region üzrə Dövlət Əmək Müfəttişliyindən daxil olmuş inzibati xətaya dair işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-də çalışan işçilərin xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2021-ci il tarixədək olan dövr ərzində istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlanmaması faktı aşkar edilmiş və buna görə də, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 19 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi tərəfindən Şəxs MMC barədə İXM-in 469.2-ci maddəsi ilə xx xxxx 2021ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər İXM-nin 18.5-ci maddəsinə əsasən baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə araşdırma aparıb, iş materiallarını tədqiq edərək hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün əsaslar müəyyən etməmişdir. Belə ki, məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X3 bildirdi ki, Şəxs MMC-də çalışan işçilər xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2021-ci il tarixədək olan dövrdə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta edilməmişlər. Qeyd olunan hallara görə müəssisədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 255.1-ci maddəsində təsbit olunmuş qanun pozuntusu aşkarlanmışdır. Odur ki, aşkar olunmuş pozuntu halına görə tərəflərindən Şəxs MMC-nin vəzifəli şəxsi barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək, sonuncu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə təqsirli bilinərək 1500 manat inzibati cərimə edilmişdir. Hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edildiyindən Şəxs MMC barəsində xx xxxx 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, aidiyyəti üzrə göndərilməsi barədə qərar verilməklə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolu müdafiə edir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, “xxxx” ASC xx xxxxxxx 2020-ci il tarixdə Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edərək, “xxxx” ASC ilə İSB-nin mərkəzləşdirilmiş proqram təminatında buraxılmış ümumi müqavilələr üzrə 692 sayda təşkilatın 2020-ci il ərzində sığorta haqqını ödəmədiyi üçün müqavilələrə “xxxx” ASC tərəfindən xitam verildiyi bildirilmiş, xitam olunmuş müqavilələrin digər həyat sığortası təşkilatlarında sığortalı olub-olmadığının dəqiqləşdirilməsi və qanunvericilik çərçivəsində müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Bundan başqa xx xxxxxx 2021-ci il tarixdə Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 19 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə müraciət edilərək, Şəxs MMC işçilərlə icbari sığorta müqaviləsi bağlamadığından barəsində 5 iş günü ərzində inzibati iş üzrə araşdırma aparılması tövsiyə edilmişdir. Məhkəmə iclasında barəsində protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-nin icraçı direktoru X4 bildirdi ki, həqiqətən də Şəxs MMC-də çalışan işçilər xx xxxxxxxx 2020ci il tarixdən xx xxxxxx 2021-ci il tarixədək olan dövrdə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta edilməmişlər. Bunun əsas səbəbi həmin dövrdə pandemiya ilə əlaqədar ictimai iaşə müəssisələrinə iş icazəsinin olmamasıdır. Belə ki, bu dövr ərzində işçilərə əmək haqqı ödənilsə də, faktiki olaraq işə cəlb edilməmişlər. Bundan sonra Şəxs MMC digər sığorta şirkəti ilə xx xxxxxx 2020-ci ildə müəssisədə işləyən işçilərin bədbəxt hadisələrdən icbari sığortası haqqında müqavilə bağlamışdır. xx xxxx 2021-ci ildə isə 19 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi müəssisə barədə protokol tərtib etmişdir. Həmin vaxt artıq sığorta müqaviləsi var idi. Ona görə də Şəxs MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol qanunsuzdur. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: Dövlət reyestrindən çıxarışdan görünür ki, Şəxs MMC xx xxx 2004-cü il tarixdə ********** VÖEN-lə qeydiyyata alınmış, qanuni təmsilçi kimi X4 göstərilmişdir. “xxxx” ASC tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə Dövlət Əmək Müfəttişliyi Xidmətinə ünvanlanmış PHS-№**********6 nömrəli məktubdan görünür ki, “xxxx” ASC ilə İSB-nin mərkəzləşdirilmiş proqram təminatında buraxılmış ümumi müqavilələr üzrə 692 sayda təşkilatın bu il ərzində sığorta haqqını ödəmədiyi üçün müqavilələrinə birtərəfli qaydada tərəflərindən xitam verilmişdir. Xitam olunmuş müqavilələrin hal-hazırda digər həyat sığortası təşkilatlarında sığortalı olub-olmamasını bilmədikləri üçün bu barədə dəqiq məlumat verə bilmirlər. Lakin hər bir halda bu siyahını təqdim etməklə İSB platformasından məlumatlarda dəqiqləşmələrin aparılması və qanunvericilik çərçivəsində müvafiq addımların atılmasına göstəriş verilməsi xahiş edilmişdir. Həmin siyahının 26-cı sırasında Şəxs MMC göstərilmişdir. Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 19 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə ünvanlanmış xx xxxxxx 2021-ci il tarixli elektron müraciətdən görünür ki, faylda qeyd olunmuş icbari sığorta müqaviləsi bağlamayan işəgötürənlər barədə 5 iş günü ərzində inzibati iş üzrə araşdırma aparılması, qanunvericiliyə müvafiq tədbir görülməsi və operativ şəkildə məlumat verilməsi tövsiyə edilmişdir. Həmin faylda Şəxs MMC göstərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 19 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin baş məsləhətçisi-baş əmək müfəttişi X3 tərəfindən tərtib edilən xx xxxx 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-də çalışan işçilərin xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2021-ci il tarixədək olan dövr ərzində istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlanmaması faktı aşkar edilmişdir. Şəxs MMC-nin icraçı direktoru X2 xx xxxx 2021-ci il tarixli izahatından görünür ki, həqiqətən də Şəxs MMC-də çalışan işçilər xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2021ci il tarixədək olan dövr ərzində istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta edilməmişlər. Bunun da səbəbi həmin dövrdə pandemiya ilə əlaqədar ictimai iaşə müəssisələrinə iş icazəsinin olmamasıdır. Belə ki, bu dövr ərzində işçilərə əmək haqqı ödənilsə də, faktiki olaraq işə cəlb edilməmişlər. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.1-ci maddəsinə əsasən, hüquqi şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər bu Qanunun əsasında bağlanılan icbari sığorta müqaviləsi üzrə icbari sığorta olunmalıdırlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən inzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227-ci, 232-1-ci, 351-1-ci, 602.1-ci və 602.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. Göründüyü kimi xx xxxxxxx 2020-ci il tarixdə Dövlət Əmək Müfəttişliyi Xidmətinə Şəxs MMC-nin sığorta haqqını ödəmədiyi üçün icbari sığorta müqaviləsinə sığorta şirkəti tərəfindən birtərəfli qaydada xitam verildiyi barədə məlumat daxil olmuşdur. Lakin bununla bağlı Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən heç bir inzibati araşdırma aparılmamışdır. Həmçinin, xx xxxxxx 2021-ci il tarixdə 19 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə Şəxs MMC-də çalışan işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta edilmədikləri ilə bağlı təkrar məlumat daxil olmuşdur. Bundan əlavə, iş materialların da olan digər sübutlardan da Şəxs MMC-də işləyən işçilərin xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2021-ci il tarixədək olan dövr ərzində istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi olmadan həmin müəssisədə fəaliyyət göstərmələri, başqa sözlə Şəxs MMC tərəfindən qeyd olunan inzibati xətanın törədilməsi aydın şəkildə görünür. Bunun əksini təsdiq edən hər hansı bir sübut iş materiallarında mövcud deyil. Belə olan halda Şəxs MMC-nin inzibati xətanın törədildiyi gün üç ay keçəndən sonra inzibati məsuliyyətə cəlb edilərək tənbeh edilməsi qanuni və əsaslı olmamışdır. İXM-in 6.1-ci maddəsinə görə, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən isə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Ancaq qanunvericiliyin qeyd olunan tələbinə baxmayaraq, protokol tərtib edən orqan həmin inzibati xətanın aşkara çıxarıldığı gündən üç aydan çox müddət (4 ay 4 gün) keçdikdən sonra xx.xx.2021-ci ildə Şəxs MMC barədə inzibati xəta haqqında protokol tərtib etmişdir. Halbuki, bunun hüquqi əsası olmamışdır. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx xxxxxx 2019-cu il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu diqqətəlayiq bir məqamı da göstərməyi lazım bilir. Qanunverici inzibati tənbehin tətbiqinin müddətini müəyyən edərkən ilk növbədə inzibati xətanın aşkar edilməsi və müvafiq icraatın aparılması meyarlarından çıxış edir. Digər tərəfdən, inzibati tənbeh vermə müddətinin üç ay müəyyən edilməsi onunla izah olunur ki, qanunverici “prosessual qənaət” prinsipinə əsaslanaraq məhkəmə prosesinin əsassız olaraq uzadılmasının qarşısını almış olur. Belə yanaşma işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur. Həmçinin, X1 111.1-ci maddəsinə uyğun olaraq, inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Konstitusiya Məhkəməsinin Plenumu inzibati xətalar üzrə işlərin məhkəmələr tərəfindən baxılmasına dair özünün əvvəlki hüquqi mövqeyinə əsaslanaraq qeyd edir ki, inzibati xətalara dair işlərə sadələşdirilmiş qaydada baxılmasını, inzibati xəta törətmiş şəxs barəsində qanunvericiliyin tələbinə görə yalnız üç ay müddətində inzibati tənbehin verilməsinin mümkünlüyünü və tərtib edilmiş materialların tamamlanmasının bilavasitə onların da vəzifəsinə aid edildiyini nəzərə alaraq, məhkəmələr daxil olmuş materiallara qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən olunmuş müddətlər çərçivəsində obyektiv və qərəzsiz baxmalıdırlar. Bundan başqa, işdən o da görünür ki, həmin inzibati xəta haqqında protokol tərtib edildiyi xx.xx.2021-ci ildən 06 (altı) gün əvvəl, yəni xx.xx.2021-ci il tarixdə artıq Şəxs MMC ilə digər sığortaçı arasında müəssisədə işləyən işçilərin istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanmışdı. Belə olan halda Şəxs MMC barədə inzibati xəta haqqında protokol tərtib edilərkən, ümumiyyətlə inzibati xəta hadisəsi mövcud olmamışdır. İXM-in 53.0.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə olan halda məhkəmə hesab edir ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün qanunla müəyyən edilmiş müddət başa çatdığından iş üzrə icraata xitam verilməlidir. Çünki, İXM-in 53.0.6-cü maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə yuxarıda şərh olunalara əsasən belə nəticəyə gəlir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı halda məhkəmə yalnız icraatına daxil olmuş material üzrə hüquqi şəxsin əməlində inzibati xəta tərkibinin mövcudluğu faktına münasibət bildirir. Məhkəməyə müraciət edilməmiş hallar üzrə isə heç bir fakta hüquqi qiymət vermir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11, 40, 43, 48-51, 61, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar