Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-14/2023 06.01.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşfiq oğlunun katibliyi, Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin nümayəndəsi, polis baş leytenantı X1, Şəki şəhər “Yuxarı Baş” Milli Tarix-Memarlıq qoruğunun nümayəndəsi X4 iştirakı ilə «Şəki şəhər Mədəniyyət və Turizm şöbəsi X8 Qoruğu» barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi “Yuxarı Baş” Milli Tarix- Memarlıq Qoruğunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib olunmuş inzibati protokol və toplanmış materiallar baxılması üçün Şəki Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında izahat verən İnzibati xəta haqqında protokol tərtib etmiş Şəki şəhər-rayon Polis Şöbəsinin nümayəndəsi DYPB-nin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı X2 bildirdi ki, hazırkı iş üzrə inzibati xəta hadisəsi Şəki rayonu ərazisində deyil, Bakı şəhərində baş vermişdir. Hesab edir ki, inzibati xəta hadisəsi üzrə protokol tərtib etmək üçün Şəki şəhər-rayon Polis Şöbəsi tərəfindən “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğuna inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmiş sürücü barədə məlumatların verilməsi məqsədi ilə sorğu ünvanlanmamışdır. Lakin buna dair hər hansı bir sübut təqdim edə bilmir. Ona görə də, hazırkı inzibati xəta haqqında iş üzrə qanuni və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat verən barəsində inzibati xəta haqqında iş üzrə protokol tərtib edilmiş “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun nümayəndəsi X6 bildirdi ki, sözügedən protokol tamamilə əsassızdır. Belə ki, nümayəndəsi olduğu “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğuna qurumunun istifadəsində olan nəqliyyat vasitəsini idarə etmiş şəxs haqqında məlumatın verilməsi barədə sorğu daxil olmamışdır. Ona görə də, hazırkı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 04 yanvar 2023-cü il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki şəhər Mədəniyyət və X9 Tarix-Memarlıq Qoruğu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərədə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 123.1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. Həmin Məcəllənin 123.2-ci maddəsinə əsasən hüquqi şəxsin (dövlət qurumunun) müvafiq vəzifəli şəxsi sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verməlidir. Səlahiyyətli orqan (vəzifəli şəxs) belə məlumatı aldığı vaxtdan 3 gün müddətində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan inzibati tənbeh vermə haqqında qərar çıxarır. İnzibati tənbeh vermə haqqında qərar həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin Məcəllənin 123.3-cü maddəsinə əsasən bu Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş halların baş verməsi sübuta yetirilmir. Belə ki, iş materiallarında hüquqi şəxs olan Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğuna qurumun mülkiyyətində olan 55AA210 dövlət qeydiyyat nişanlı “CHEVROLET NİVA” markalı avtomobili 13 dekabr 2022-ci il tarixdə idarə edən sürücü haqqında məlumatların verilməsi barədə göndərilmiş sorğu öz əksini tapmamış və buna dair protokol tərtib etmiş Şəki şəhər-rayon Polis Şöbəsi, məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: «Şəki şəhər Mədəniyyət və Turizm şöbəsi X8 Qoruğu» barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin İTÜB inspektoru, polis kapitanı X3 tərtib etdiyi 04 yanvar 2023-cü il tarixli, AP seriyalı, ******* saylı inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-14/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-14/2023
06.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver