Məhkəmə qərarları › İş №3(075)-141/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-141/2025

03.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-141/2025 03.03.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN: xxxxxxx olan, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanda yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu X5 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki Rayon Məhkəməsinin 2(076)-945/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Şəki Rayon Məhkəməsinin 2(075)-4197/2018 nömrəli, xx.xx.2018-ci il tarixli, Şəki Rayon Məhkəməsinin 2(075)-2655/2018 nömrəli, xx.xx.2018-ci il tarixli və Şəki Kommersiya Məhkəməsinin 2-2(117)-145/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icraları təmin edilmədiyi üçün (borclu xx.xx.2024-cü il tarixdə inzibati məsuliyyətə cəlb edilib) borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Şəki Rayon Məhkəməsinin 2(076)-945/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 23586 manat məbləğində pul vəsaiti və 161 manat dövlət rüsumu tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Tələbkarın verdiyi məlumata görə borcun 12686 manatı ödənilib, 10900 manat borc və 161 manat dövlət rüsumu ödənilməyib. Borclu tərəfindən sonuncu dəfə xx.xx.2023-cü ildə tələbkara ödəniş edilmişdir. Şəki Rayon Məhkəməsinin 2(075)-4197/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə Şəxs 1479,2 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. İcra sənədi üzrə ümumiyyətlə ödəniş olunmamışdır. Şəki Rayon Məhkəməsinin 2(075)-2655/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə Şəxsrdan 2176 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Borclunun verdiyi məlumata görə 847 manat ödənilib, 1349 manat borc qalıb. Şəki Kommersiya Məhkəməsinin 2-2(117)-145/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Şəxs 12000 manat məbləğində pul vəsaiti və 515.2 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Borlcu tərəfindən 4014.2 manat ödənilmiş, 8501 manat borc qalmış, borclu sonuncu dəfə xx.xx.2023-cü ildə ödəniş etmişdir. İcra sənədləri xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2022-ci il və xx.xx.2024-oü il tarixlərində Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafıq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərar qəbul olunmuş, qərarın surəti bildirişlə bərabər borcluya göndərilmişdir. Lakin icra sənədləri borclu tərəfindən nə könüllü icra müddəti ərzində, nə də onda sonra keçən uzun müddət ərzində icra sənədləri üzrə tələblərin icrası tam təmin edilməmişdir. İcra sənədinin icrası üzrə borclu şöbəyə çağırılmış, izahatı alınmış, icra sənədinin hissə- hissə icra edilməsi barədə qərar olmadığı halda borcunu hissə-hissə, ayda 1000 manat olmaqla ödəyəcəyini bildirmişdir. Borclu həmçinin fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, ayda 1000 manat qazanc nın olduğunu bildirmişdir. Borcluya bir neçə dəfə xəbərdarlıq edilmiş, icra sənədinin icrası tələb edilmiş, lakin borclu icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Həmçinin iş üzrə tələbkar ərizə ilə müraciət edərək icra sənədinin icrası ilə bağlı tədbirlər görülməsini, borclu şəxs barəsində məhkəməyə inzibati xəta haqqında protokol verilməsini xahiş etmişdir. Borclu Şəxs həmçinin çağırışlara da vaxtında gəlməmiş, məcburi gətirilməsi barədə qərar qəbul olunmuşdur. Həmçinin borclunun yeri məlum olmadığından axtarış qərarı qəbul olunmuş, şəxs polis tərəfindən şöbəyə gətirilmişdir. Eyni zamanda borclunun adına pul vəsaitlərinin və bank hesablarının olubolmaması barədə bank və kredit təşkilatlarına, əmlakının olub-olmaması barədə isə müvafiq orqanlara sorğular göndərilmişdir. Lakin borclunun adına heç bir pul vəsaiti və əmlak aşkar edilməmişdir. Borclu icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini yerinə yetirmədiyindən xx.xx.2024-cü il tarixdə AR İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilmiş, borclu inzibati məsuliyyətə cəlb olunmuşdur. Borclu 1 il müddətində eyni əməli təkrar törətmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Borclu bu gün 10:00-da polis əməkdaşları tərəfindən şöbəyə gətirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, icra sənədləri üzrə 20000 manat məbləğdən çox borcu olmuşdur. Həmin borcun çox hissəsini ödəmişdir. Bu gün də borcundan 1000 manat məbləğdə ödəniş etmişdir. O, ərzaq firmalarından ərzaq malları alıb satır. İnzibati həbs olunduqda işləyə bilmir. Sonra isə firmalar ona mal satmır. Buna görə görə də icra məmurunun çağırışlarına gəlməmişdir. Sonuncu çağırışdan isə məlumatı olmamışdır. İşləyib, qalan borcunu da hissə-hissə ödəyəcəkdir. Əməlindən peşmandır. Ailəlidir, himayəsində iki azyaşlı uşağı vardır. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılaraq bu gün, saat 10:00-da icra şöbəsinə gətirilmişdir. Məhkəmə iclasında Şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X7 izahat verərək bildirdi ki, borcundan hissə-hissə ödənişlər etmişdir. Himayəsində iki azyaşlı övladı vardır. İş üzrə icraata xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları, həmçinin Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. İş materiallarından əlavə edilmiş Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(075)-182/2024 saylı qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati həbs edilmişdir. İş materiallarından görünür ki, borclunun adına tələbin yönəldilə biləcəyi əmlakının, bankda pul vəsaitinin olub-olmaması barədə müvafiq orqanlara sorğular edilmiş, lakin borclunun adına tələbin yönəldilə biləcəyi əmlakı, bankda pul vəsaiti aşkar edilməmişdir. Şəki rayonu üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra vərəqənin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Şəki Kommersiya Məhkəməsinin 2-2(117)- 145/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi qanuni qüvvəsini alıb icra edilməsi üçün xx.xx.2024-cü il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, xx.xx.2024-cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarından göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şəki Kommersiya Məhkəməsinin 2-2(117)-145/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmamışdır. Qanunvericiliyin tələblərinə əsasən İnzibati Xətalar Məcəlləsinin 528.1- 1-ci maddəsi bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə məsuliyyət nəzərdə tutmuşdur. Qeyd olunanlara əsasən məhkəmə Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xətaya dair işdə borclu Şəxs tutularaq tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməli olan 12000 manat məbləğində pul vəsaiti və 515.2 manat dövlət rüsumunu nəzərə almır. İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, ailə vəziyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, ödənilməmiş borcun məbləğini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 03 mart 2025-ci il tarixdə, saat 10:00-da polis əməkdaşları tərəfindən saxlanılaraq Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına gətirilmiş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs sərbəst hərəkət etmək imkanı 03 mart 2025-ci il tarixdən, saat 10:00-dan məhdudlaşdırıldığından, Şəxs həbsə alınmasının əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan, yəni 03 mart 2025-ci il tarixdən, saat 10:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 03 mart 2025-ci il tarixdən, saat 10:00-dan hesablansın. Qərarın icrası Şəki Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar