Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-141/2024 03.04.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Şəki regional ərazi şöbəsinin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 iştirakı ilə X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Qarabağ regional ərazi şöbəsi tərəfindən barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN № ******* saylı protokolun və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X11 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində X18 Xidmətinin Qarabağ regional ərazi şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN № ******* saylı protokolun və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X11 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə ƏƏSMN yanında X13 X14 əməkdaşlarının tərtib etdiyi MN № ******* saylı protokola əsasən onun barəsində xx.xx.2024-cü il tarixli MN № ******* saylı qərar qəbul edilmişdir. Qərara əsasən o, Ağdam rayon 29 saylı köçkün tam orta məktəbin direktoru olduğu üçün vəzifəli şəxs qismində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat məbləğində cərimə olunmuşdur. Həmin qərarın qəbul edilməsi üçün əsas X3 əmək müqaviləsi bağlanılmadan iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi göstərilmişdir. Bununla bağlı bildirir ki, X7 15 sentyabr 2023-cü il tarixədək Ağdam rayonu 29 nömrəli tam orta məktəbində kirtabxana müdiri vəzifəsində işləmişdir. Çalışmanın yaş həddinə çatdığına görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 “e” maddəsinə əsasən xx.xx.2023cü il tarixli 50 nömrəli əmrlə, onunla bağlanmış 35TST07000300 nömrəli müddətsiz əmək müqaviləsinə xitam verilmiş və işçinin əmək kitabçasına bu barədə lazımi qeydlər aparılaraq özünə təhvil verilmişdir. İşçi öz işini vaxtında bitirmədiyinə görə (kitabların ümumi siyahısı,qiyməti,ədədi) PDF şəklində evdə xx.xx.2023-cü il tarixdən sonra işləmiş və onu Ağdam rayon təhsil sektoruna təhvil vermişdir. Kitabxana inventarlarının təhviltəsliminə görə özü məsuliyyətsizlik etmiş, dəfələrlə xəbərdarlığa baxmayaraq məktəbə gəlməmişdir. xx.xx.2023-cü il tarixdə Ağdam rayon təhsil sektorunda olduğu zaman Q.Ələsgərova məktəbə icazəsiz daxil olaraq, qeyri-qanuni şəkildə texniki işçi heyətinin davamiyyət jurnalına məqsədli şəkildə qol çəkmişdir. X7 işdə olmadığı və xx.xx.2023-cü ilədək olan tarixlərə işləmədiyi halda həmin tarixə imza atması qanunsuz şəkildə həyata keçirmişdir. Bu barədə təsərrüfat müdiri ona məlumat verdikdən sonra X5 xəbərdarlıq edilmiş,dərhal akt tərtib edilmişdir. Ələsgərova Qızxanım öz əmək müqaviləsinin uzadılmasını tələb etmiş, lakin Qarabağ Regional Təhsil İdarəsi tərəfindən uyğun görülməmişdir. Ələsgərova Qızxanım xx.xx.2023-cü ilədək məktəbə aid olan kitabların ümumi siyahısı, siniflər üzrə verilən kitabların sayı olan qeydiyyat kitabını təqdim etməmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq bundan boyun qaçırmışdır. O, bu hərəkətləri qərəzli olaraq etmişdir. Bunu məktəb kollektivi də təsdiq edir. Q.Ələsgərovanın bu hərəkətləri əmək müqaviləsinin müddətinin uzadılmadığına görə rəhbər kimi onun şəxsinə yönləndirilən qərəzli fikirlərdir. Həmin şəxs xx.xx.2023-cü ilədək qəti şəkildə işdə olmamış və heç bir işə cəlb olunmamışdır. Əlavə olaraq onu da qeyd edir ki, imza atdığı davamiyyət jurnalının 1-ci hissəsinə qol çəkməyib, bu da onun qeyri-qanuni işinin bariz nümunəsidir. xx.xx.2023 -xx.xx.2023-cü il tarixlərində işdə olmasını bildirməsi haqqında davamiyyət jurnlaına imza edərkən bəzi tarixləri ötürmüşdür. Bu da onun hərəkətlərinin qeyri- qanuni, qərəzli şəkildə olduğunu sübut edir. X3 çalışmanın yaş həddinə çatdığına görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 “e” maddəsinə əsasən öz vəzifəsindən azad edilməsi qanuni şəkildə həyata keçirilmişdir, işçi dəfələrlə bu barədə məlumatlandırılmış , lakin o, təkidlə nəyin bahasına olursa olsun qeyri qanuni yollara əl ataraq işində qalması üçün bu hərəkətlərə yol vermişdir. Bu halda onun barəsində protokol tərtib olunaraq qərar qəbul edilməsi və 3000 manat cərimə edilməsi qanunvericiliyin tələblərinə ziddir. Sözügedən protokol tərtib edilərkən heç bir araşdırılma aparılmamış, inzibati xəta haqqında işə baxarkən qanunvericiliyin bir çox tələbləri pozulmuşdur. Belə ki, protokolun surəti və işə baxılma barədə bildiriş ona vaxtında göndərilməmiş, işə baxıldıqdan və qərar qəbul edildikdən sonra, yəni xx.xx.2024-cü il tarixdə təqdim olunmuşdur. Bildirişdə işə baxılmasının xx.xx.2024-cü il tarixə saat 14 00-a təyin edilsə də, elektron poçt adresi varitəsilə xx.xx.2024-cü il tarixdə əldə etdiyi qərarın xx.xx.2024-cü il tarixdə qəbul edildiyi görsənir. Ona görə də, xx.xx.2024-cü il tarixli MN № ******* saylı protokolun və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Şəki regional ərazi şöbəsinin nümayəndəsi X8 bildirmişdir ki,şikayətçi X6 mübahisələndirdiyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Qarabağ regional ərazi şöbəsinin tərtib etdiyi xx.xx.2024-cü il tarixli MN № ******* saylı protokol əsaslıdır. Göstərilən pozuntular mövcud olduğu üçün sözügedən ptotokol tərtib olunmuşdur. Həmin protokol əsasında xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qəbul edilən qərar da qanuni və əsaslıdır. İşdə olan izahatlar və Qızxanım Ələsgərovanın şikayəti ilə şəxsin İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan pozuntunu törətməsi bir daha təsdiqini tapmışdır. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X11, X18 Xidmətinin Qarabağ regional ərazi şöbəsinə lazımi qaydada çağırılmış, lakin o, araşdırmada iştirak etməmiş, həmçinin sübutlar təqdim etməmişdir. Protokol və onun əsasında qəbul edilən qərar qanuni və əsaslıdır, şikayətçinin göstərdiyi dəlillər həmin qərarın ləğvi üçün yetərli dəlil sayıla bilməz. Ona görə də, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X9 məhkəməyə verdiyi izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə məktəbin sabiq kitabxana müdiri vəzifəsində işləmiş X7 məktəbə gələrək işçilərin davamiyyət cədvəlinə imza etmişdir. Həmin vaxt onlar bu faktı müəyyən etdikləri üçün 5 nəfərdən ibarət heyətlə müvafiq akt tərtib edərək sənədləşdirmişlər. Q.Ələsgərova xx.xx.2023-cü il tarixdən işdən azad edildiyi üçün artıq onun işinə xitam verilmişdir. O, işdən azad edildikdən sonra məktəbdə hər hansı bir işə cəlb edilməmişdir. Sadəcə olaraq oradan qalan əşyalarını götürmək adı ilə 1-2 dəfə məktəbə gələrək təxminən 15-20 dəqiqə ərzində məktəbdə olub, sonradan çıxmışdır. İş materiallarına əlavə edilmiş X18 Xidmətinin Qarabağ regional ərazi şöbəsi tərəfindən tərtib edilmiş 23 yanvar 2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1 mаddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş X18 Xidmətinin Şəki regional ərazi şöbəsi tərəfindən qəbul edilmiş 08 fevral 2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 50 nömrəli əmrdən görünür ki, X7 çalışmanın yaş həddinə çatdığına görə onunla bağlanmış 35TST07000300 nömrəli müddətsiz əmək müqaviləsinə xitam verilmiş (əsas: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 “e” maddəsi) həmin vəzifənin icrası müvəqqəti olaraq məktəbin 0.5 ştat vahidi ilə işləyən katibəsi X10 həvalə edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, 15 sentyabr 2023-cü il tarixədək Ağdam rayonu 29 nömrəli tam orta məktəbin kitabxana müdiri vəzifəsində işləmiş X7 xx.xx.2023-cü il tarixdə məktəbə icazəsiz daxil olaraq işçilərin davamiyyət cədvəlinə qeyriqanuni şəkildə imza çəkdiyi üçün məktəbin direktoru, təsərrüfat müdiri, çilingəri, gözətçisi və xadiməsi tərəfindən imzalnmışdır. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət ərizəsi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İş materiallarından X3 xx.xx.2023-cü il tarixli 50 nömrəli əmrlə çalışmanın yaş həddinə çatdığına görə onunla bağlanmış 35TST07000300 nömrəli müddətsiz əmək müqaviləsinə xitam verildiyi, həmin vəzifənin icrası müvəqqəti olaraq məktəbin 0.5 ştat vahidi ilə işləyən katibəsi X10 həvalə edildiyi görünür. İşçilərin davamiyyət cədvəlində Q.Ələsgərovanın imzalarının olması onun həmin məktəbdə əmək müqaviləsi bağlanılmadan iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi kimi qiymətləndirilə bilməz. Həmin faktı pozuntu kimi qiymətləndirərkən inzibati xəta haqqında iş üzrə qərar qəbul edən şəxs heç bir əsaslandırma etməmişdir. Məhkəməyə təqdim olunan inzibati xəta haqqında iş üzrə icraat materillarında sadəcə X3 və X4 izahatları və işçilərin davamiyyət cədvəlinin müvafiq səhifələrindən çıxarışlar mövcuddur. Q.Ələsgərova izahatında əmək münasibətlərinə cəlb olunduğunu, məktəbin direktoru Aysel Mustafayeva isə onun hər hansı bir əmək münasibətlərinə cəlb edilməsi halının mövcud olmadığını bildirir. Muvafiq aktdan da görünür ki, Ələsgərova Qızxanım işdə olmadığı halda davamiyət jurnalına imza etmişdir. Bu hal həm də, Ələsgərova Qızxanımım sonrakı günlərə imza etməsi ilə də sübuta yetirilir. Bu halda hər hansı mötəbər sübut olmadan yerində araşdırılma aparılmadan şəxsin İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. Məhkəmə hesab edir ki, şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Şikayətin 23 yanvar 2024-cü il tarixli MN № ******* saylı protokolun ləğv edilməsi hissəsi isə əsasssızdır. Belə ki, protokol öz-özlüyündə şəxs üçün birbaşa hüquqi nəticəyə səbəb olan sənəd deyil. Qanunvericilikdə protokol əsasında qəbul edilən qərarın mübahisələndirilməsi nəzərdə tutulduğundan şikayət həmin hissədə əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Ona görə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X11 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Qarabağ regional ərazi şöbəsi tərəfindən X11 barəsində qəbul edilmiş 08 fevral 2024-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X11 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Qarabağ regional ərazi şöbəsi tərəfindən X11 barəsində tərtib edilmiş 08 fevral 2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şikayət 23 yanvar 2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolun ləğv edilməsi hissəsində təmin edilməsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-141/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-141/2024
03.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver