Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-142/2025 13.03.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, xx.xx.1979-cu il tarixdə Rusiya Federasiyası, Krosnoyarsk şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx olan, evli, orta təhsilli, işləməyən, Şəki rayonu, Kiçik Dəhnə kəndində pasport qeydiyyatında olmaqla, yaşayan X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə Şəki ŞRPŞ X4 daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 xx.xx.2024-cü il tarixdə Şəki rayonu Kiçik Dəhnə kəndində, yaşadığı evdə babasından qalmış 1 ədəd, İJ markalı təklülə ov tüfəngini saxlayaraq inzibati qaydanı pozmuşdur. Qeyd edilən material üzrə X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki ŞRPŞ X4 Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri inzibati xəta haqqında protokolu tərtib etmiş Şəki Şəki ŞRPŞ X6 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şəki Şəki ŞRPŞ X5 nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilməklə tədqiq edilmiş; Şəki ŞRPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı Əhməd Rəsullunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, HK-1/417 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, X1 əməlinə görə inzibati məsuliyyət tədbirlərinin görülməsi üçün qəbul edilmiş qərarın surətinin şöbənin aidiyyəti xidmət sahəsinə göndərilməsi, 01 ədəd silah zavod üsulu ilə hazırlanmış, İj modelli, 16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, nömrəsi silinmiş, xarici çaxmaqlı, təklülə tüfəng, yivsiz odlu ov tüfəngi DİN-nin X7 Baş İdarəsinə təhvil verilməsi üçün şöbənin aidiyyəti xidmət sahəsinə təhvil verilməsi, qərara alınmışdır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarın məzmununda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin xx.xx.2024-cü il tarixli, 17/858 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd silah zavod üsulu ilə hazırlanmış, İJ modelli, 16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, nömrəsi silinmiş, xarici çaxmaqlı təklüləli tüfəngdir, yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 38.3-cü maddəsinə əsasən Cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 111.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. 114.2.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda qərar (qərardad) çıxarılır. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 yaşadığı evdə müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan mülki ov silahı saxlamışdır. Bununla da X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmiş, onun barəsində 10 yanvar 2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında iş 03 mart 2025-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. İş üzrə məhkəmə baxışı iclası bu günə, yəni 13 mart 2025-ci il tarix, saat 15:30-a təyin edilmişdir. Azərbaycan Respublikası Konsittusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 09 mart 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsində əks olunmuş mütənasiblik prinsipinə uyğun olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində göstərilən hallarda inzibati məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 38.1 və 38.2ci maddələrinin müddəaları nəzərə alınmaqla müəyyən edilməli və inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən bir ildən artıq olmamalıdır. İXM-nin “İdarəçilik qaydaları əleyhinə olan inzibati xətalar” adlı 39-cu fəslindən görünür ki, İXM-nın 590.2-ci maddəsi həmin fəslə aiddir. Deməli İXM-nin 590.2-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Bundan başqa İXM-nın 38.3-cü maddəsində əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İşdə olan inzibati xəta haqqında cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan da göründüyü kimi X3 inzibati xətanı xx.xx.2024-cü il tarixdə törətmiş, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar isə 19 noyabr 2024-cü il tarixində qəbul edilmişdir. Göründüyü kimi artıq “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın qəbul edilməsi vaxtından 3 aydan artıq müddət keçmişdir. Beləliklə, İXM-nin 38.3-cü maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti olan 3 ay müddət keçmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, X2 İXM-nin 590.2-ci maddəsi ilə inzibati tənbeh vermə müddəti keçmişdir. Buna görə də X3 İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, lakin həmin məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyindən iş üzrə icraata xitam verilməlidir. Bundan başqa, inzibati xətanın bilavasitə obyekti olmuş 1 ədəd silah zavod üsulu ilə hazırlanmış, İJ modelli, 16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, nömrəsi silinmiş, xarici çaxmaqlı təklüləli tüfəng - saz vəziyyətdə olan yivsiz odlu ov silahı saxlanması üçün müvafiq icazə olmadığından müsadirə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 48-51, 53, 61, 106-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati məsuliyyətə cəlb etmə müddəti bitdiyindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsi tətbiq edilməklə inzibati xəta haqqında işin icraatına xitam verilsin. İnzibati xətanın bilavasitə obyekti olmuş 1 ədəd silah zavod üsulu ilə hazırlanmış, İJ modelli, 16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, nömrəsi silinmiş, xarici çaxmaqlı təklüləli tüfəng - saz vəziyyətdə olan yivsiz odlu ov silahı müsadirə edilsin. Qərarın icrası silahın müsadirə edilməsi hissəsində Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərar rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-142/2025
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-142/2025
13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver