Məhkəmə qərarları › İş №3(075)-150/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-150/2021

29.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-150/2021 29.03.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X2, qərarından şikayət verilmiş Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin YPX inspektoru, polis baş serjantı X4 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X2 Şəki şəhərrayon Polis Şöbəsinin DYPB-nin YPX inspektoru, polis baş serjantı X6 tərəfindən barəsində tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və xx xxxxxx 2021-ci il tarixli, İQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X3 ərizə ilə məhkəməyə müraciət edərək, Şəki rayonu Yol patrul xidmətinin inspektoru X6 tərəfindən barəsində tərtib etdiyi xx xxxxxx 2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol, həmin protokol əsasında qəbul edilmiş Şəki ŞRPŞ DYPB-nin xx xxxxxx 2021-ci il, İQ-3755177 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, inzibati xəta haqqında işə xitam verilməsi və cərimənin hesabından silinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X3 ərizəsində tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2021-ci ildə Şəki şəhərində “Şəki Bazar” adlı ərazinin üst hissəsindən şəhərin S.Mümtaz küçəsinə çıxarkən idarə etdiyi VAZ-21063 minik markaklı **-BZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Şəki rayonu Yol patrul xidmətinin inspektoru X6 tərəfindən saxlanılmışdır. Birbaşa ona yaxınlaşan YPX inspektoru saxlanılma səbəbini izah etmədən sənədlərini almış və xidməti avtobilində oturmuşdur. Bundan sonra inspektora yaxınlaşanda ona xx xxxxxx 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu göstərərək yol hərəkəti qaydalarını pozduğuna görə protokol tərtib etdiyini bildirmişdir. Buna etiraz edərək yol hərəkəti qaydalarını pozmadığını bildirsə də, heç bir fayda etməmiş, əksinə protokola imza etmədiyi təqdirdə sənədlərini qaytarmayacağını bildirmişdir. Ona görə də YPX inspektorunda qalan protokola imza etdikdən sonra sənədlərini geri qaytarmışdır. Halbuki, o, hər hansı inzibati xəta törətməmişdir. Əgər belə bir şey var idisə, hal şahidləri və video çəkilişin olması mütləqdir. Bundan sonra Şəki rayonu Orta Zəyzid kəndində yaşadığı evə poçt vasitəsilə Şəki ŞRPŞnin DYPB-nin xx xxxxxx 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı təqdim edilmiş və həmin qərarda onun Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 (qırx) manat inzibati cərimə edildiyi məlum olmuşdur. Sözügedən qərarın verilməsində iştirakı təmin olmamış, iştirak etmək barədə xəbərdar edilməmişdir. Buna görə də məcburiyyət qarşısında qalaraq hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X3 şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilmiş şəxs Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin YPX inspektoru, polis baş serjantı X6 bildirdi ki, xx xxxxxx 2021-ci il tarixdə Şəki şəhəri Salman Mümtaz küçəsində xidmət aparan zaman “VAZ-21063” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət etmədiyini müəyyən etmiş və avtomobil tərəfindən saxlanılmışdır. Bundan sonra avtomobili idarə edən şəxsin sənədləri tələb edilmiş, ona yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət etmədiyi bildirilmişdir. “VAZ-21063” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 həmin vaxt inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmamışdır. Bundan sonra şəxs barəsində xx xxxxxx 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, protokolun surəti X2 yaşadığı ünvana göndərilmişdir. Protokoldan qanunla müəyyən edilmiş müddətdə şikayət verilmədiyindən sonuncu barəsində xx xxxxxx 2021-ci il tarixli, İQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, o, İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat məbləğində inzibati cərimə edilmişdir. Hesab edir ki, inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar əsaslıdır. Bütün bunları nəzərə alaraq məhkəmədən şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərinin izahatlarını dinlədikdən sonra iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, şikayətçinin şikayəti əsaslıdır və qismən təmin edilməlidir. İşdə olan Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin YPX inspektoru, polis baş serjantı X6 tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən inzibati xəta haqqında protokoldan görünür ki, X3 xx xxxxxx 2021-ci il tarixdə, saat 10:23 radələrində, Şəki şəhəri, Salman Mümtaz küçəsində İXM-in 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan Şəki ŞRPŞ-nin DYPB-nin xx xxxxxx 2021-ci il tarixli, İQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 İXM-in 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 40 manat məbləğində inzibati cərimə edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. İşə əlavə edilmiş videogörüntüdən gürünür ki, “VAZ-21063” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxxxx 2021-ci il tarixdə Şəki şəhəri, Salman Mümtaz küçəsində hərəkətdə olarkən yolun hərəkət hissəsində ağ rəngli digər avtomobil olduğundan yolun sol hərəkət hissəsinə çıxmış, həmin avtomobili ötdükdən sonra yolun sağ hərəkət hissəsinə çıxaraq hərəkətini davam etdirmişdir. Bundan sonra avtomobil YPX əməkdaşı tərəfindən saxlanılmışdır. X1 inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmamış, protokola “mən X3 bu cərimə ilə razı deyiləm” qeydini etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü naddəinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İş materiallarına əlavə edilmiş Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin YPX inspektoru, polis baş serjantı X4 xx xxxxxx 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda X2 Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyi qeyd edilsə də, X3 inzibati xətanı törətmədiyini göstərmişdir. Bu hal iş materialları və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs tərəfindən təqdim edilmiş inzibati xəta hadisəsini əks etdirən videogörüntü ilə də öz təsdiqini tapmışdır. Belə ki, X2 idarə etdiyi “VAZ-21063” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxxxx 2021-ci il tarixdə Şəki şəhəri, Salman Mümtaz küçəsində hərəkətdə olarkən yolun hərəkət hissəsində ağ rəngli digər avtomobil olduğundan yolun sol hərəkət hissəsinə çıxmış, həmin avtomobili ötdükdən sonra yolun sağ hərəkət hissəsinə çıxaraq yenidən hərəkətini davam etdirmişdir. Göründüyü kimi inzibati xəta hadisəsi mövcud deyildir. Odur ki, Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin YPX inspektoru, polis baş serjantı X6 tərəfindən X2 barəsində tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol, həmin protokol əsasında qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli, İQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz hesab edilərək ləğv edilməli və iş üzrə icraata xitam verilməli, şikayət qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X2 şikayəti qismən təmin edilsin. Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin YPX inspektoru, polis baş serjantı X6 tərəfindən X2 barəsində tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol, həmin protokol əsasında qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli, İQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz hesab edilərək ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar