Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-14/2024 01.02.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hаkim Musayev Kamran İbrahim оğlunun sədrliyi, X2 kаtibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X5, Şəki ŞRPŞ DYP bölməsinin YPX inspektoru, polis serjantı X3 iştirakları ilə, X5, barəsində tərtib edilmiş 02 dekabr 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətinə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X8 şikayətlə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş Azərbaycan Respublikası DİN Şəki şəhər-rayon polis şöbəsinin İXP ******* nömrəli, xx.xx.2023-cü il tarixli “inzibati xəta haqqında” protokoluna əsasən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə, Şəki şəhər-rayon polis şöbəsinin İXP ******* nömrəli “inzibati xəta haqqında” protokolla İXM-nin 342.2.2-ci maddəsinə (normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə) əsasən 150 manat cərimə olunmuşdur. Barəsində xx.xx.2023-cü il tarixdə tərtib edilmiş İXP ******* nömrəli protokol əsassız və qanunsuzdur. Yük maşınının faktiki vəziyyəti ilə texniki pasportu arasında uyğunluq olduğundan, İXM-nin 342.2.2-ci maddəsi ilə protokol tərtib edilməsi qanunsuz olduğundan protokolu imza etməmişdir. Şəki şəhər-rayon polis şöbəsi tərəfindən həmin protokola əsasən xx.xx.2023-cü il tarixdə TP ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərar qəbul edilmişdir. Qeyd olunanlara əsasən şikayətin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən X8 şikayəti müdafiə edərək bildirdi ki, o, atası ilə birlikdə özlərinə məxsus yük maşınında hərəkət edərkən yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanıldılar. X1 deyil, digər əməkdaş saxlamışdır. Bu vaxt X4 yol patrul xidməti avtomobilində olmuşdur. Digər şəxs onlardan pul istəmişdir. Onlar buna etiraz etdikdə X4 gələrək avtomobilin yük yerinin müəyyən edilmiş həddən artıq olduğunu bildirmişdir. Bu vaxt atası 102 xidmətinə zəng edərək şikayətini bildirmişdir. Bu video görüntüdə də var. Onları Yol polisi bölməsinin həyətinə gətirdilər. O, atası ilə birlikdə rəisin yanına qalxaraq şikayətlərinin olduğunu bildirmişdir. Çünki bir müddət əvvəl belə bir hal bir dəfə də olmuşdur. Araşdırma aparıldıqdan sonra məsələ öz həllini tapmışdır. Rəis bir nəfəri çağıraraq cərimənin silinməsini tapşırsa da cərimə silinməmişdir. Həmin gün polisin həyətində guya səs küy salmalarına görə onların barəsində protokol tərtib edilmiş və cərimə də edilmişlər. Onlara məxsus yük maşını əvvəl soyuducu olmuş, sonradan Baş X12 İdarəsinin icazəsi ilə yük maşınına çevrilmişdir. Həmin vaxtdan sonra avtomobildə hər hansı bir dəyişiklik edilməmişdir. Bu barədə müvafiq sənədlər təqdim edilmişdir. Digər sürücülər yük avtomobillərinin yük hissəsinin kənarlarının hündürlüyünün artırılmış şəkildə sürməklərinə baxmayaraq onlar barəsində tədbir görülmür. Belə görünür ki, Şəki ŞRPŞ DYP bölməsinin YPX inspektoru, polis serjantı X4 qərəzli olaraq barəsində qərar qəbul etmişdir. Tərtib olunan qərar əsassızdır və ləğv edilməlidir. Qeyd olunanları nəzərə alaraq barəsində qəbul edilmiş qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəki ŞRPŞ DYP bölməsinin YPX inspektoru, polis serjantı X4 şikayətə etiraz edərək, izahatında bildirdi ki, tərtib olunmuş protokol və inzibati tənbeh vermə haqqında qərar əsaslı olaraq tərtib edilmiş, heç bir qanunsuzluğa yol verilməmişdir. Belə ki, xidmətdə olarkən şikayətçinin idarə etdiyi QAZ 53 Yük markalı, ** CC *** dövlət qeydiyyat nişanlı yük avtomobili saxlanılmışdır. Maşının yük hissəsinin müəyyən edilmiş həddən artıq yük götürə bilməsi üçün yük hissəsinin kənarlarının hündürlüyünün artırıldığı müəyyən edilmiş və bu barədə protokol tərtib edilərək müvafiq qərar qəbul edilmişdir. Yük maşınını saxlamaqları barədə video görüntülər mövcuddur. Nə şikayətçidən, nə də atasından pul tələb olunmamışdır. Bu şər və böhtandır. Şikayətin təmin edilməməsini xahiş etdi. İşdə olan 13 noyabr 2023-cü il tarixli, İXP ******* nömrəli protokoldan görünür ki, QAZ 53 Yük markalı, ** CC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə protokol tərtib edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək 150 manat məbləğdə inzibati cərimə edilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsi tərəfindən X6 göndərilmiş xx.xx.2021-ci il tarixli 016-52810/2H-3221 saylı məktubda qeyd edilmişdir ki, etibarnamə ilə idarə etdiyiniz “QAZ-53” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı “furqon-soyuducu” tipli yük avtomobilinin “özüboşaldan” yük avtomobili kimi avadanlıqlaşdırılmasına icazə verilməsi barədə DİN Baş DYP İdarəsinə daxil olmuş müraciətə baxılmışdır. Azərbaycan Respublikası DİN Baş DYP idarəsi nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, tormoz ve sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməmək şərtilə, habelə aşağıdakı təhlükəsizlik qaydaları nəzərə alınmaqla xahişinizin avto təmir zavodu və ya müvafiq təmir bazası olan avtonəqliyyat müəssisəsi şəraitində istehsalçı zavodun analoquna uyğun yerinə yetirilməsinə etiraz etmir: - eninə və uzununa olan qabarit ölçülər, tam kütlə və onun körpülər üzrə paylanması zavod tərəfindən istehsal olunan əsas baza avtomobilinin texniki xarakteristikasında nəzərdə tutulan hədlərdən yuxarı olmamalıdır; - ban standart bağlayıcı detallarla bərkidilməli, bortun hündürlüyü istehsalçı zavodun təyin etdiyi ölçülərdən artıq olmamalıdır. Quraşdırmadan sonra nəqliyyat vasitəsi müvafiq sənədlərlə (yenidən quraşdırma işlərinin aparılmasını təsdiq edən sənədlər də daxil olmaqla) qeydiyyat yeri üzrə DİN Baş DYP İdarəsinin Qeydiyyat-imtahan İdarəsinə və ya Regiona! Qeydiyyatimtahan və texniki baxış şöbəsinə təqdim edilməlidir. Aparılmış quraşdırmanın mövcud standartların və normativlərin tələblərinə uyğunluğu və avtomobilin texniki vəziyyəti müayinə edildikdən sonra quraşdırmanın təkrar qeydiyyatı məsələsinə baxılacaqdır. Məhkəmə şikayəti nəzərdən keçirib, proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, X5 şikayəti qismən təmin edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə-yüz əlli manat məbləğində cərimə edilir. Qeyd edilən normanın məzmunundan göründüyü kimi, İXM-nin 342.2.2-ci maddəsi ilə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün nəqliyyat vasitəsinin sürücüləri tərəfindən nəqliyyat vasitəsinin texniki vəziyyətinə dair tələblər pozulmalıdır. X8 tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, hazırda mübahisə predmeti olan özüboşaldan yük maşını əvvəl Furqon Refrejator olmuş, daha sonra Azərbaycan Respublikası DİN Baş X12 İdarəsinə müraciət edilərək həmin Furqon Refrejator özüboşaldan yük maşınına çevrilmişdir. Şikayətçi avtomobilin furqon refrejatordan özüboşaldan yük maşınına çevrilərkən hazırda olan vəziyyətdə olduğunu bildirmişdir. Səlahiyyətli orqanın mövqeyi isə ondan ibarətdir ki, QAZ 53 Yük markalı avtomobilin yük yeri zavod tərəfindən müəyyən edilmiş hədlərdən yuxarıdır. Şikayətçi tərəfindən yük yerinin kənarları artırılmaqla yük götürmə qabiliyyəti artırılmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, səlahiyyətli orqan tərəfindən qərar qəbul edilərkən hazırda şikayətçi tərəfindən təqdim edilən sənədlər, yük avtomobilinin əvvəllər furqon refrejator olması, sonradan icazə alınmaqla özüboşaldan yük avtomobilinə çevrilməsi halları səlahiyyətli orqan tərəfindən araşdırılmalı, bundan sonra müvafiq qərar qəbul edilməlidir. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən hallar işin hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə olduğundan, son nəticədə qanuni və əsaslı olmayan qərarın qəbul edilməsinə gətirib çıxara bilər. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən çıxarılan qərarlar siyahısında İXM-nin 134.1.4-cü maddəsinə əsasən həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati işə baxılarkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadan, İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması müəyyən edildiyindən, qərar ləğv edilməli, İXM-nin tələblərinə əməl edilməsi, inzibati xəta törətmiş fiziki, vəzifəli və ya hüquqi şəxsin müəyyən edilməsi, nəticəsindən asılı olaraq inzibati xəta haqqında işə baxıb qərar qəbul edilməsi və ya aidiyyəti üzrə göndərilməsi üçün iş səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə qəbul edilmiş 02 dekabr 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Həmin inzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti Şəki şəhərrayon Polis şöbəsinə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-14/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-14/2024
01.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver