Məhkəmə qərarları › İş №3(075)-15/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-15/2024

01.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-15/2024 01.02.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs оğlunun iştirakı ilə, xx xxxxx 1997-ci il tarixdə Şəki rayonu, Qozlubulaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx olan, Şəki rayonu, Qozlubulaq kəndində qeydiyyatda olmaqla yaşayan, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs оğlunun barəsində Аzərbаycаn Respublikаsı İnzibаti Xətаlаr Məcəlləsinin 272.3-cü maddəsi ilə Şəki ŞRPŞ-nin Sarıca polis bölməsindən dаxil оlmuş inzibаti xətаyа dаir işə məhkəmənin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi: Şəki ŞRPŞ-nin Sarıca polis bölməsinin polis sahə rəisi X1 tərəfindən tərtib edilmiş 18 dekabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə Şəki rayonu, Qozlubulaq kəndində ərazidə qanunsuz olaraq ov etmişdir. Аzərbаycаn Respublikаsı İnzibаti Xətаlаr Məcəlləsinin 272.3-cü maddəsinin tələblərini pozduğu üçün inzibati məsuliyyətə cəlb olunmuş və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Protokolu tərtib etmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak etmiş protokolu tərtib etmiş şəxs X1 protokolu müdafiə edərək bildirmişdir ki, məhkəməyə təqdim edilmiş foto şəkil sosial şəbəkəyə yerləşdirildikdən sonra bu barədə məlumat əldə etmişlər. Şəxs izahatı alınmış və barəsində protokol tərtib edilmişdir. Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs оğlu izahat verərək bildirdi ki, o, törətdiyi əməlindən peşmandır. Döyüş bölgəsində xidmət edərkən snayper yarası almışdır. İlk dəfədir ki, belə bir əməl törədir. Ona yüngül cəza verilməsini xahiş edir. İşdə olan 18 dekabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs оğlu xx.xx.2023-cü il tarixdə Şəki rayonu, Qozlubulaq kəndində ərazidə qanunsuz olaraq ov etdiyinə görə İXM-nin 272.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İşdə olan 1011 nömrəli ovçuluq biletindən görünür ki, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən Şəxs ovçuluq bileti verilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəki ŞRPŞ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 35 nömrəli şəhadətnamənin surətindən görünür ki, Şəxs 78477 nömrəli ov tüfənginin saxlanılmasına və təyinatı üzrə istifadə edilməsinə icazə verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri işə əlavə edilmiş inzibati xəta haqqında protokol, işə əlavə edilmiş digər sənədlərlə, o cümlədən onun etirafedici izahatı ilə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs İXM-in 272.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini, döyüş bölgəsində xidmət edərkən yaralanmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, həmçinin cəmiyyətin maraqlarını, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati xətanın törədilməsində istifadə olunan alət müsadirə edilməməklə bir il müddətinə ov hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Qeyd edilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı İnzibаti Xətаlаr Məcəlləsinin 40, 43, 48- 51, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə qərаrа аldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək izibati xətanın törədilməsində istifadə olunan alət müsadirə edilməməklə 1 (bir) il müddətə ov hüququ məhdudlaşdırılsın. Qərardan, rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar