Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-140/2023 17.02.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru Qasımov Elçin Hicran oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Sracəddin qızının və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X7, Zərərçəkmiş şəxs X2 və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X5 iştirakları ilə xx xxxxx 1974-cü il tarixdə Şəki rayonu, Oraban kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən,əlilliyi olmayan, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta barədə protokolda göstərilir ki, Şəki Rayon Məhkəməsinin 2(075)- 782/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 29 aprel 2005-ci təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən hesablanmaqla 90 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Qasımov Elçin Hicran oğlu inzibati xəta haqqında protokolu müdafiə edərək göstərdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-782/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən hesablanmaqla 90 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2021-ci il tarixli qərarla icraata başlanılmış və tələbin könüllü icrası ilə birlikdə borclunun ünvanına göndərilmişdir. Lakin borclu tərəfindən könüllü icra müddəti ərzində tələbin icrası təmin edilməmişdir. Eyni zamanda borclunun adına pul vəsaitlərinin və bank hesablarının olub-olmaması barədə bank və kredit təşkilatlarına, əmlakının olub olmaması barədə isə müvafiq orqanlara sorğular göndərilmişdir. Lakin borclunun adına tələbin yönəldilə biləcəyi heç bir pul vəsaiti və əmlak aşkar edilməmişdir. xx.xx.2021-ci il və xx.xx.2023-cü tarixlərdə borcluya xəbərdarlıq məktubu göndərilərək aliment borcunu ödəyərək Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gəlməyi tələb olunmuşdur. Lakin, borclu bu tələbi yerinə yetirməmişdir. Aparılan icra hərəkətləri nəticəsində borclu Şəxs olduğu yeri müəyyən etmək mümkün olmadığı üçün xx.xx.2021-ci il tarixində borclunun axtarılması barədə qərar qəbul edilərək icra edilməsi üçün Şəki ŞRPŞ-yə göndərilmişdir. Şəki ŞRPŞ tərəfindən borclu barəsində 821231 saylı axtarış işi açılmışdır. Borclu xx.xx.2023-cü il tarixdə saat 12:15-də Şəki Məhkəmə Kompleksinin binasında müəyyən edilərək Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə dəvət edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar olaraq borcludan izahatı alınmışdır. O, izahatında icra sənədindən və tərəfimizdən göndərilən bildirişlərdən məlumatı olduğunu bildirmişdir. Borclu izahatında aliment pulundan indiyədək imkanı olmadığından heç bir məbləğ ödəmədiyini və yaranmış 1980 manat aliment borcundan hal-hazırda heç bir məbləğ ödəyə bilməyəcəyini, ancaq məhkəmədə birgə nigah dövründə əldə edilən maşının dəyərinin yarsının ona verilməsi ilə bağlı iddiası təmin edildikdən sonra aliment borcunu ödəyə biləcəyini bildirmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, maddi imkansızlığından, o, borcunu ödəyə bilməmişdir. Belə ki, o, hal-hazırda işləmir və qazancı yoxdur. Lakin birgə nigah dövründə əldə edilən maşının dəyərinin yarsının ona verilməsi ilə bağlı iddiası məhkəmədə təmin edildikdən sonra aliment borcunu tam olaraq ödəyə biləcəyini Qeyd olunanları nəzərə alıb qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X12 Şəxs əməlində İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından, icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X6 izahat verərək bildirdi ki, 2(075)-782/2021 nömrəli, xx.xx.2021ci il tarixli icra sənədinə əsasən Şəxs 29 aprel 2005-ci təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən hesablanmaqla cəmi 90 manat sabit pul məbləğində aliment tutularaq onun xeyrinə ödənilməlidir. Lakin borclu Şəxs icra sənədi üzrə tələbin icrasını təmin etməmişdir. Qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında X2 müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X8 barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs müdafiə etdiyi X4 məhkəmə qətnaməsi üzrə müəyyən olunmuş aliment pulunu ödəmədiyi üçün İnzibati Xətalalr Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzanın verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları, həmçinin işdə olan digər sənədlərlə təsdiq olundu. Göründüyü kimi, Şəxs icra məmurunun qanuni tələblərini əməl etməkdən qəsdən boyun qaçırmış, məhkəmə qərarlarının qəbul edilərək icraya yönəldilməsindən kifayət qədər vaxt keçməsinə baxmayaraq borcunu ödəməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericiliyin maddələrinə əsaslanaraq, Şəxs icra məmurunun qanuni tələblərinə əməl etməkdən qəsdən boyun qaçırmasını, məhkəmə qərarının qəbul edilərək icraya yönəldilməsindən kifayət qədər müddətin keçməsinə baxmayaraq icra sənədi üzrə borcunu ödəməməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati cərimə növündə tənbeh tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №3(075)-140/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-140/2023
17.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver