Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-143/2021 09.03.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx xxxxxx 1980-cı il tarixdə Şəki rayonu Cəyirli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, il ərzində inzibati məsuliyyətə cəlb edilməyən, əlilliyi olmayan, Şəki rayonu Cəyirli kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş xx xxxx 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-102/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli icra sənədinə əsasən Şəxs üç uşağın saxlanılması üçün cəmi 270 manat aliment tutularaq tələbkar X1 verilməlidir. Məhkəmə qərarının icrası ilə əlaqədar borclu Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, tələbkara ödəməli olduğu borclarının ödənişindən qərəzli olaraq yayınaraq Azərbaycan Respublikasının İXMnin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X6 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-102/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli icra sənədinə əsasən icra sənədi üzrə borclu Şəxs xx xxxxxx 2019-cu il tarixindən hesablanmaqla hər ay hər bir uşaq üçün 90 manat olmaqla, cəmi 270 manat sabit pul məbləğində aliment alınaraq xx xxxx 2005-ci il təvəllüdlü X4, xx xxxxxxxx 2007-ci il təvəllüdlü X7 və xx xxxxxx 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün tələbkar X1 verilməlidir. Hal-hazırkı tarixə icra sənədi üzrə borclu Şəxs 4540 manat məbləğində aliment borcu yaranmışdır. Qeyd edilən icra sənədi xx xxxxxx 2019-cu il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. Həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası haqqında müvafiq bildirişlə birlikdə borclu Şəxs göndərilmişdir. Lakin borclu Şəxs könüllü icra müddəti ərzində icra sənədi üzrə tələbi icra etməmişdir. İcra sənədi üzrə tələbi icra etməməklə yanaşı çağırış üzrə gəlməkdən qərəzli olaraq boyun qaçıran borclu Şəxs barəsində təqdimat əsasında Şəki Rayon Məhkəməsi tərəfindən 8(075)-189/2019 saylı, xx xxx 2019-cu il tarixli “borclunun məcburi gətirilməsi barədə” qərardad qəbul edilmiş, daha sonra borclunun olduğu yeri müəyyən etmək mümkün olmadığı üçün xx xxxx 2019-cu il tarixində borclunun axtarılması barədə qərar qəbul edilərək icra edilməsi üçün Şəki şəhərrayon Polis Şöbəsinə göndərilmiş, borclu Şəxs barəsində xx xxxxxx 2019-cu il tarixində 820260 nömrəli axtarış işi açılmışdır. xx xxxxxxx 2019-cu il tarixində polis əməkdaşları tərəfindən məcburi qaydada Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilən borclu Şəxs barəsində görüləcək məcburi icra tədbirləri tələbkarın ərizəsinə əsasən təxirə salınmış, lakin həmin tarixdən sonra borcu aliment öhdəliyinin icrasından yayınmağa davam etmişdir. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin təqdimatına əsasən Şəki Rayon Məhkəməsinin 8(075)-28/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Borclu Şəxs dəfələrlə rəsmi və şifahi qaydada xəbərdarlıqlar edilməsinə, barəsində tətbiq edilmiş digər məcburi icra tədbirlərinə baxmayaraq icra sənəd üzrə tələbin icrasını təmin etməmiş, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməkdən qərəzli olaraq boyun qaçırmışdır. Daha sonra yenidən çağırış üzrə gəlməkdən qərəzli olaraq boyun qaçıran borclu Şəxs barəsində xx xxxx 2020-ci il tarixində borclunun axtarılması barədə qərar qəbul edilərək icra edilməsi üçün Şəki şəhər-rayon Polis Şöbəsinə göndərilmiş, borclu Şəxs barəsində xx xxxxxx 2020-ci il tarixində 820526 nömrəli axtarış işi açılmışdır. xx xxxx 2021-ci il tarixində polis əməkdaşları tərəfindən məcburi qaydada Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilən borclu Şəxs verdiyi izahatında hal-hazırkı tarixə yaranmış 4540 manat məblğində aliment borcunu ödəyə bilməyəcəyini bildirmiş, çağırış üzrə gəlməməsi barədə isə heç bir üzürlü səbəb göstərə bilməmişdir. Əlavə olaraq bildirdi ki, Şəxs xx xxxx 2021-ci il tarixdə, saat 12:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək saat 17:00-da məhkəməyə aparılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)- 102/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli icra sənədinə əsasən ondan xx xxxxxx 2019cu il tarixindən hesablanmaqla hər ay hər bir uşaq üçün 90 manat olmaqla, cəmi 270 manat sabit pul məbləğində aliment alınaraq xx xxxx 2005-ci il təvəllüdlü X4, xx xxxxxxxx 2007-ci il təvəllüdlü X7 və xx xxxxxx 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün tələbkar X1 verilməlidir. Bu gün 300 manat borc alaraq ödəmişdir. Pandemiya ilə əlaqədar olaraq heç yerdə işləyə bilməmişdir. Barəsində veriləcək istənilən inzibati tənbehə etiraz etmir. Əlavə olaraq bildirdi ki, xx xxxx 2021-ci il tarixdə, saat 12:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra saat 17:00-da məhkəməyə aparılmışdır. Məhkəmə iclasında Şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil bildirdi ki, COVİD 19 virusunun yayılması ilə bağlı iş yerləri uzun müddət bağlı olmuşdur. Şəxs borcunu ödəməməsi qərəzliliklə deyil, fors-major hadisə ilə bağlıdır. Odur ki, Şəxs barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları, həmçinin işdə olan digər sənədlərlə təsdiq olundu. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növünün Şəxs tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir, həmçinin tətbiq edilən inzibati tənbehin gələcəkdə icrasını şübhə altına alır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs xx xxxx 2021-ci il tarixdə, saat 12:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 17:00-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs xx xxxx 2021-ci il tarixdə, saat 12:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olması, həmin inzibati binanı öz mülahizəsinə görə tərk edə bilməməsi və həmin inzibati binanın polis əməkdaşları tərəfindən mühafizə edilməsi bir daha təsdiq edir ki, Şəxs icra və probasiya şöbəsinin inzibati binasına daxil olduqdan sonra oranı tərk etməkdə daha sərbəst olmamışdır. Bu baxımdan da məhkəmə belə nəticəyə gəlir ki, Şəxs həbsə alınmasının əvvəli Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olduğu vaxtdan, yəni xx xxxx 2021-ci il tarixdən, saat 12:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli xx xxxx 2021-ci il tarixdən, saat 12:00-dan hesablansın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-143/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-143/2021
09.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver