Məhkəmə qərarları › İş №3(075)-148/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-148/2022

14.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-148/2022 14.04.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı ilə, xx xxxxxx 1999-cu il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 333.1-ci maddələri ilə Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs 13.01.2022-ci il tarixdə, saat təxminən 01:26 radələrində, “Vaz-21074'’ markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Oğuz rayonu, H.Əliyev prospektində, Oğuz Rayon Polis X6 Polis Bölməsinin yol patrul xidmətinin baş inspektoru, polis leytenantı X3 tərəfindən saxlanılmışdır. Yoxlama zamanı vətəndaş Şəxs alkaqol maddə qəbulu nəticəsində sərxoş vəziyyətdə olduğu şübhə doğurmuşdur. Həkim müayinəsindən keçdikdən sonra vətəndaş Şəxs sərxoşluğu müəyyən olunmuş və onun Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi təsdiqini tapmış və onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 333.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki şəhər-rayon X4 Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş Şəki ŞRPŞ-nə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Şəki ŞRPŞnin nümayəndəsi məhkəmə iclasına iştirak etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş Şəki ŞRPŞ-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, 13.01.2022-ci il tarixdə, saat təxminən 11:00 radələrində idarə etdiyi “Vaz-21074'’ markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Oğuz rayonu, H.Əliyev prospektində hərəkətdə olan zaman işıq cihazlarından düzgün istifadə etmədiyi üçün polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bu zaman polis əməkdaşı ondan sərxoş olub-olmamasını soruşmüş, o isə cavabında sərxoş olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşı ona alkotes vasitəsi ilə yoxlanışdan keçməsini təklif etmiş, o da alkotestrə nəfəs vermişdir. Həmin zaman alkotestr 0.3 pr.ml sərxoş olmasını göstərmişdir. Bildirmişdir ki, o, barəsində tərtib olunmuş protokolu qərarsız yazdırmışdır. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan “Nəqliyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 13 yanvar 2022-ci il tarixli, 011 saylı aktdan görünür ki, Şəxs yüngül dərəcəli sərxoşluq aşkar edilmişdir. İş materiallarında olan avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktdan görünür ki, Oğuz Rayon DYPB-nin polis leytenantı X3 tərəfindən “Vaz-21074'’ markalı, **- BM-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün qəbul edilmişdir. İş materiallarında olan 14 yanvar 2022-ci il tarixli, iltizamdan görünür ki, S.Tural Şəxs məxsus “Vaz-21074'’ markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı ünvana kimi aparmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddələrinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Beləliklə Şəxs qeyd olunan hərəkəti Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş material, onun məhkəməyə ünvanladığı ərizə və digər sənədlərlə təsdiq olundu. Məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 329.3-cü və 333.1-ci maddələri ilə təqsirli bilinib, İXM-nin 333.1-ci maddəsinin sanksiyası çərçivəsində 400 manat məbləğində cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar