Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-149/2025 19.03.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi ilə, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs 3 mart 2025-ci il tarixdə müvafiq icra hakimiyyəti orqanından icazə almadan qanunsuz mülki silahı saxladığı üçün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki ŞRPŞ-dan Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş Şəki ŞRPŞ-ya və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazimi qaydada məlumat verilməsinə baxmayaraq, Şəki ŞRPŞ məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, Şəxs məhkəmə iclasına gəlməmişdir. İş materiallarına əlavə edilməklə tədqiq edilmiş; Azərbaycan Repsublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin 17/90 nömrəli, 11 fevral 2025-ci il tarixli ekspert rəyinin nəticəsindən görünür ki, tədqiqata təqdim edilmiş ov tüfəngi zavod üsulu ilə istehsal olunmuş, “İJ” modelli, nömrəsi silinmiş, 28 kalibrli, xarici çaxmaqlı, təklüləli, yivsiz ov tüfəngidir, odlu yivsiz silahdır, həmin silah texniki cəhətdən sazdır. Şəki ŞRPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı X2 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 13 fevral 2025-ci il tarixli qərarından görünür ki, HK-1/206 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surəti şöbənin aidiyyatı üzrə xidmət sahəsinə göndərilməsi qərara alınmışdır. Şəxs izahatından görünür ki, o, xx.xx.2025-ci il tarixdə saat təxminən 12 radələrində mərhum atası X1 yadigar qalmış ov tüfəngi ilə birlikdə yaşadığı kənddə olan torpaq sahəsinə baxmağa gedən zaman polis əməkdaşları ona yaxınlaşmış, silahın sənədlərinin olub-olmamasını ondan soruşmuşlar. Məlum olmuşdur ki, məhrum atasından ona qalmış ov tüfənginin sənədləri yoxdur. O, həmin ov tüfəngini sənədsiz öz üzərində salamiş və etdiyi hərəkətin inzibati xəta tərkibi yaratmasını bilməmişdir. Məsuliyyəti ona aydın olmuş və bir daha bu cür hərəkətlərə yol verməyəcəyinə söz vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, Şəxs qeyd olunan hərəkətləri Şəki ŞRPŞ-dan daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf etməsini və əməlindən peşman olması (İXM 32.1.1) məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq etməyi və silahın müsadirə edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat məbləğində inzibati cərimə edilsin. İş üzrə Şəki şəhər-rayon Polis Şöbəsində saxlanılan 1 ədəd zavod üsulu ilə istehsal olunmuş, “İJ” modelli, nömrəsi silinmiş, 28 kalibrli, xarici çaxmaqlı, təklüləli, yivsiz ov tüfəngi dövlət nəfinə müsadirə edilsin. Qərarın İcrası Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Ceyhun Əhmədov AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ 5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 318 Tel: (024) 244-70-13, Faks: (024) ***-**-** www.shakicourt.gov.az Elektron ünvan İş № 3(075)-149/2025 19 mart 2025-ci il Şəki ŞRPŞ-nin rəisi, polis polkovniki X5 Şəxs Şəki rayonu, Baş Göynük kəndi Şəki Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli, 3(075)-149/2025 saylı inzibati xəta haqqında iş üzrə qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: Qərarın surəti 01 vərəq hər birinə. Hakim: Ceyhun Əhmədov
Məhkəmə qərarları › İş №3(075)-149/2025
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-149/2025
19.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver