Məhkəmə qərarları › İş №3(075)-147/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-147/2023

28.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-147/2023 28.02.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs: Şəxs iştirakı ilə, xx xxxx 1964-cü il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Şəki ŞRPŞ-nin polis sahə rəisi, polis mayoru X1 tərəfindən tərtib edilmiş, 13 fevral 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta barədə protokolda göstərilmişdir ki, Şəxs istifadəsində olan ov tüfənginin saxlama qaydalarını pozmuş, 2008-ci ildən sonra qeydiyyatda olmamış və dəmir seyf olmadan saxlamışdır. Beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş Şəki ŞRPŞ-nə məlumat verilməsinə baxmayaraq Şəki ŞRPŞ nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, o, 1994-cü ildən Şəki ovçular cəmiyyətinin üzvüdür. 10 aprel 1995-ci il tarixdə 413 nömrəli vəsiqə əsasında onun istifadəsinə qoşalülə, 16 kalibrli 8063 nömrəli ov tüfəngi verilmişdir. Bildirmişdir ki, o, həmin ov tüfəngini saxlamaq üçün hər il icazə almışdır. Həmin silahla bağlı 2008-ci ilə kimi bütün ödənişləri etmişdir. 2009-cu ildə icazə müddəti bitəndə müddətsiz icazə almışdır. Həmin icazə ilə bağlı 100 manat ödəniş etmişdir. Hesab etmişdir ki, bundan sonra silahla bağlı hər hansı icazə almağa ehtiyyac yoxdur. Buna görə də, 2009-cu il tarixdən sonra həmin tüfənglə maraqlanmamışdır. Göstərmişdir ki, onun barəsində CM-nin 188.2-ci maddəsi ilə cinayət işi başlanılmış və ona 2 il 6 ay müddətinə şərti cəza tətbiq edilmişdir. Həmin cinayət işi ilə bağlı ona məxsus olan ov tüfəngi polis sahə müvəkkilinə təhvil verilmişdir. 2009-cu ildən bu ilə kimi silahla bağlı ona heç nə bildirilməyib. Həmin silah ona qardaşından yadigar qalıb. Silahın onda qalmasını xahiş edir. Qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan 13 fevral 2023-cü il tarixli aktdan görünür ki, Şəxs istifadəsində olan 8063 nömrəli, 16 kalibrli qoşalülə yivsiz ov tüfəngi təhvil alınaraq Şəki ŞRPŞ-də saxlanılır. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün izahatı, və Şəki ŞRPŞdən daxil olmuş materialla tam təsdiq edildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq etməyi və silahın müsadirə edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Şəxs Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat məbləğində inzibati cərimə edilsin. İş üzrə Şəki şəhər-rayon Polis Şöbəsində saxlanılan 01 (bir) ədəd 8063 nömrəli, 16 kalibrli qoşalülə yivsiz ov tüfəngi dövlət nəfinə müsadirə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar