Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-140/2025 10.03.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İnzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş şəxs X4 oğlunun iştirakı ilə, X4 oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Şəki DYP-nin polis mayoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəki DYP-nin polis mayoru X3 tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərara əsasən X4 oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 150 manat məbləğində cərimə edilmişdir. İnzibati xəta haqqında qərar və protokoldan narazı qalan X4 oğlu şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. X4 oğlu şikayətini onunla əsaslandırmışdır ki, 09 noyabr 2024-cü il tarixdə, etibarnamə əsasında idarə etdiyi **-FX-*** dövlət qeydiyyat nişanlı Mercedes-Benz C240 markalı avtomobil ilə Şəki şəhərinin 20 Yanvar küçəsi ilə hərəkətdə olarkən, yol patrul xidməti avtomobili tərəfindən saxla işarəsi verilmiş, o da, qanuna uyğun formada idarə etydiyi nəqliyyat vasitəsini saxlamışdır. Yol patrul xidmətinin əməkdaşı yaxınlaşaraq idarə etdiyi nəqliyyat vasitəsinin ön duman əleyhinə olan işıqlarına qanundan kənar işıqlar quraşdırıldığını, buna görə də barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyini bildirmişdir. Yol patrul xidmətinin əməkdaşına iddia edilən halın pozuntu olmadığını, yəni avtomobilində quraşdırılmış işıqların qanunun tələblərinə cavab verdiyini bildirsə də, ekspertiza təyin edilmədən, sadəcə vizual baxışla avtomobildə quraşdırılmış işıq cihazlarının normativ tələblərə cavab vermədiyi qənaətinə gələrək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Bundan sonra 25 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə TP ******* nömrəli inzibati tənbeh vermək haqqında qərar qəbul edilərək 150 manat məbləğində cərimə edilmişdir. Sözü gedən qərar ona təqdim edilməmişdir. 24 fevral 2025-ci il tarixdə Şəki şəhər X6 Bölməsinə müraciət edərək sözügedən qərarı əldə etmişdir. Beləliklə heç bir sübut və əsas olmadan, YPX əməkdaşı inzibati tənbeh vermə haqqında qərar qəbul edərək onu cərimə etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında qərarından şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəkı ŞRPŞ-nın DYP-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə inzibati xəta haqqında qərarından şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəkı ŞRPŞ-nın DYP-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X4 oğlu şikayət ərizəsində göstərdiklərini qeyd edərək barəsində tətib olunmuş, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olmaqla məhkəmə baxışında tədqiq edilmiş; Şəki DYP-nin polis mayoru X3 tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərardan görünür ki, X4 oğlu nəqliyyat vasitəsinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 150 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 115.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən müəyyən edilmiş hallar inzibati xəta haqqında qərarda göstərilməlidir. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi vəya dəyişdirilməsi üçün əsasdır. 342.2.2-ci maddəsinə əsasən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Məhkəmə baxışında şikayətçinin izahatı və iş materiallarının tədqiqi nəticəsində müəyyən edildi ki, X2 tərəfindən etibarnamə əsasında idarə etdiyi **-FX-*** dövlət qeydiyyat nişanlı Mercedes-Benz C240 markalı avtomobil ilə Şəki şəhərinin 20 Yanvar küçəsi ilə hərəkətdə olarkən, yol patrul xidməti avtomobili tərəfindən saxla işarəsi verilmiş, ön duman əleyhinə olan işıqlarına qanundan kənar işıqlar quraşdırıldığını bildirərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. X2 barəsində qəbul edilmiş qərarla razılaşmayaraq, məhkəməyə şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə, şikayətin dəlilləri ilə qismən razılaşaraq qeyd edir ki, X2 barəsində inzibati xəta haqqında qərar qəbul edilərkən iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar araşdırılmamışdır. Belə ki, qanunun tələbinə görə, İXM-nin 342.2.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin yaranması üçün nəqliyyat vasitəsinin sürücüsü tərəfindən nəqliyyat vasitəsinə normativ tələbləri pozmaqla “avadanlıq” quraşdırılmalı və ya dəyişdirilməlidir. Hazırki iş üzrə səlahiyyətli orqan isə, duman əleyhinə olan işıqların nəqliyyat vasitəsinə “avadanlıq” quraşdırılmış (vəya dəyişdirilmiş) sayılıb-sayılmamasını, bu hal avadanlığın quraşdırılması (dəyişdirilməsi) sayıldığı halda, bunun hansı normativ tələbləri pozmasını aydınlaşdırmadan X1 İXM-nin 342.2.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında qərar qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 115.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən müəyyən edilmiş hallar inzibati xəta haqqında qərarda göstərilməlidir. X2 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarda inzibati xəta haqqında işə baxılarkən səlahiyyətli orqan tərəfindən müəyyən edilmiş hallar göstərilməmiş, qərarın məzmununda sadəcə Sərvər Rəfiyevin idarə etdiyi nəqliyyat vasitəsinə normativ tələblər pozulmaqla əlavə avadanlıq quraşdırmasını qeyd edilməklə (İXM-nin 342.2.2-ci maddəsinin dispozisiyasının məzmununu) kifayətlənilmişdir. Göründüyü kimi, X2 barəsində inzibati xəta haqqında qərar qəbul edilərkən normativ tələblər pozulmaqla, avadanlığın nəqliyyat vasitələrinə quraşdırılmasının hansı normativ aktla qadağan olunması barədə xüsusat aydınlaşdırılmamış, bu barədə inzibati xəta haqqında qərarda hər hansı normativ akta isnad edilməmiş, ümumiyyətlə inzibati xəta haqqında araşdırma zamanı Sərvər Rəfiyevin avtomobilinin ön duman əleyhinə olan işıqlarına qanundan kənar işıqlar quraşdırıldığının müəyyən edilməsi ilə bağlı hər hansı tədbir görülməmişdir. Bununla yanaşı, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə araşdırma X1 hüquqları pozulmaqla həyata keçirilmişdir. Belə ki, İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Barəsində inzibati xəta haqqında iş üzrə qərar verilmiş şəxs X1 xx.xx.2024cü il tarixdə Şəki DYPB-də inzibati xəta haqqında qərar qəbul olunarkən iştirakının təmin edildiyi, inzibati xəta haqqında işə baxılmanın yeri və vaxtı barədə ona məlumat verildiyi iş materialları ilə müəyyən olunmur. Məhkəmə hesab edir ki, bu hal X1 Azərbaycan Respublikası İXM-nin 61-ci maddəsində təsbit olunmuş hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Bu isə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneədir. İşin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması üçün barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı zəruridir. Bundan əlavə qeyd edilməlidir ki, qanunvericilik İXM-in 342.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq, həmin işlər üzrə faktiki halları hərtərəfli araşdırmaqla qərar qəbul etmək səlahiyyətini məhkəməyə deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə etmişdir (İXM-nin 43.1-ci maddəsi, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndi). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Qeyd edilən qanunvericilik aktlarını nəzərə alaraq məhkəmə hesab edir ki, İXM-nin 342.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair qəbul edilmiş qərardan şikayət verildiyi halda, məhkəmə yalnız iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında şikayət verilmiş qərarın qüvvədə olan qanunvericiliyə uyğun olubolmamasını yoxlayır, müstəqil qaydada həmin inzibati xəta haqqında iş üzrə sübutlar toplamaqla faktiki halları araşdırmamalıdır. Beləliklə, məhkəmə hesab edir ki, X4 oğlunun İXM-in 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı işin yuxarıda qeyd olunan mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları və ziddiyyətli məqamları araşdırılmadığından xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəkı ŞRPŞ-nın DYP-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 131, 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. X4 oğlunun Azərbaycan Respublikası İXM-in 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Şəki DYP-nin polis mayoru X3 tərəfindən xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəkı ŞRPŞ-nın DYPB-nə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №3(075)-140/2025
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-140/2025
10.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver