Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-149/2021 13.04.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, X1, Şəki ŞRPŞ DYPB-nin YPX inspektoru, polis baş serjantı X5 iştirakları ilə, X1 barəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli, EQ-5522623 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ərzəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Şəki ŞRPŞ-nin DYPB-nin YPX-ti əməkdaşlarının xx.xx.2021-ci il tarixdə Şəki şəhərinin M.Füzuli küçəsində tərtib edilən inzibati tənbeh vermə haqqında EQ-5522623 saylı elektron qərarının və İXM-nin 346.1-ci maddəsinin məhkəmə qaydasında araşdırılaraq ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X2 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, xx.xx.2021-ci il tarixində Şəki şəhərinin M.Füzuli küçəsində onun etibarnamə ilə idarə etdiyi **-KC-*** dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı avtomobilə durma qaydalarını pozduğuna görə İXM-nin 346.1ci maddəsi ilə EQ-5522623 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. O, həmi qərarla razı deyil. Belə ki, Şəki şəhərinin Məhəmməd Füzuli küçəsində quraşdırılan 3.27 yol nişanı qanuni qaydada Şəki İH-nin X4 Komissiyasının qərarı əsasında quraşdırılması barədə heç bir qanuni sənəd yoxdur və ona verilmir. Əlavə olaraq göstərmişdir ki, xx.xx.2021-ci il tarixində Şəki şəhərinin M.Füzuli küçəsinə aşağı hissədən daxil olmuş Şəki şəhəri 5 nömrəli məktəbin qarşısından geri dönərək avtomobilini həmin məktəbin önündə saxlamışdır. Bildirmişdir ki, həmin küçənin yuxarı baş hissəsinin girişində heç vaxt “dayanmaq qadağandır” nişanı olmamışdır. Həmin nişanın ora qoyulmasından məlumatı olmamışdır. Avtomobilini qeyd edilən küçədə nişandan bir az aralı saxlayaraq işlərinin dalınca getmiş, sonra qayıdaraq sürüb getmişdir. Yolda olduqda telefonuna durma qaydalarını pozması barədə sms almışdır. Hesab edir ki, həmin yol nişanı oraya qanunvericiliyə uyğun olmadan qoyulmuşdur. Buna görə də ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şəki ŞRPŞ DYPB-nin YPX inspektoru, polis baş serjantı X7 məhkəmə iclasında izahat verərək göstərdi ki, o, Şəki şəhəri, M.Füzuli küçəsində xidmət aparan zaman **-KC- *** dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı avtomobilin dayanma və ya durma qaydalarınını pozaraq qadağan olunmuş yerdə durduğunu görmüş və buna görə də İXMnin 346-cı maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edərək, sürücünü 20 manat məbləğidə cərimə etmişdir. Bu məhkəməyə təqdim etdiyi fotoşəkillərlə də təsdiq olunur. Hesab edir ki, inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Ərizənin təmin edilməməsini məhkəmədən xahiş edir. İşdə olan sənədləri araşdıraraq məhkəmə hesab edir ki, X1 şikayəti əsaslı deyildir. İşdə olan xx.xx.2021-ci il tarixli, EQ-5522623 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X6 İXM-nin 346.1-ci maddəsinin tələblərini pozduğuna görə 20 manat məbləğində cərimə olunmuşdur. İşdə olan ŞRPŞ DYPB-nin YPX tərəfindən təqdim edilmiş fotoşəkillərdən görünür ki, Şəki şəhəri, M.Füzuli küçəsində dayanmaq qadağandır yol nişanı quraşdırılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə-iyirmi manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İnzibati iş üzrə X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. X3 İXM-nin 346.1-ci maddəsinin tələblərini pozması iş materiallarına əlavə edilmiş sənədlərlə, ərizəçinin izahatı, həmçinin məhkəməyə təqdim edilmiş fotoşəkillərlə tam təsdiq edilir. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, X3 barəsində tərtib olunmuş xx.xx.2021-ci il tarixli, EQ-5522623 nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, X3 Şəki ŞRPŞ-nin DYPB-nin YPX-ti əməkdaşlarının xx.xx.2021-ci il tarixdə Şəki şəhərinin M.Füzuli küçəsində tərtib edilən inzibati tənbeh vermə haqqında EQ-5522623 saylı elektron qərarının və İXM-nin 346.1-ci maddəsinin məhkəmə qaydasında araşdırılaraq ləğv edilməsi barədə ərizəsi əsaslı olmadığından təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X3 Şəki ŞRPŞ-nin DYPB-nin YPX-ti əməkdaşlarının xx.xx.2021-ci il tarixdə Şəki şəhərinin M.Füzuli küçəsində tərtib edilən inzibati tənbeh vermə haqqında EQ-5522623 saylı elektron qərarının və İXM-nin 346.1-ci maddəsinin məhkəmə qaydasında araşdırılaraq ləğv edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardan surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-149/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-149/2021
13.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver