Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-141/2023 17.02.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis polkovnik-leytenantı X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, 26 avqust 1980-cı il tarixdə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əlilliyi olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Şəki şəhərində yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: 17 fevral 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 02 yanvar 2023-cü il tarixdə saat 16:30 radələrində Şəki şəhəri, S.Mümtaz küçəsi, təzə məhəllədə yerləşən evində Zərərçəkmiş şəxs döymüşdür. Bununlada Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Şəki Rayon Polis Şöbəsi tərəfindən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis polkovnik-leytenantı X3 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Şəki şəhəri, S.Mumtaz keçəsində yaşayan Zərərçəkmiş şəxs DİN-nin 102 xidmətinə, eləcə də Şəki ŞRPŞ-yə ərizə ilə müraciət edərək, xx.xx.2023-cü il tarixdə yaşadığı evin içərisində əri Eyvaz adlı şəxsin onu döyməsi barədə məlumat vermişdir. Həmin məlumat xx.xx.2023-cü il tarixdə Şəki ŞRPŞ-nin NH-a 1 saylı qeydiyyat kitabında HK-1/13 sayda qeydiyyata alınaraq icrası ona həvalə edilmişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, 02 yanvar 2023-cü il tarixdə axşam saatlarında Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən fərdi yaşayış evində ailə münasibətləri zəminində aralarında baş vermiş mübahisə zamanı Şəxs arvadı Zərərçəkmiş şəxs sol gözaltı nayihənin qançırı ilə nəticələnən dərəcəsi təyin edilməyən xəsarət yetirməklə döymüşdür. İş üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 01 nömrəli tibbi müayinə rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı bədəni üzərində sol gözaltı nahiyənin qançırı bərk-küt əşyanın təsirindən törənmiş, döyülmə zaman, əmələ gəlməsi istisna edilmir, müddət qərara qeyd edilən xx.xx.2023-cü il tarixinə uyğundur və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Beləliklə aparılmış araşdırma ilə müəyyən edilmişdir kı X2 arvadı Zərərçəkmiş şəxs 02.01 2023-cü ıl tarixdə yaşadıqları evin içərisində yaranmış mübahisə zəminində sifət nahiyəsindən ıkı dəfə yumruq vurmaqla ona fızıkı ağrı yetirmişdir. Şəxs bu əməli ilə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Toplanmış material üzrə xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Lakin Şəxs əməlində İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan barəsində protokol tərtib edilərək məhkəməyə gətirmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq cəza verilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin izahatında göstərmişdir ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün xx.xx.2023-cü il tarixdə, saat 16:30-da Şəki ŞRPŞ-nə gəlmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, 2013-cü ildən Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi şəkildə evlidirlər. Həmin evlilikdən onların övladları olmamışdır. Bildirmişdir ki, xx.xx.2023cü il tarixdə təxminən günorta saatlarında sərxoş vəziyətdə evdə olarkən Zərərçəkmiş şəxs ilə onun arasında mübahisə yaranmışdır. Mübahisə zaman Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlətmiş, həmçinin o da, Nəzakətin ünvanına nalayiq ifadələr işlətmişdir. Lakin Nəzakəti mübahisə zamanı vurmamışdır. Bir neçə saat sonra isə Nəzakətin onun barəsində polis şöbəsinə etdiyi şikayət barədə məlumat almışdır. Polis əməkdaşları onu polis şöbəsinə dəvət etmiş, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Göstərmişdir ki, o barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün xx.xx.2023-cü il tarixdə, saat 16:30-da ŞƏki ŞRPŞ-nə gəlmişdir. Məhkəmədən az miqdarda cərimə olunmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, 2013-cü ildən Şəxs ilə qeyri-rəsmi şəkildə evlidir. Həmin evlilikdən onların övladları olmamışdır. Eyvaz evləndikləri müddət ərzində mütəmadı olaraq problemlər yaratmış, daima onu nalayiq ifadələrlə təhqir etmişdir. Eyvaz çox vaxt içkili vəzıyətdə evə gəlmiş onu səbəbsiz yerə döymüşdür. Bildirmişdir ki, xx.xx.2023-cü iİ tarixdə o, Eyvazın qonşusu Xaqani adlı şəxslə mübahisə etdiyini eşitmiş və Xaqani adlı şəxsin yanına gedib niyə mübahisə eldiklərini soruşmuşdur. O, dükan tərəfə getmək istəyəndə Eyvaz onun arxasınca qaçmağa başladığı uçün Eyvazı yayındırıb evə daxil olmuşdur. Eyvaz da haradansa həyətə keçib evin içərisinə daxil olmuşdur. O, evdən çıxıb qaçmaq istəyəndə Eyvaz onun sifət nahiyəsindən 2 dəfə yumruqla vurmuş, o da Eyvazı arxaya itələyib evdən çıxmağa çalışmışdır. Arxasınca gəlsə də, həmin vaxt ona çata bilməmiş, o da vəziyətin bu yerdə olduğunu görmüş DİN-nin 102 xidmətinə baş vermiş hadisə barədə məlumat vermişdir. Bildirmişdir ki, mübahisələri əri Eyvazın içkili vəzıyətdə onu döyməsi səbəbindən yaranmışdır. Mübahisə zamanı Eyvaz onun sifət nahiyəsindən 2 dəfə yumruq vurmuşdur. Mübahisə zamanı vaxt evdə onlardan başqa heç kim olmamışdır. Hal-hazırda Şəxs şikayətçidir. Onun qanun qarşısında cəzalandırılmasını xahiş etmişdir. İşdə olan 27 yanvar 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində HK-1/13 nömrəli material üzrə cinayət işi başlanması rədd edilmişdir. Həmin qərarın məzmununda qeyd edilmişdir ki, iş üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 01 nömrəli tibbi müayinə rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı bədəni üzərində sol gözaltı nahiyənin qançırı bərk-küt əşyanın təsirindən törənmiş, döyülmə zaman, əmələ gəlməsi istisna edilmir, müddət qərara qeyd edilən xx.xx.2023-cü il tarixinə uyğundur və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmədiyi göstərilmişdir. Məhkəmə iclası zamanı Şəki ŞRPŞ-dən daxil olmuş materialla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam təsdiq olunur. Belə ki, Şəxs məhkəmə iclasında Zərərçəkmiş şəxs vurmadığını bildirsə də, məhkəmə qeyd edir ki, məhkəmə onun ifadəsinə tənqidi yanaşaraq zərərçəkmiş şəxsin izahatı ilə qeyd olunan halın təkzib olunmasını bildirir. Həmçinin zərərçəkmiş şəxsin üzərində olan xəsarətlər məhkəmə-tibb ekspertizasının rəyi ilə təsdiq olunmuşdur. Həmçinin Şəxs tərəfindən mübahisələndirilməyən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlada Şəxs zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməsi sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində cəzasını yüngüləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə onun şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq məhkəmə, onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirini tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. İnzibati həbsə alınmanın əvvəli onun hüquqlarının Şəki ŞRPŞ-də faktiki məhdudlaşdırıldığı vaxtdan yəni, xx.xx.2023-cü il tarixdən, saat 16:30-dan hesablanmalıdır. Qeyd edilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 128-130-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli onun hüquqlarının Şəki ŞRPŞ-də faktiki məhdudlaşdırıldığı vaxtdan yəni, 17 fevral 2023-cü tarixdə saat 16:30-dan hesablansın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-141/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-141/2023
17.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver