Məhkəmə qərarları › İş №3(075)-142/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-142/2021

14.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-142/2021 14.04.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, X1, Şəki ŞRPŞ-nin DYPB ypx inspektoru, polis baş serjantı X7 iştirakı ilə, X1 Şəki ŞRPŞ tərəfindən barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasi Daxili işlər Nazirliyinin Şəki rayonu Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X10 tərəfindən barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi, barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddələrinin icraatına xitam verilməsi, həmin vaxt avtomobilinin saxlanılması üçün qanunla nəzərdə tutulan hər hansı bir qanuni əsas olmadan avtomobilinə saxlama işarəsi verdiyinə görə Azərbaycan Respublikasi Daxili işlər Nazirliyinin Şəki rayonu Yol Patrul Xidməti inspektoru, polis serjantı X7 barəsində ciddi tədbirlər görülməsi üçün təqdimat çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı X2 izahatında göstərdi ki, o, Şəki rayonu, Aşağı Şabalıd kəndində yaşayır. Mütamadi olaraq Şəki şəhərinə gələrək bazarlıq edib kəndə qayıdır. xx.xx.2020-ci il tarixdə, Respublikada sərt karantin rejimi olan zaman Şəki şəhərinə gələrək “bazar” ərazisinə getmiş, özü üçün zəruri olan qida məhsullarını aldıqdan sonra kəndlərinə qayıtmaq üçün yola düşmüşdür. Şəki şəhəri “Qoxmuq körpüsü” adlanan ərazidə stasionar karantin postunda xidmət aparan ŞRPŞ-nin DYPB ypx inspektoru, polis baş serjantı X5 işarəsi vermiş və o da avtomobili saxlamışdır. Bu zaman o tibbi maskadan istifadə etməmiş və avtomobildə ondan başqa sərnişin olmamışdır. Azər Quliyev ona yaxınlaşaraq özünü təqdim etmiş və sənədlərini təqdim etməsini bildirmişdir. O sənədlərini polis əməkdaşına təqdim etmiş və polis əməkdaşı ondan sənədləri aldıqdan sonra xidməti avtomobilinə doğru hərəkət etmişdir. O da tibbi maskanı taxıb avtomobilindən düşərək polis əməkdaşının arxasınca getmişdir. Polis əməkdaşı özündə müəyyən qeydlər apardıqdan sonra onun sənədlərini qaytarmış və onun tibbi maskadan istifadə etməməsinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edərək onu 100 manat məbləğində cərimə etmişdir. Hesab edir ki, protokol əsassız və qanunsuzdur. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şəki ŞRPŞ-nin DYPB YPX inspektoru, polis baş serjantı X10 məhkəmə iclasında izahat verərək göstərdi ki, uzun müddətdir ki, Şəki rayonu ərazisində YPX inspektoru işləyir. Buna görə də rayon ərazisində əksər sürücüləri demək olar ki, üzdən tanıyır. X4 da taxsi fəaliyyəti göstərən şəxs kimi qiyabi olaraq tanımışdır. Bələ ki, o kənddən Şəki şəhərinə müştəri aparıb gətirir. Bildirmişdir ki, Respublikada COVİD-19 pandemiyası ilə əlaqədar sərt karantin rejimi olan zaman yəni -xx.xx.2020-ci il tarixdə Şəki rayonu ərazisində “Ağ Qaya” postunda xidmətdə olarkən X3 idarə etdiyi “VAZ 21074” markalı minik avtomobili uzaqdan müşahidə etdikdə həmin avtomobilin salonunda 3 nəfərin olduğunu, həmçinin F.Məmmədovun tibbi maskadan istifadə etmədiyini görmüşdür. Buna görə də “VAZ 21074” markalı minik avtomobili saxlamışdır. Sürücüyə yaxınlaşaraq özünü təqdim etmiş və sərt karantin rejimində tibbi maskadan istifadə etmədiyini bildirmişdir. Buna görə də sürücüdən sənədləri istəmişdir. Sürücü də etraz etmədən sənədləri vermişdir. Bundan sonra sürücü barəsində İXM-nin 211.2-maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək 100 manat məbləğində cərimə etmişdir. Həmin zaman sürücü protokolu imzalamaqdan imtina etmişdir. Şikayəti əsassız hesab edir və onun təmin edilməməsini məhkəmədən xahiş edir. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 sentyabr 336 saylı qərarı qüvvədə olmuşdur. İşdə olan Şəki ŞRPŞ-nin DYPB-nin xx.xx.2020-ci il tarixli, İXP-3586666 nömrəli inzibati xəta haqqında protokolun və həmin ptorokol əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli, ******* nömrəli pul tələbinin ödənilməsi haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə -fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci il tarixli qərarına əsasən: -Müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburidir. - Bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Göründüyü kimi X2 hazırki şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini bildirsə də, məhkəmə iclasındakı izahatında onun İXM-nin 211.2-ci maddəsinə əsasən karantin rejimini pozması aydın olur. Belə ki, o, məhkəmə iclasında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə Şəki şəhəri “Qoxmuq körpüsü” adlanan ərazidə qoruyucu tibbi maskadan istifadə etməmişdir. Göstərilən əsaslarla məhkəmə X3 Azərbaycan Respublikasi Daxili işlər Nazirliyinin Şəki rayonu Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X10 tərəfindən barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi, barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddələrinin icraatına xitam verilməsi, həmin vaxt avtomobilinin saxlanılması üçün qanunla nəzərdə tutulan hər hansı bir qanuni əsas olmadan avtomobilinə saxlama işarəsi verdiyinə görə Azərbaycan Respublikasi Daxili işlər Nazirliyinin Şəki rayonu Yol Patrul Xidməti inspektoru, polis serjantı X7 barəsində ciddi tədbirlər görülməsi üçün təqdimat çıxarılması barədə tələbi ilə razılaşmır və buna görə də hesab edir ki, onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: X1 Azərbaycan Respublikasi Daxili işlər Nazirliyinin Şəki rayonu Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X10 tərəfindən barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsi təmin edilməsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar