Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-150/2024 21.02.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, məhkəmə iclas katibi X8 oğlunun katibliyi, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X14 Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx xxxxxx 1989-ci il tarixdə Şəki rayonu, Qoxmuq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Şəki rayonu, Qoxmuq kəndində pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 21 fevral 2024-cü il tarixdə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-162/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 02 iyun 2013-cü il təvəllüdlü X5 və 06 iyul 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün borclu Şəxs hər ay hər uşaq üçün sabit pul məbləğində 140 manat olmaqla, cəmi 280 manat aliment tutularaq X6 verilməlidir. Aliment tutulmasının əvvəli 02 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. İcra sənədi xx.xx.2023-cü il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası haqqında bildirişlə birlikdə borclu Şəxs göndərilmişdir. Lakin könüllü icra müddəti ərzində borclu tələbin icrasını təmin etməmişdir. Könüllü icra müddəti bitdikdən sonra məcburi icra tədbirlərinə başlanılmış və borcluya rəsmi xəbərdarlıq göndərilərək borc məbləğinin ödənilməsi ondan tələb edilmiş, əks halda qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb ediləcəyi onun nəzərinə çatdırılmışdır. Lakin, borclu Şəxs ödəniş etməkdən boyun qaçırmışdır. Eyni zamanda tərəfindən borclunun əmlak vəziyyətinin və gəlirlərinin müəyyən edilməsi məqsədilə müvafiq dövlət orqanlarına və təşkilatlara, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron icra” informasiya sisteminə sorğu edilmiş və nəticədə banklarda borcluya məxsus pul vəsaitinin və başqa sərvətlərinin, mülkiyyətində tələbin yönəldiləsi əmlakının, pensiya və müavinət kimi gəlirlərinin olmadığı müəyyən edilmişdir. Həmçinin borclunun qeydiyyatda olduğu Şəki rayonu, Qoxmuq kəndində yerləşən ünvanına tərəfindən baxış keçirilmiş, baxış zamanı tələbin yönəldilə biləcəyi heç bir əmlak aşkar edilməmişdir. Borclu Şəxs xx.xx.2024-cü il tarixində izahatı alınmış, icra sənədi üzrə yığılmış aliment borcunun ödənilməsi ondan tələb edilmişdir. Lakin borclu verdiyi izahatında aliment borcunu ödəyə bilmədiyini bildirmişdir. Hazırda icra sənədi üzrə ödənilməyən aliment borcu 4200 manat təşkil etmişdir. Borclu tələbkarın xeyrinə bugünədək heç bir ödəniş etməmişdir. İcra sənədi üzrə aliment borcunun ödənilməsi barədə tələbkar şöbəyə müraciət etmiş və borclu barəsində məcburi icra tədbirlərinin görülməsini xahiş etmişdir. Hazıradək alimetin ödənilməsi barədə tələbin icrası borclu Şəxs tərəfindən təmin edilməmişdir. Tələbkar icra şöbəsində borclu barəsində ciddi tədbirlər görülməsini istədiyini bildirdiyi üçün hazırki protokolla məhkəməyə müraciət etmiş, lakin hazırda tələbkar borclunun tutulmasını istəmədiyini bildirib barışmq istiqaməti tutduğu üçün o, qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-162/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 02 iyun 2013-cü il təvəllüdlü X5 və 06 iyul 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ondan hər ay hər uşaq üçün sabit pul məbləğində 140 manat olmaqla, cəmi 280 manat aliment tutularaq X6 verilməlidir. Məhkəmə qətnməsi ilə Şəfəq Həsənova ilə aralaında olan nikah pozulsa da onlar hazırda bir evdə yaşayır və uşaqlarının tərbiyəsi ilə birlikdə məşğul olurlar. Əvvəllər işləyib Şəfəq Həsənovaya pul vermiş, sonradan həmin pulu geri götürmüş və dostuna həmin puldan beş yüz manat borc vermişdir. Hazırda aliment borcundan ödəniş edə bilmir, lakin ona vaxt verilsə aylıq aliment borcu ilə birlikdə yığılmış aliment borcunu qısa müddət ərzində ödəyəcəkdir. Rəsmi işdə işləməsə də ustalıq edərək ayda 400-500 manat qazanc əldə edir. O, ailəsinin bərpası üçün əlindən gələni edəcəyinə söz vermiş və məhkəmədən onların ailəsinin barışıb bərpa olunmasına kömək edərək inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X7 izahat verib bildirdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-162/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 02 iyun 2013cü il təvəllüdlü X5 və 06 iyul 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün borclu Şəxs hər ay hər uşaq üçün sabit pul məbləğində 140 manat olmaqla, cəmi 280 manat aliment tutularaq ona verilməlidir. Onlar arasında olan nikah məhkəmə qətnaməsi ilə pozulsa da onlar bir evdə yaşayırlar. Şəxs uşaqlarının atası olduğu üçün tutulmasını istəmir. Lakin xəstə olan oğlu Dənizin əməliyyatına pul lazımdır. O, aliment borcu ilə oğlu Dənizi əməliyyat etdirmək fikrindədir. Şəxs aylıq aliment borcunu ödəyəcəyinə və yığılmış aliment borcundan ödəniş edəcəyinə ailəsinin bərpasına çalışacağına, spirtli içki içməyəcəyinə, qazancını evinə sərf edəcəyinə söz verdiyi üçün inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. X14 Vəkil Bürosunun vəkili Vəkil Şəxs barəsində olan inzibati xəta haqqında protokolun təmin edilməməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarına əsasən və işdə olan materiallara baxaraq hesab edir ki, inzibati xəta üzrə işə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 145.1.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəlləyə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda, qərarın icrasına xitam verilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şəxs inzibati məsuliyyətə cəlb edilməsinin əsası kimi onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi olmuşdur. Yəni, o, barəsində çıxarılmış məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə iclası zamanı tərəflərin izahatı nəticəsində müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tələbkarla rəsmi nikahları ləğv olunsa da onlar faktiki olaraq aliment tutulması qət olunmuş uşaqlarla bir evdə birlikdə yaşayırlar. Tələbkar da borclunun qazandığı pulu evə gətirib qoyduğunu bildirmiş, lakin ona vermədiyini, ailəyə sərf etmədiyini sonradan götürüb başqasına borc verdiyini göstərmişdir. Məhkəmənin qənaətinə görə borclu alimentin ödənilməməsində, icra sənədinin icra sənədinin icra edilməməsində qərəzli olmamışdır. O, hər ay icra sənədi üzrə ödəməli olduğu aliment borcunu ödəyəcəyinə, ödənilməmiş qalan aliment borcundan hər ay artıq ödəniş edəcəyini öhdəsinə götürmüş, tələbkar isə borclunun uşaqlarının atası olması səbəbindən tutulmasını istəmədiyini, ondan şikayətçi olmadığını və onunla razılığa gəldiyini bildirərək bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Bundan başqa Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru da borcluya şans verilməsinə etirazının olmadığını bildirərək qərarı məhkəmənin mülahizəsinə buraxdığını qeyd etmişdir. Məhkəmə borclunun icra sənədini icra etməməsidə qərəzlilik görmür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasənda göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə, fiziki, vəzifəli şəxslər və ya hüquqi şəxslər inzibati məsuliyyət daşıyırlar. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra Şöbəsindən daxil olmuş İnzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra Şöbəsindən daxil olmuş inzibati xətaya dair iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Ceyhun Əhmədov
Məhkəmə qərarları › İş №3(075)-150/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-150/2024
21.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver