Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-15/2023 06.02.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, X1 kаtibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs оğlunun iştirakı ilə, xx xxx 1969-cu il tarixdə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şəki rayonu, Kiçik Dəhnə kəndində qeydiyyatda olmaqla yaşayan, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs оğlunun hаqqındа Аzərbаycаn Respublikаsı İnzibаti Xətаlаr Məcəlləsinin 327.8-ci maddəsi ilə Şəki ŞRPŞdən dаxil оlmuş inzibаti xətаyа dаir işə аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə Müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Аzərbаycаn Respublikаsı İnzibаti Xətаlаr Məcəlləsinin 327.8-ci maddəsinin tələbini pozmuşdur. Buna görə də ona inzibati protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci mаddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Şəki ŞRPŞ tərəfindən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş Şəki ŞRPŞ-nə məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsi məhkəmə iclasına iştirak etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs оğlu izahat verərək göstərmişdir ki, 26 sentyabr 2022-ci il tarixdə, saat 17:10 radələrində özünə məxsus olan “VAZ-2109” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı minik avtomobillə yaşadığı Şəki rayonu, Kiçik Dəhnə kəndindən Şəki şəhərinə doğru hərəkət etmişdir. Həmin zaman avtomobildə özü tək olmuşdur. O, avtomobili təxminən 30- 40 km/saatla idarə etmişdir. Bildirmişdir ki, kəndin çıxışına az qalmış, yəni yol ayrıcına çatan zaman o, avtomobilin sürətini daha da azaltmışdır. Kəndin çıxışındakı şəhid şəklinə baxan zaman anidən partlayış səsinə bənzər səs eşitmiş və məlum olan qəza hadisəsi baş vermişdir. Bundan sonra hadisə yerinə gələn X10 Stansiyasının əməkdaşları onu Şəki RMX-ya aparmışlar. Göstərmişdir ki, qəza baş verən zaman onun idarə etdiyi avtomobildə heç bir texniki problem olmamışdır. Avtomobil tam saz vəziyyətdə olmuşdur. Onun avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi vardır. Avtomobili hadisə zamanı yol ayrıcına çatan kimi 30-40 km/saatla idarə etmişdir. Avtomobili idarə etdiyi zaman təhlükəsizlik kəmərindən istifadə etmişdir. Qəza zamanı alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. Qəza nəticəsində qabırğa və sifət nahiyələrindən xəsarət almışdır. Törətdiyi əməldən səmimi peşmanlıq hissi duyur. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan 26 dekabr 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs оğlu İXM-nin 327.8-ci maddəsinin tələblərini pozduğuna görə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin 27 sentyabr 2022-ci il tarixli, 490 nömrəli ekspert rəyindən görünür ki, X2 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətləri bunlardır, sol diz oynağının yumşaq toxumasının əziyi, sol dizaltı nahiyənin yumşaq toxumalarının əzilməsi, travmatik şişkinliyi, hematoması, döş qəfəsinin sol yarısının yumşaq toxumalarının əzilməsi bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti zərərçəkənin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla qərarda göstərilən xx.xx.2022-ci il tarixinə uyğundur, xəsarətin yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin 27 sentyabr 2022-ci il tarixli, 491 nömrəli ekspert rəyindən görünür ki, X4 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətləri bunlardır, döş qəfəsinin qapalı travması, yumşaq toxumaların əzilməsi bərk-küt əşyanın təsirindən törənmişdir, müddəti zərərçəkənin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla qərarda göstərilən xx.xx.2022-ci il tarixinə uyğundur xəsarətin yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin 27 sentyabr 2022-ci il tarixli, 492 nömrəli ekspert rəyindən görünür ki, X3 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətləri bunlardır, sol gözün ağlı qişasına qansızma, sol təpə nahiyəsinin yumşaq toxumasının əzilməsi, travmatik şişkinliyi, sıyrığı bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti zərərçəkənin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla qərarda göstərilən xx.xx.2022-ci il tarixinə uyğundur, xəsarətin yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 17 noyabr 2022-ci il tarixli qərardan görünür ki, X4 Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul olunaraq ona həmin maddə ilə nəzərdə tutulmuş məzmunda ittiham elan olunmuş və barəsində qətimkan tədbiri seçilməsi məsələsinə baxılması qərara alınmış, Şəxs barəsində Azərbaycan Respublikası CM-nin 363.1-ci maddəsi ilə cinayət təqibinin başnılması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti BDYPİ-nin YPXA-na göndərilməsi qərara alınmış, Vaz 2109 markalı **- BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2022-ci il tarixli qərarla maddi sübut kimi tanınması və Şəxs qaytarılması və Opel Vectra markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2022-ci il tarixli qərarla maddi sübut kimi tanınması və R.Məcidova qaytarılması barədə qərarlar nəzərə alınmış və iş üzrə alınmış zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, istintaq protokolları, fotoşəkillər, ekspertlər rəyləri və digər rəsmi sənədlər iş üzrə sübut növü kimi qəbul olunması qərara alınmışdır. İşdə olan 26 sentyabr 2022-ci il tarixli, 386 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə aktdan görünür ki, Şəxs alkoqol sərxoşluğu vəziyyəti olmamışdır. İşdə olan 26 sentyabr 2022-ci il tarixli, 387 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə aktdan görünür ki, X5 alkoqol sərxoşluğu vəziyyəti olmamışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Yol-nəqliyyat hadisələri hallarının tədqiqi ekspertizasının 25 oktyabr 2022-ci il tarixli, HK-1/1143 nömrəli ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ 2109 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “X8” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğun olmuş və onun həmin maddinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Opel Vectra markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 hərəkətlərində “X8” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Göründüyü kimi Şəxs оğlunun Аzərbаycаn Respublikаsı İnzibаti Xətаlаr Məcəlləsinin 327.8-ci mаddəsində nəzərdə tutulmuş inzibati xətanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs оğlunun izahatı və Şəki ŞRPŞ tərəfindən məhkəməyə göndərilmiş sənədlərlə tam təsdiq оlunur. Şəki ŞRPŞ-dən dаxil оlmuş inzibаti xətаyа dаir inzibati protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməsə də, məhkəmə araşdırması zamanı onun törətdiyi əməli səmimi etiraf edərək əməlindən səmimi peşmançılıq çəkməsi müəyyən edildi. Azərbаycаn Respublikаsı İnzibаti Xətаlаr Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsi və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmaması məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd edilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı İnzibаti Xətаlаr Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Qərаrа аldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinib, 200 manat məbləğində cərimə edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-15/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-15/2023
06.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver