Məhkəmə qərarları › İş №3(075)-146/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-146/2023

19.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-146/2023 19.05.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Şəki regional ərazi şöbəsinin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 iştirakı ilə X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Şəki regional ərazi şöbəsi tərəfindən barəsində tərtib edilmiş 05 sentyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş 13 sentyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 maddəsi ilə təqsirli bilinərək barəsində X10 Xidmətinin Şəki regional ərazi şöbəsi tərəfindən tərtib edilmiş 05 sentyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş 13 sentyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 bildirmişdir ki, o, Şəki-Zaqatala regional Təhsil İdarəsinin Maliyyə- İqtisadiyyat sektorunun müdiri vəzifəsində işləyir. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi tərəfindən ona ünvanlanmış bildirişi aldıqdan sonra aydın olmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Şəki- Zaqatala regional ərazi şöbəsi tərəfindən qəbul edilmiş qərarla 1000 manat məbləğində cərimə edilmişdir. Həmin qərarın qəbul edilməsinə əsas kimi Şəki-Zaqatala regional Təhsil İdarəsinin Balakən rayonu UGİSM-də dərs hissə müdiri vəzifəsində işləyən X4 15 iyun 2022-ci il tarixdən 24 iyun 2022-ci ilədək olan dövr üçün ezamiyyə xərclərinin hesablanıb ödənilməməsi göstərilmişdir. Onun vəzifəsi həmin məbləğin hesablanması barədə müvafiq sənədləşmə işinin aparılmasından ibarətdir. O, hər ay maliyyə şöbəsinə, Elm və Təhsil Nazirliyinə ezamiyyə xərclərinin ödənilməsi ilə bağlı sifariş vermişdir. Lakin vəsait olmadığına görə ödəniş olunmamışdır. Vəsait sentyabr ayında olmuş və həmin ayda da ezamiyyə xərci ödənilmişdir. Ona görə də, 13 sentyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Şəki regional ərazi şöbəsinin nümayəndəsi AbdullayevRuslan İsrayıl oğlu bildirmişdir ki, X6 iki dəfə, yəni 02 may 2022ci il tarixdən 06 may 2022-ci il tarixədək və 15 iyun 2022-ci il tarixdən 24 iyun 2022-ci ilədək şahmat yarışında iştirak etmək üçün Bakı şəhərinə ezam olunmuşdur. Bundan sonra o, ezamiyyə xərclərinin ödənilməsi ilə bağlı müraciət etmiş, lakin sentyabr ayında müəyyən olunmuşdur ki, həmin vaxtadək ezamiyyə xərcləri ödənilməmişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, Şəki-Zaqatala regional Təhsil İdarəsi tərəfindən həmin xərclərin ödənilməsi aidiyyəti qurumlara yönəldilmiş, lakin bundan imtina edilmişdir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X8, X10 Xidmətinin Şəki regional ərazi şöbəsinlazımi qaydada çağırılmış, lakin o, araşdırmada iştirak etməmiş, həmçinin sübutlar təqdim etməmişdir. Barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərardan da məlumatı olmuşdur. Sözügedən qərarın X7 çatdırılmasını sübut edən xəbərnamə də vardır. Göründüyü kimi X8 onun barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətini ötürmüşdür. Ona görə də, şikayətin geri qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş X10 Xidmətinin Şəki regional ərazi şöbəsi tərəfindən tərtib edilmiş 05 sentyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 mаddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş X10 Xidmətinin Şəki regional ərazi şöbəsi tərəfindən qəbul edilmiş 13 sentyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş X10 Xidmətinin Şəki regional ərazi şöbəsi 13 sentyabr 2022-ci il tarixli məktubunun və həmin məktubun göndərilməsi barədə ********* nömrəli məxaric qəbzinin təsdiq olunmuş surətindən görünür ki, X10 Xidmətinin Şəki regional ərazi şöbəsi tərəfindən qəbul edilmiş 13 sentyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar X7 göndərilmişdir. İş materiallarına əlavə edilmiş X15 Filialının 28 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, 13 sentyabr 2022-ci il tarixdə Şəki-Zaqatala regional Təhsil İdarəsinə ünvanlanmış SS817984994AZ nömrəli məktub 20 sentyabr 2022-ci il tarixdə idarənin əməkdaşı Y.Hüseynova tərəfindən qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş 06 sentyabr 2022-ci il tarixli, E-142 saylı əmrdən görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyası tərəfindən təşkil olunan 8- 10-12-14-16-1 yaşadək oğlanlar və qızlar arasında şahmat idman növü üzrə Azərbaycan çempionatında iştirak etmək üçün Şəki-Zaqatala Regional Təhsil İdarəsinin işçiləri, Mehdiyev Şəmsəddin və Hacıyev İlham 15 iyun 2022-ci il tarixdən 24 iyun 2022-ci il tarixədək 10 (on) gün müddətinə Bakı şəhərinə ezam olunmuş şəxslərə hesablanıb ödənilməmiş ezamiyyə xərcləri sentyabr ayında ödənilməsi qeyd edilmişdir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət ərizəsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İş materiallarından müəyyən olunur ki, X8, Şəki-Zaqatala regional Təhsil İdarəsinin Maliyyə-İqtisadiyyat sektorunun müdiri olaraq öz üzərinə düşən öhdəliyi yerinə yetirmiş, X4 ezamiyyə xərclərinin ödənilməsi üçün müvafiq orqanlara maliyyə vəsaitinin açılması üçün sifarişlər vermişdir. Lakin maliyyə vəsaiti olmadığından qeyd edilən məbləğ Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən lazımi vaxtda deyil, 2022-ci ilin sentyabr ayında Şəki-Zaqatala regional Təhsil İdarəsinin hesabına köçürülmüş və ezamiyyə xərci həmin ayda da X4 ödənilmişdir. Budan başqa məhkəmə hesab edir ki, X3-Zaqatala regional Təhsil İdarəsinin rəhbərinın muvafıq əmri əsasında ödənişi icra etməlidir. Mübahisəli ezamiyyə xərcinin ödənilməsi üçün bu barədə müvafiq əmr verilməsi onun səlahiyyətində olmadığından, onun barəsində inzibati icraat aparılması və inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsi əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Ona görə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 tərəfindən verilmiş şikayət təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Şəki regional ərazi şöbəsi tərəfindən X8 barəsində tərtib edilmiş 05 sentyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş 13 sentyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X8 tərəfindən verilmiş şikayət təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Şəki regional ərazi şöbəsi tərəfindən X8 barəsində tərtib edilmiş 05 sentyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş 13 sentyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar