Məhkəmə qərarları › İş №3(075)-139/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-139/2025

14.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-139/2025 14.03.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İnzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, X4 oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair DİN BDYPİ Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 25677259 nömrəli qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: DİN BDYPİ Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 25677259 nömrəli qərara əsasən X4 oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 40 manat məbləğində cərimə edilmişdir. İnzibati xəta haqqında qərar və protokoldan narazı qalan X4 oğlu şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. X4 oğlu şikayətini onunla əsaslandırmışdır ki, ona məxsus Mercedes-Benz markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobilə, İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsinə əsasən 40 manat məbləğində və 2 bal dəyərində cərimə tətbiq olunması barədə xx.xx.2025-ci il tarixində o, mobil telefonuna göndərilən mesaj vasitəsilə məlumat almışdır. (Protokol: EQ********). Bununla bağlı X5 elektron formada müraciət etmişdir. Bundan əvvəl etdiyi müraciətə verilən cavabda, tətbiq edilmiş cərimənin düzgün olduğu bildirilsə də, həmin qərarla razı deyil və bu inzibati qərardan şikayət edir. Şikayətə səbəb odur ki, o, həmin ərazidə yerləşən yerüstü piyada keçidinin altında, 5.12 yol nişanına təxminən 50 metr məsafədə dayanmışdır. Dayandığı yerdən qabaqda biri minik digəri isə sərnişin daşıyan nəqliyyat vasitəsi olmaqla iki avtomobil olub. Onların uzunluğunu və aralarındakı məsafəsini də nəzərə aldıqda, 5.12 nişanına qədər kifayət qədər məsafə olduğunu görmək mümkündür. Daha sonra müvafiq qaydada hərəkətə davam etmiş və beləliklə İXM-in 346.2-ci maddəsini pozmadığına əmindir. Sözü gedən vəziyyəti avtomobilində quraşdırılmış videoregistratorla çəkilmiş video və foto materiallar təsdiqləyir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında qərarından şikayət verilmiş DİN BDYPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə inzibati xəta haqqında qərarından şikayət verilmiş DİN BDYPİ-nin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X4 oğlu şikayət ərizəsində göstərdiklərini qeyd edərək barəsində tətib olunmuş, protokol və inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 25677259 saylı qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. İş materiallarında olmaqla məhkəmə baxışında tədqqq edilmiş; DİN BDYPİ Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 25677259 nömrəli qərardan görünür ki, X4 oğlu nəqliyyat vasitəsinin 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 40 (qırx) manat məbləğində məbləğində cərimə edilmişdir. Videogörüntü və fotoşəkillərdən görünür ki, X4 oğlu “Mercedes-Benz markalı, **-NL- *** dövlət qeydiyyat nişanlı avtomobili avtobusun dayanma yerindən 15 metrdən daha artıq məsafədə saxlamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 115.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən müəyyən edilmiş hallar inzibati xəta haqqında qərarda göstərilməlidir. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi vəya dəyişdirilməsi üçün əsasdır. 346.2-ci maddəsinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə qırx manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu”nun 52-ci maddəsinin 4-cü bəndinin 7-ci maddəsində qeyd olunur ki, dayanacaq meydançasına, meydança olmadıqda isə ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq yerini işarə edən 5.12 və ya 5.13 yol nişanlarına 15 metrdən az yaxınlıqda dayanması və ya durması qadağandır. 52-ci maddəsinin İV-İ-ci bəndində qeyd olunur ki, ümumi istifadədə olan nəqliyyat vasitəsi sürücüsünün sərnişinləri mindirmək və düşürtmək üçün nəqliyyat vasitəsini bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənar dayandırması qadağandır. Məhkəmə baxışında şikayətçinin izahatı və iş materiallarının tədqiqi nəticəsində müəyyən edildi ki, X3 tərəfindən ona məxsus olan “Mercedes-Benz markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomaşını 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda dayanması səbəbindən DİN BDYPİ Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnikleytenantı Elvin Abduləlizadə tərəfindən barəsində İXM-nin 346.2-ci maddəsi ilə qərar qəbul olunmuşdur. X3 barəsində qəbul edilmiş qərarla razılaşmayaraq, məhkəməyə şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə, şikayətin dəlilləri ilə qismən razılaşaraq qeyd edir ki, X3 barəsində inzibati xəta haqqında qərar qəbul edilərkən iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar araşdırılmamışdır. Qanunun tələbinə görə, İXM-nin 346.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin yaranması üçün o, nəqliyyat vasitəsini 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda dayanmalı idi. Hazırki iş üzrə səlahiyyətli orqan tərəfindən nəqliyyat vasitəsini avtobus dayanacağına yaxın dayanması müəyyən edilsə də, həmin məsafənin 15 metrdən daha artıq olduğunu sübut edə biləcək fotoşəkil və videogörüntüdən də görünür ki, o, nəqliyyat vasitəsini avtobus dayanacaq yerindən 15 metrdən daha artıq məsafədə saxlamışdır. Göründüyü kimi X3 barəsində inzibati məsuliyyət müəyyən edən qanunun norması düzgün tətbiq edilməmişdir. X3 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarda inzibati xəta haqqında işə baxılarkən sürücü tərəfindən məhkəməyə təqdim edilmiş video görüntüdən aydın olur ki, səlahiyyətli orqan tərəfindən müəyyən edilmiş hallar göstərilməmiş, o, avtomobili avtobusun dayanacaq yerindən 15 metrdən daha artıq yaxınlıqda saxlamasına baxmayaraq həmin məsafə düzgün müəyyən edilməyərək qərarın məzmununda sadəcə X2 məxsus nəqliyyat vasitəsinin avtobusun dayanacaq yerindən 15 metrdən daha artıq yaxınlıqda dayanmasını qeyd etməklə (İXM-nin 346.2-ci maddəsinin dispozisiyasının məzmununu) kifayətlənilmişdir. Bundan əlavə qeyd edilməlidir ki, qanunvericilik İXM-in 346.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq, həmin işlər üzrə faktiki halları hərtərəfli araşdırmaqla qərar qəbul etmək səlahiyyətini məhkəməyə deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə etmişdir (İXM-nin 43.1-ci maddəsi, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndi). Beləliklə, məhkəmə hesab edir ki, X4 oğlunun İXM-in 346.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı işin yuxarıda qeyd olunan mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları və ziddiyyətli məqamları araşdırılmadığından xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 25677259 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi DİN BDYPİ Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadənə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 131, 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. X4 oğlunun Azərbaycan Respublikası İXM-in 346.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair DİN BDYPİ Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 25677259 nömrəli qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün DİN BDYPİ-nə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar